Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Ərdoğan Paşinyanla görüşdü, kitabını hədiyyə etdi - FOTO

Tarix 25.09.24, 9:06

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası üçün Nyu Yorkda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Evində (bina BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı ilə üzbəüz yerləşir) Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.

AzFakt.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, qəbul mətbuata qapalı keçirilib.


“Görüş zamanı Türkiyə ilə Ermənistan arasında normallaşma və Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edilib. Ərdoğan görüş zamanı Türkiyənin Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını və yeni dövrdə iki ölkə arasında sağlam əlaqələrin  təmin olunmasının dəstəklədiyini bildirib və bunun asanlaşdırılması üçün səylərin davam etdirildiyini qeyd edib”, - agentlik yazır.



Qeyd olunub ki, Ərdoğan, həmçinin Türkiyə ilə Ermənistan arasında ilkin şərt qoyulmadan normallaşma istiqamətində mühüm irəliləyişin əldə edildiyini vurğulayıb, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini ifadə edib.
Türkiyə Prezidenti müəllifi olduğu “Daha ədalətli dünya mümkündür” kitabını Ermənistanın Baş naziri Nikol Paşinyana hədiyyə edib.





Xəbərin oxunma sayı : 667




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap