Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

İntihar edən qazi yaxın günlərdə İcra hakimiyyətində olubmu? - Rəsmi

Tarix 16.06.22, 17:40

Font ölçüsü : - / +
bitmap-img6


Sabirabad rayon İcra Hakimiyyəti: "Maşalla Mənəfov isə ümumiyyətlə son zamanlar Rayon İcra Hakimiyyətinə gəlməyib. Təəssüf hissi ilə bildiririk ki, bəzi informasiya resurslarında yayımlanan əsassız məlumatlar cəmiyyətdə çaşqınlıq yaradır".

Sabirabad rayon İcra Hakimiyyəti Vətən Müharibəsi iştirakçısı Maşalla Mənəfovun intiharı ilə bağlı məlumat yayıb. PİA.az-a daxil olan məlumatda bildirilir ki, Sabirabad rayonu Cavad kənd sakini, Vətən Müharibəsi iştirakçısı, 1986-cı il təvəllüdlü Mənəfov Maşalla Gülağa oğlu 16 iyun 2022-ci il tarixdə Cavad kəndi ərazisində çöl pay torpağında ağacdan özünü asaraq intihar edib. Hazırda faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

Sosial şəbəkələrdə və bəzi internet saytlarında intiharla bağlı yayımlanan video materialın əvvəlində qazi və müharibə iştirakçılarının Sabirabad Rayon İcra Hakimiyyətinin qarşısında toplaşdığı hissə 23 noyabr 2021-ci il tarixdə İcra Hakimiyyətinin inzibati binasının yanında yerləşən Sabirabad Mədəniyyət Mərkəzində N saylı Hərbi Hissənin təşkilatçılığı ilə Sabirabad rayonundan olan şəhidlərin anılması ilə bağlı keçirilən və qazi, müharibə iştirakçılarının da iştirak etdiyi tədbirdən sonra lentə alınıb.

Maşalla Mənəfov isə ümumiyyətlə son zamanlar Rayon İcra Hakimiyyətinə gəlməyib. Təəssüf hissi ilə bildiririk ki, bəzi informasiya resurslarında yayımlanan əsassız məlumatlar cəmiyyətdə çaşqınlıq yaradır.

Məlumat üçün bildiririk ki, Vətən Müharibəsi iştirakçısı Maşalla Mənəfov 2022-ci ilin fevral ayından Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Əmin” marketlər şəbəkəsində işlə təmin olunub, müxtəlif vaxtlarda sosial problemlərinin həlli ilə bağlı ona müvafiq köməkliklər göstərilib.



Xəbərin oxunma sayı : 1090




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap