Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Beyləqanda şəhidlərin xatirəsi yad olundu - FOTOLAR

Tarix 27.09.24, 15:35

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 27-si Anım Günü ilə əlaqədar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi şəhidlərinin Beyləqanda Şəhidlər xiyabanında məzarları ziyarət olunub.

AzFakt.com xəbər verir ki, anım tədbirində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri, şəhid ailələri, qazi və veteranlar iştirak ediblər.

Ziyarət zamanı Zəfərin baş qəhrəmanlarının məzarları, o cümlədən naməlum şəhidlərimizin xatirəsinə inşa olunmuş abidə ziyarət olunub, üzərilərinə tər gül dəstələri düzülərək xatirələri sonsuz ehtiramla yad edilib.

Ə.Əzizov anım mərasimində iştirak edənlərə, şəhid ailələri, qazi və veteranlara səslənərək Sentyabrın 27-nin tariximizə həm kədərli, həm qürurlu tarix kimi həkk olduğunu, düz dörd il bundan əvvəl başlayan Zəfər yolunda ilk addımların məhz bu gün atıldığını diqqətə çatdırıb. O, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun-qəhrəman əsgər və zabitlərimizin cəmi 44 gün ərzində hər günü bir tarix olan qəhrəmanlıq salnaməsi yazdığını, bizləri qələbə ilə sevindirən Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, Azərbaycanın şanlı ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən cəsur qazilərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu bildirib.

İşğaldan azad edilmiş ərazilərimizdəki irimiqyaslı bərpa-quruculuq işləri haqqında da danışan RİH başçısı soydaşlarımızın böyük sevinclə öz yurdlarına döndüyünü, bu qayıdışın ən qısa müddət ərzində təmin edilməsinin Prezident İlham Əliyevin başlıca prioriteti olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Şəhidlərin ailə üzvləri Anım Günündə şəhidlərin məzarlarının ziyarət olunmasının övladlarının timsalında bütün şəhidlərimizə olan dərin ehtiramın bariz nümunəsi olduğunu ifadə ediblər.

Ziyarətdən sonra rəsmilər  "Cərcis Peyğəmbər" ziyarətgahında şəhidlərimizin xatirəsinə açılmış ehsan süfrəsində iştirak ediblər.






Xəbərin oxunma sayı : 310




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap