Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Əhali arasında yayılan xəstəlik koronovirusdur? - VİDEO

Tarix 25.09.24, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


Bir müddətdir ki, əhali arasında qrip simptomlu xəstəlik yayılıb. Həm böyüklər, həm də uşaqlarda təsadüf olunan virus həftələrlə davam edir.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionisti Təyyar  Eyvazov deyib ki, son günlərdə yayılan xəstəlik mövsümi, kəskin respirator virus infeksiyalarıdır.

Hazırda xəstələrdə müşahidə olunan da daha çox qrip əlamətlərinə oxşayır. Xəstəliyin kəskin əlamətləri 2-3 gün davam edir.

Təyyar Eyvazov qeyd edib ki, hazırda müşahidə olunan virusun koronovirusla heç bir əlaqəsi yoxdur. Hər bir virusun  insanlarda  klinik təzahürləri müxtəlif ola bilər.

Bu cür viruslara qarşı antiviral preparatlar yoxdur. Hazırkı virusların fəsadlaşması hallarının olmadığını deyən infeksionist qeyd edib ki, bütün bunlara baxmayaraq, simptomatik müalicə tələb olunur.

Bunları nəzərə alaraq, yüksək temperatur 5-7 gündən çox davam etdikdə, hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, habelə oksigen saturasiyasının aşağı düşməsi, arterial təzyiqin enməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması, müxtəlif nahiyələrdə qansızmalar və qanaxmalar, huşsuzluq əlamətləri, ürək ritminin pozulması, qusma ilə müşayət olunan güclü baş ağrıları, nevroloji defisit kimi hallara rast gəldikdə təcili olaraq həkimə müraciət olunmalıdır.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.



 



Xəbərin oxunma sayı : 556




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap