Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

“Fənərbaxça”dan sərt qərar - Milliyə oyunçu göndərməyəcək

Tarix 25.09.24, 16:54

Font ölçüsü : - / +
bitmap-img6


“Fənərbaxça” Türkiyə millisinə basketbolçu göndərməyəcək. 

AzFakt.com xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi açıqlama yayıb. 

Açıqlamada yığmanın çalışdırıcı Ergin Atamanın etdiyi hərəkət tənqid edilib və milliyə oyunçu göndərməmək qərarı alındığı bildirilib: “Kişilərdən ibarət milli komandanın baş məşqçisinin çalışdırdığı “Panatinaikos”un oyunundan sonra tribunadan ictimaiyyətə münasibəti hər kəsə bəllidir.

Bu şəxsin xarakteri, münasibəti və üslubu ilə missiyası aydındır. Milyonlarla tamaşaçı qarşısında gördüyü işlər onun “milli komandanın baş məşqçisi” kimi nüfuzu və şəxsiyyəti ilə tamamilə ziddiyyət təşkil edir.

Milli komanda bizim komandadır. Bu komandanın üzvü olan hər bir şəxs bu vəziyyətdən xəbərdar olmalı və buna görə məsuliyyət daşımalıdır.

Bu hərəkət cəmiyyətimizə, milli komandanın baş məşqçisi olmaq prestijinə və hətta bir cəmiyyətə rəğbət qazandırmaq naminə ölkəmizə qarşı böyük hörmətsizlikdir.

İctimaiyyətin nəzərinə çatdırırıq ki, “hörmətlilik və qərəzsizlik” kimi vazkeçilməz keyfiyyətlər tələb edən bu vəzifədə olduğu müddətdə milli komandamıza oyunçu göndərməməyə qərar vermişik”. 

Qeyd edək ki, Ergin Ataman ötən gün “Qalatasaray” və “Panatinaikos” arasında keçirilən oyundan sonra etdiyi hərəkətlə gündəmə gəlib. O, Türkiyə futbol çempionatında keçirilən “Fənərbaxça” – “Qalatasaray” (1:3) hesabını əli ilə tribunalara göstərib. “Fənərbaxça” tərəfdarları isə Türkiyə yığmasının baş məşqçisinə sərt reaksiya göstərib. 



Xəbərin oxunma sayı : 661




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap