Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Azərbaycanda kartof əkmək üçün ən məhsuldar rayonlar hansılardır? - Siyahı

Tarix 27.09.24, 14:53

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 8 ayı ərzində Azərbaycanda 799 min 203,2 ton kartof yığılıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, kartof yığımı ötən ilin eyni dövrü ilə müqayisədə 8% və ya 69 min 325,8 ton az olub.
Məlumat üçün bildirək ki, azalmanın səbəblərindən biri bu il daha az sahədən məhsul yığılması olub. Belə ki, ötən ilin yanvar-avqust aylarında 43,9 min hektar sahədən kartof yığıldığı halda, bu ilin eyni dövründə 40,9 min hektar sahədən kartof yığılıb.
Azalmanın başqa bir səbəbi məhsuldarlığın aşağı düşməsi olub. Bu ilin ilk 8 ayında hər hektardan 195,2 sentner kartof yığıldığı halda, ötən ilin eyni dövründə bu göstərici 197,6 sentner olub.
Onu da bildirək ki, kartof yığımında məhsuldarlığın ən yüksək olduğu rayon Qazax rayonu olub. Bu rayonda hər hektardan orta hesabla 350 sentner kartof yığılıb. Məhsuldarlığın ən aşağı səviyyədə olduğu yer Sumqayıt şəhəri olub. Sumqayıtda hər hektardan orta hesabla 21,4 sentner kartof yığılıb.
Məhsuldarlığın ən yüksək və ən aşağı səviyyədə olduğu rayonların (şəhər) ilk beşliyi aşağıdakı kimi olub.

Ən yüksək:
Qazax rayonu – 350 sent/ha
Ağstafa rayonu – 310,5 sent/ha
Cəlilabad rayonu – 310 sent/ha
Tovuz rayonu – 298,2 sent/ha
Şərur rayonu – 291,3 sent/ha

Ən aşağı:
Xəzər rayonu – 64,3 sent/ha
Siyəzən rayonu – 50 sent/ha
Şirvan şəhəri – 47 sent/ha
Hacıqabul rayonu – 33,9 sent/ha
Qaradağ rayonu – 27,5 sent/ha



Xəbərin oxunma sayı : 187




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap