Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Bu şəxslərin pulu karta geri qaytarılacaq - SƏBƏB

Tarix 13.05.25, 8:38

Font ölçüsü : - / +
bitmap-img6


Marketlərdə alış-veriş zamanı post-terminal vasitəsilə vətəndaş tərəfindən səhvən ödənilən məbləğin geri qaytarılması məsələsi bəzən suallar doğurur. 

AzFakt.com xəbər verir ki, belə hallar qanunvericiliyə və bank prosedurlarına uyğun olaraq istehlakçının xeyrinə həll edilməlidir.

Əgər vətəndaşın kartından səhv məbləğ tutulubsa və ya mal və ya xidmət almadan ödəniş edilibsə, həmin vəsaitin geri qaytarılması hüququ vardır. Bu halda vətəndaş ödəməyə dair çek, bank çıxarışı və ya terminal məlumatları kimi sübutedici sənədlərlə marketə müraciət etməlidir.

Market faktı təsdiqlədikdən sonra ödənilmiş məbləğ nağd şəkildə və ya bank hesabına geri qaytarıla bilər. Kartla aparılan əməliyyatlar zamanı isə "reverse" və ya "refund" adlanan bank prosedurları vasitəsilə vəsaitin geri qaytarılması mümkündür. Bu proses, adətən, 1-3 iş günü ərzində baş verir.

Əgər market vətəndaşın müraciətini nəzərə almazsa və vəsaiti geri qaytarmasa, alıcı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Banklar Assosiasiyasına, həmçinin müvafiq bank və Maliyyə Ombudsmanına şikayət edə bilər.

Qanunvericiliyə əsasən, istehlakçı hüquqları pozulduqda vətəndaşın maddi zərəri qarşılanmalıdır. Belə hallarda vətəndaşların hüquqlarını bilməsi və sənədlərlə hərəkət etməsi vacibdir. (News24.az)



Xəbərin oxunma sayı : 262




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap