Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

ABŞ İvanişviliyə qarşı sanksiyalar hazırlayır – KİV

Tarix 23.09.24, 14:41

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ hakimiyyəti Gürcüstanın hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Bu barədə “Amerikanın Səsi” radiostansiyası Amerika rəsmiləri arasında olan mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, ABŞ hakimiyyəti hesab edir ki, İvanişvilinin fəaliyyətləri rus şirkətlərinin Gürcüstan bazarına daha asan çıxış əldə etməsinə kömək edib, həmçinin Tbilisinin Aİ və NATO-ya daxil olmaq kursuna mane olub.
Sanksiyalar tətbiq olunarsa, siyasətçinin ABŞ-dəki aktivləri (əgər varsa) dondurulacaq, Amerika vətəndaşlarına və şirkətlərinə onunla iş görmək qadağan ediləcək.
Bundan başqa, İvanişvilinin ABŞ-yə girişi də qadağan oluna bilər.
Gürcüstanın hakim partiyasının təsisçisinə qarşı sanksiyaların tətbiqinin dəqiq vaxtı açıqlanmayıb.
Qeyd edək ki, Gürcüstanın ABŞ və Aİ ilə münasibətləri may ayında Gürcüstan parlamenti tərəfindən xarici agentlər haqqında qanunun qəbulundan sonra pisləşib. Dövlət Departamenti qəbul olunmuş qanunla əlaqədar onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri, onların qohumları və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı viza sanksiyaları tətbiq edib.
ABŞ-nin dövlət katibi Antoni Blinken iyul ayında xarici agentlər haqqında qanunla əlaqədar Tbilisiyə 95 milyon dollardan çox məbləğdə yardım proqramının dayandırılması qərarını açıqlayıb. Eyni səbəbdən Aİ Gürcüstanın Müdafiə Nazirliyinə ayrılması planlaşdırılan 30 milyon avronu dondurub.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. 12 ildir hakimiyyətdə olan hakim partiya 4-cü dəfə qalib gəlmək üçün mübarizə aparacaq. Onun əsas rəqibi “Vahid Milli Hərəkat” Partiyasıdır. Ən çox səs toplayan partiya hökuməti quracaq və baş nazir namizədini irəli sürəcək.



Xəbərin oxunma sayı : 907




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap