Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Bu da Azərbaycanın ilk lazer silahı - VİDEO

Tarix 27.09.24, 11:09

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Azərsilah Holdinqdə ölkənin ilk yerli lazer silahı istehsal edilib.⁠

“Fireforce” adlanan silah bütün yerli hissələri ilə birlikdə azərbaycanlı mühəndislər tərəfindən Bakıda keçirilən 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2024) nümayiş etdirilib.⁠

Bir kilometrə qədər olan hədəfləri vura bilən 900 kiloqram çəkili silah yüngül zirehli maşına quraşdırılıb. 30 kilovat gücə malik silah quru, hava və dəniz hədəflərini vurmaq üçün nəzərdə tutulub.⁠

Azərbaycanın ilk lazer silahı olan “Fireforce”un konstruktoru Valeh Arifzadə bildirib ki, silahı 2 ay kimi qısa müddətdə hazırlayıblar.⁠

Onun sözlərinə görə, “Fireforce” rəqibləri ilə müqayisədə daha yığcamdır:

“Lazer silahları normalda nəm, toz və buxardan təsirlənir və gücünü itirir. Silahımızın elə problemi yoxdur. Hələlik 1 kilometr vuruş məsafəsi var, amma 10 kilometrə çatdırmağı planlaşdırırıq, zaman keçdikcə silahımızı təkmilləşdirəcəyik. Bütün hissələri özümüz hazırlamışıq və patent dövlətimizə məxsusdur”./Ölkə.az





Xəbərin oxunma sayı : 232




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap