Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

“Qala Həyat” rəqiblərindən geri qalır - Yığımları azalmaqda davam edir

Tarix 27.09.24, 17:29

Font ölçüsü : - / +
bitmap-img6


"Qala Həyat” sığorta şirkəti geriləməkdə davam edir. 

Valyuta.az xəbər verir ki, həyat sığorta şirkəti bu ilin yanvar-avqust aylarında 17,55 milyon manat sığorta yığımı toplaya bilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 1,8 % və ya 325 min manat azdır. 2023-cü ilin ilk səkkiz ayında "Qala Həyat”ın yığımları 17,87 milyon manat təşkil edib.

Halbuki, bazar üzrə digər dörd həyat sığorta şirkətinin yığımlarında artım qeydə alınıb. 

Həyat sığorta şirkəti bu dövrdə 3,31 milyon manat sığorta ödənişi edib ki, bu da illik müqayisədə 53% çoxdur. Belə ki, 2023-cü ilin eyni dövründə şirkətin ödənişləri 2,16 milyon manat təşkil edib.

Yığımların azalması və ödənişlərin kəskin artımı sığorta şirkətinin zərərliliyinə (ödəniş-yığım nisbəti) mənfi təsir edib. Belə ki, "Qala Həyat” 2023-cü ilin yanvar-avqust ayında topladığı hər 100 manata görə 12 manat ödəniş edibsə, bu ilin eyni dövründə bu rəqəm 19 manata yüksəlib.

Xatırladaq ki, "Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13,04 milyon manatdır. Şirkətin səhmlərinin 90%-i "Azre Təkrarsığorta” ASC-yə ("Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.



Xəbərin oxunma sayı : 226




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap