Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

“Azəristiliktəchizat”ın yığılmış zərəri 118 milyon manatı ötüb - HESABAT

Tarix 26.09.24, 9:14

Font ölçüsü : - / +
bitmap-img6


“Azəristiliktəchizat” ASC-nın yığılmış zərəri 10 milyon manata yaxın artıb.

İqtisadiyyat.az bu barədə qurumun ötən ilin dekabrın 31-nə olan mühasibat balansına istinadən xəbər verir.

Hesabata əsasən, qurumun yığılmış zərəri 118,2 milyon manata çatıb. 2022-ci ildə ASC-nin yığılmış zərəri 108,4 milyon manat idi.

2022-ci illə müqayisədə 2023-cü ildə “Azəristiliktəchizat”ın cəmi aktivləri isə artaraq 154,4 milyon manata yüksəlib. 2022-ci ilin sonunda bu rəqəm 151,8 milyon manata bərabər olub.

Hesabat dövründə qurumun borc öhdəlikləri, qısamüddətli və uzunmüddətli öhdəlikləri, ticarət və digər kreditor borcları artıb. “Azəristiliktəchizat”ın cəmi öhdəlikləri artaraq 77,7 milyon manata çatıb. Əvvəlki il bu rəqəm 68 milyon manata yaxın idi.

Xatırladaq ki, “Azəristiliktəchizat” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 136,685 milyon manatdır. Səhmdar cəmiyyəti Bakıda və regionlarda yaşayış evlərini və binaları, təhsil, səhiyyə müəssisələrini və digər sosial təyinatlı obyektləri istiliklə təchiz edir.



Xəbərin oxunma sayı : 397




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap