|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Çoban ferma sahibinin oğlunu yataqda qətlə yetirdi: “Anamı və ailə üzvlərimi...”
Tarix 15.11.24, 16:57 |
|
Tovuz rayonunda 1988-ci il təvəllüdlü Eldar İbrahimov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Nicat Məmmədovu qətlə yetirib.
Eldar ötən ilin noyabrın 17-də saat 21 radələrində Tovuz rayonunun Aşağı Öysüzlü kəndində yerləşən və Habil Məmmədova məxsus çoban işlədiyi fermanın yaşayış sahəsi kimi nəzərdə tutulmuş tikilisində onun 1998-ci il təvəllüdlü oğlu Nicatla birlikdə yemək yeyib, spirtli içki qəbul edərək sərxoş olub.
Eldar həmin gün saat 23:30-da Nicatın yatmasından istifadə edərək onun əvvəllər mərhum anasının və ailə üzvlərinin ünvanına nalayiq ifadələrlə söyməsini özünə qarşı qəbuledilməz təhqir hesab edib, qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Tikilinin qarşı tərəfindən götürdüyü linglə noyabrın 18-də gecə saat 01:30-da çarpayıda yatmış vəziyyətdə olan Nicat Məmmədovun baş nahiyəsinə iki ardıcıl zərbə vurub. Nicat Məmmədov aldığı zərbələrdən hadisə yerindən ölüb.
Eldar törətdiyi cinayət əməlini gizlətmək məqsədilə çarpayının üzərindəki yorğan-döşəyi tikilidən götürdüyü kibritlə yandıraraq hadisə yerini tərk edib.
Habil Məmmədova məxsus yardımçı tikilinin içərisində olan əşyalar yanıb. Ümumilikdə 7916 manat dəyərində əmlak yandırılaraq məhv edilib.
İstintaq orqanı tərəfindən Eldarın barəsində Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eldar ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, 2016-cı ildə ailə həyatı qurub, lakin arvadı ilə rəsmi nikahları olmayıb, həmin evlilikdən bir azyaşlı uşağı var: “Həyat yoldaşımla ailədaxili münaqişələrim olduğu üçün 2019-cu ildə faktiki olaraq ayrılmışıq. Mən Tovuz rayonunun Aşağı Öysüzlü kəndində Habilə məxsus fermada çoban işləmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 17 noyabr 2023-cü il həmişəki kimi fermada olub: “Noyabrın 17-dən 18-nə keçən gecə ferma sahibinin oğlu olan Nicatla fermada birlikdə qaldıq. Nicat demək olar ki, çox vaxt mənimlə birlikdə fermada yaşayırdı.
Noyabrın 17-də səhər saat 7 radələrində Nicatla birlikdə heyvanları tövlədən çıxararaq otarmağa getdik. Qoyunları otarmağa gedəndə yolda Nicatın dayısı Əlixan yanımızdan özünün idarə etdiyi “Niva” markalı maşınla keçdi. Əlixanın da həmin əraziyə yaxın ferması var.
Nicat dayısı ilə birlikdə işləri olduğu üçün rayon mərkəzinə getdi. Axşam saat 21 radələrində atasına məxsus “Mercedes” markalı avtomobillə dostları olan Rəşad və Abbasla birlikdə fermaya qayıtdı. Hərəkətlərindən hiss elədim ki, hər üçü sərxoşdur. Onlar gələndə heyvanları artıq dama yığmışdım. Dördümüz birlikdə fermanın yardımçı tikilisində oturaraq yemək yeydik, araq içdik. Həmin vaxtı Abbas araq içmədi. Kefsiz olduğu üçün Nicat onunla zarafatyana mübahisə elədi. Abbasa dedi ki, bura deyib-gülməyə gəlmişik, belə kefsiz olma. Onların mübahisəsi çox çəkmədi.
Saat 23 radələrində Nicat Abbası evlərinə, Rəşadı isə onlara yaxın yaşadığı fermaya düşürdü və yenidən fermaya qayıtdı. Mən də götürərək Rəşadgilin fermasına apardı. Nicat özü ilə pivə almışdı. Orada üçümüz birlikdə pivə içdik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra öz fermalarına gəliblər, Nicat fermanın itini tövləyə qatmadığı üçün yenə onu təhqir eləyib, onu acılamağa başlayıb: “İtin üstündə yenə ölmüş anamın və ailə üzvlərimin ünvanına söyüşlər söydü. Mən ona cavab qaytara bilmədim. Sonra Nicat yatmağa getdi.
Baş vermiş hadisədən 10 gün əvvəl də Nicat ölmüş anamın və ailə üzvlərimin ünvanına söyüşlər söymüşdü. Mən onun söyüşlərini heç cür götürə bilmədim. Hətta Nicat məni bir neçə dəfə döymüşdü də. Lakin mən hüquq-mühafizə orqanlarına şikayət eləməmişdim. Nicatın məni döyüb təhqir etməsini Rəşad da görmüşdü. Mənim Nicata gücüm çatmırdı”.
Eldar bildirib ki, hadisə baş verən gün Nicat yatmağa getdikdən sonra hər dəfə onu təhqir edərək döydüyündən qisas almaq niyyətilə onu öldürmək qərarına gəlib: “Belə bir fürsətin əlinə keçməyəcəyini düşündüm. Fermanın yardımçı tikilisinin qarşısından dəmir aləti götürərək Nicatın baş nahiyəsindən bir zərblə vurdum. Ayağa qalxmaq istəyəndə baş nahiyəsindən bir daha vurdum. Nicatın xırıldayaraq öldüyünü gördüm. Saat 01:30 radələri olardı”.
Eldar qeyd edib ki, törətmiş olduğu cinayəti gizlətmək məqsədilə Nicatın yatdığı çarpayıdakı yorğanı, sonra isə döşəyi kibritlə yandırıb: “Təxminən 5 dəqiqə sonra alovun gücləndiyini gördüm və ayaqyalın həmin yeri tərk etdim. Nicatı öldürdüyüm dəmir aləti fermanın qarşısında olan içəri su ilə dolu dəmir vannaya atdım ki, onun üzərində olan qan izləri yuyulsun.
Yaxınlıqdakı hərbi hissənin növbətçi hissəsinə yaxınlaşaraq yaşadığım fermada yanğın olduğunu, Nicatın da orada yandığını bildirdim. Hərbçilər dərhal yanğınsöndürənlərə zəng edərək bu barədə məlumat verdilər. Yanğınsöndürən əməkdaşlar gəldikdə fermanın yerləşdiyi istiqaməti onlara göstərdim. Onlar gələndə yanğın demək olar ki, yekunlaşmışdı.
Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəldi. İlk öncə onlara yanğın hadisəsinin necə baş verməsindən məlumatımın olmadığını dedim. Lakin sonradan bu yalanı davam etdirə bilməyəcəyimi gördüm və hər şeyi olduğu kimi danışdım”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Nicat Məmmədovla əvvəllər düşmənçilikləri olmasa da, Nicat həmişə onunla mübahisə edib və onu təhqir edib: “Bu səbəbdən Nicata həmişə acıqlı olmuşam. Qeyd etdiyim kimi, əvvəllər ölmüş anamın və ailə üzvlərimin ünvanına söyüşlər söyüdüyünə görə qisas məqsədilə onun başına dəmir parçası ilə iki dəfə zərblə vurmuşam. Niyyətim onu öldürmək olub. Törətdiyim əmələ görə peşman deyiləm. Əgər əlimə yenə belə bir şans düşsəydi, Nicatı öldürərdim. Etdiyim əməldən peşmançılığım yalnız oğlumun himayəsiz qalmasından ibarətdir”.
İş üzrə zərərçəkmiş Nicat Məmmədovun hüquqi varisi qismində ifadə verən atası Habilin sözlərinə görə, Eldar onun fermasında çoban işləyib: "Təqsirləndirilən şəxslə münasibətlərimiz həmişə yaxşı olub. Noyabrın 17-də mərhum oğlum Nicat zəng edərək fermada özünün qalacağını bildirdi. Bu səbəbdən mən fermaya getmədim.
Hadisə günü oğlum Nicat, təqsirləndirilən şəxs və oğlumun digər iki dostu ad günü məclisində yeyib-içiblər. Sonra oğlumun dostları öz evlərinə gediblər. Nicat yatmaq üçün öz yatağına uzanıb. Eldar onun baş nahiyəsinə dəmir paçası ilə zərbələr yetirib. Oğlum öldükdən sonra Eldar fermanı yandırıb, oğlum da orada yanıb.
Hadisədən sonra mənə zəng etdilər ki, fermada yanğın olub. Mən hadisə yerinə gələndə Eldar kənardan yanğın yerinə baxırdı. Eldardan şikayətçiyəm, ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilməsini istəyirəm”.
Habil Məmmədov verdiyi mülki iddianın təmin edilməsini, 7916 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Eldar 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.
Təqsirləndirilən şəxsə qarşı verilən mülki iddia da təmin olunub.
Hökmdən narazı qalan Eldar İbrahimov apellyasiya şikayəti verib. Onun şikayəti baxlması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. Yaxın günlərdə bu şikayət üzrə məhkəmə prosesi başlanacaq./Teleqraf.com
Xəbərin oxunma sayı : 898
Hadisə
Xəbərlər
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
PSJ-nin apellyasiyası rədd edildi - “Mbappe işi“
-
Hövsan qəsəbəsində günlərdir su kəsilib - Səbəb nədir?
-
“20 Yanvar“dakı keçid açılacaq? - Deputat danışdı
-
Ehtiram Quliyevi Firəngiz Balakişiyeva əvəz edib - “Huner Group” MMC-də dəyişiklik
-
OPEK Baş katibi Novakla danışdı: Nəyi müzakirə etdilər?
-
Virusların “qorxulu yuxusu“ - Antioksidant tərkibli 5 meyvə
-
Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ
-
Sabiq direktora yeni vəzifə verildi - Nazir əmr imzalayıb
-
COP29 davam edəcək - Yalçın Rəfiyev səbəbi AÇIQLADI
-
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” - Lukaşenko
-
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
-
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi necə olub? – İdxal ixracı 3 dəfə qabaqlayır...
-
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - Məhkəmə
-
İsrailli nazir Bakıda Aqarunovun məzarını ziyarət etdi - Fotolar
-
“Artıq olanımızı da itirməyə başlamışıq“ - AFFA-nın sabiq vitse-prezidenti
-
“Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır“ - Kreml
-
Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTOLAR
-
Qalmaqallı xəstəxana direktoru hakim qarşısında - Rauf Yəhyayeva cinayət işi açılıb
-
Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
-
“Əmək miqrantlarına ehtiyacımız var” - Peskov
-
77 saxta domen bloklandı - RƏSMİ
-
UEFA Millətlər Liqası:Pley-off mərhələsinin püşkü atıldı
-
Ceyhun Bayramovla Berbok bir araya gəldi - Danışıqlar aparılıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
-
Gəlin qaynatasını döşəmə silən taxta ilə döydü - Cərimə edildi
-
Prezident Fərid Əhmədova rütbə verdi - Sərəncam
-
Bu kənd təssürafitı məhsullarının istehsalı azalıb - Statistik məlumatlar açıqlandı + CƏDVƏL
-
Millətlər Liqası:Türkiyənin pley-offdakı rəqibi bilindi
-
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
-
Su çəkdirmək istəyənlərin nəzərinə: Yeni QAYDA
-
Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar
-
Masazırda parkda obyekt tikirlər? - İDDİA
-
Azərbaycanda gəmilər satışa çıxarıldı - SİYAHI
-
“Beynəlxalq Cinayət Məhkəməsi Rusiya üçün əhəmiyyətsiz qurumdur“ - Peskov
-
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu - Məhkəmə
-
50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır
-
Ukrayna dairəsində yeni yanaşma tətbiq ediləcək - VİDEO
-
THY-dən yeni fürsət: sərnişinlər pulsuz şəhər turuna çıxacaqlar
-
Yeni avtomobil alarkən bunlara DİQQƏT EDİN – Əks təqdirdə...
-
Əli Əsədov yeni qərar imzalayıb - Ölkəyə gələn əcnəbilərlə bağlı
-
“Lotu Quli”yə “pul atan” “Rafiq Masallinski”nin qulağı kəsildi – TƏFƏRRÜAT
-
Azərbaycan nefti ən ucuz və ən baha qiymətə hansı ölkələrə satır? - Tam siyahı
-
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib - Müzakirə
-
“Nar”dan “Sərfəli cümə” təklifi – 50 % endirimlə smartfon əldə et!
-
“Ən təmiz keçmişi olan müğənniyəm“ - Vəfa Şərifova + VİDEO
-
Hektara 3000 manat əkin subsidiyası və... - Monopoliya, yoxsa səriştəsizlik?
-
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində - FOTOLAR
-
Azərbaycanda məşhur parfümeriya şirkəti cərimələndi - QƏRAR
-
Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
-
Məndən “Qələbə marşı” gözləməyin! - Cavanşir Quliyev
-
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - VİDEO
-
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - VİDOE
-
“Paşa Bank“a yazılan protokola baxılacaq tarix açıqlandı - 30 min manatadək...
-
Tikinti işləri aparanların nəzərinə - 5 min manata cərimələnə bilərsiz
-
ABŞ Kiyevə hərbi yardımı davam etdirmək niyyətindədir - Ağ Ev
-
Nazirin sensasion eyhamı - cərimələr yığılıb hara gedir?
-
Putin dünyada sülhün bərpa olunmasını istəyənlərin üzünə tüpürür - Zelenski
-
“Netanyahu ilə Qallantın həbsi məcburidir” - Borrell
-
Gəncədə ər-arvad bıçaqlandı - Biri öldü
-
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
-
Xatun kamera qarşısında - Fotosessiya
-
Ronalduya Türkiyədən kritik zəng - “Xoşbəxt deyilsənsə, bura gəl“
-
Mett Qeyts ABŞ Baş prokuroru vəzifəsindən imtina etdi - adı cinsi qalmaqallarda hallanır
-
“Ukraynadakı münaqişə qlobal xarakter alıb“ - Putin
-
Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi təsir edir - VİDEO
-
Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi - Zorakılıqda ittiham olunur
-
“Bakıda COP29 mükəmməl təşkil olunub” - Zaxarova
-
“İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir“ - Hesablama Palatası
-
“ELVİ.M.M Services Group“ inzibati məsuliyyətə cəlb edildi - Mərkəzi Bank tərəfindən
-
Bu ədviyyatlar həm arıqladır, həm də... - SİYAHI
-
Yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT
-
“Ağlını itirən Rusiya nə qədər qorxduğunu göstərdi” - Zelenski
-
Qəbul etdiyi qətnamə Lüksemburq parlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir - Milli Məclis
-
“Üçüncü dünya müharibəsi başlayıb” - Zalujnı
-
“Mars və Aydakı deyil, Yerdəki suya diqqət yetirməliyik“ - Aİ-nin xüsusi səfiri
-
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak etdi - Fotolar
-
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Açıqlama
-
Şabalıdın bahalaşmasının səbəbi nədir? - VİDEO
-
Pakistanda terror aksiyası: 38 nəfər öldü - Azərbaycan başsağlığı verdi
-
“Altın kelebek“in azərbaycanlı namizədləri - FOTO
-
Küləkli hava şəraiti ilə bağlı sarı - Xəbərdarlıq
-
MİT rəhbəri CHP sədri ilə görüşdü - Fətullah Gülənlə bağlı
-
Azərbaycanda mühərrikin həcminə görə ən çox hansı avtomobillərə tələb var? - Siyahı
-
Hakim dələduzluqda ittiham olunan şəxsi ev dustaqlığına buraxıb - Zərərçəkənlər etiraz edir
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“400 minlik yeyintidən xəbərim olmayıb“ - Sabiq nazirin oğlu
-
Prezident bu mərkəzləri ləğv etdi - SƏRƏNCAM
-
Azərbaycanda alimentin məbləği artırılır
-
Şəhidin atası vəfat etdi - Foto
-
Nazirin dediyi 130 min boş iş yeri hardadır? - İqtisadçı ekspertdən açıqlama
-
Qırx ilin xətrinə: Dünya Türk qəhvəsi gününü qeyd edin (FOTO)
-
“Azinvest Telecom Technology” QSC şirkətindən milyonlarla avans və... - İşçilərin pulu niyə ödənilməyib?
-
Yaşayış və minimum maaş nə qədər artırılacaq? - Məbləğlər açıqlandı
-
"Nargis" jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında "Veysəloğlu"nun ekoloji layihələrindən bəhs edib
-
“İçməli su texnologiyasını digər ölkələrlə paylaşmağa hazırıq“ - İsrail rəsmisi
-
Pambığın ixrac qiyməti azalsa da, ondan gəlirlər kəskin artıb - Statistika
-
Milli Məclisdə yeni təyinatlar olub - Adlar + FOTOLAR
-
“Bizim pensiya sistemimiz çox humanistdir“ - Nazir
-
Türkiyədə azərbaycanlı qadın küçədə öldürüldü - Video
-
Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - VİDEO
-
Generalın oğlu AYNA-dan vəzifədən getdi - Bu xidmətə müşavir təyin edildi
-
“Başa düşmürəm, bəlkə də onlar anlamırlar...“ - Zaxarovadan xəbərdarlıq
-
Pensiyaçılarla bağlı məlumat açıqlandı - Artım var
-
Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”
-
Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır? - Xərclər
-
Baş nazirdən şəhid ailələri ilə bağlı - Yeni Qərar
-
“Yaşa görə əmək pensiyalarının orta məbləği 569 manat olacaq” - Nazir
-
Podiumdan yaşıl meydana - 23 yaşında klub prezidenti oldu - Video
-
Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları birgə təlimdə - Fotolar
-
Bu avtobusların fəaliyyəti bərpa edilir - 46 marşrut
-
İlqar Əfəndiyev vəzifəsindən azad edilib - Nazirdən əmr
-
Alimenti təkcə ata ödəməli deyil - Məbləğ necə hesablanır?
-
Pivə istehsalçısı “Calsberg Azerbaijan“ cərimələndi - QƏRAR
-
Bitcoin qiyməti 96 min dollar həddini keçdi - REKORD
-
Siyavuş Novruzov Naxçıvan rəhbərliyini “topa tutdu“ - 1.2 milyard pul, tenderlər və... (VİDEO)
-
ABŞ-nin strateji qüvvələri hakimiyyətin Trampa keçməsinə hazırdır - Pentaqon
-
Ronaldo, Bekhem, Zidan... - “Real” şkaflarını satır
-
Ağdamda yeni və müasir şəhər salınır - 4 ildə görülən böyük işlər
TOP 10
ARXİV