|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Hektara 3000 manat əkin subsidiyası və... - Monopoliya, yoxsa səriştəsizlik?
Tarix 22.11.24, 11:43 |
|
“Ölkəmizə badam idxalını 50 faizə qədər azaltmışıq. 2024-cü ildə isə yalnız bizim bağ bütün Azərbaycanın istehlak həcmini qarşılaya biləcək. Digər bağlardan alacağımız badamları da emal edib ixrac edəcəyik”.
Bunu 2 il əvvəl – 3 avqust 2022-ci il tarixində “Azbadam” MMC-nin icraçı direktoru Anar Ağayev Prezident İlham Əliyevə məruzəsində demişdi. Zavodun 2024-cü illə bağlı hədəflərinə çatıb-çatmadığı məlum deyil, çünki bu barədə “Azbadam” MMC-nin açıqladığı yeni məlumatlara rast gəlmədik. Amma Azərbaycanda badam bağları salmış sahibkarların durumu heç də ürəkaçan deyil. Onların çox ciddi problemləri var, bəziləri hətta min bir əziyyətlə yetişdirdikləri badam bağlarını məhv etməyə, əvəzində başqa meyvə bağları salmağa başlayıblar. Halbuki, bu bağların salınmasına bəzi hallarda külli miqdarda dövlət vəsaiti də xərclənib. Bu isə o deməkdir ki, yalnız fermerlərin bu bağların salınmasına yatırdıqları böyük investisiyalar, illərlə çəkdikləri əziyyət deyil, həm də dövlətin ayırdığı subsidiyalar da səmərəsiz xərclərə, itirilmiş vəsaitə çevrilir. Ancaq qəribədir ki, dövlət qurumları prosesi laqeydcəsinə seyr etməklə məşğuldurlar.
Bəs sahibkarların badam bağlarını məhv etməsinə səbəb olan problem nədir?
Badam əkən sahibkarlar çarəsiz durumdadırlar
Qeyd edək ki, dövlət, Kənd Təsərrüfatı Nazirliyinin timsalında ölkədə badam bağlarının salınmasını təşviq edir. Hazırda yeni salınan badam bağının hər hektarına görə 3000 manat əkin subsidiyası verilir. Sonrakı illərdə də subsidiyalaşma hər hektara 800 manatdan davam etdirilir. Bu məbləğ təbii ki, sahibkara böyük dəstək olur.
Qeyd edək ki, badam tinglərinin qiyməti 7-8 manat ətrafındadır və qaydaya görə badam bağlarında hər hektarda 600-650 ting olmalıdır. Daha sonra müasir suvarma sisteminin quraşdırılması, ilin bütün mövsümlərində istifadə olunan dərman preparatları, ağacların budanması, bir sözlə bağın məhsul ilinə qədər hazırlanması kifayət qədər böyük xərclər tələb edir. Nəzərə alsaq ki, böyük təsərrüfatlarda işlərin əhəmiyyətli hissəsi müasir texnika ilə görülməlidir, o zaman sahibkarın xərclərinin miqyasını daha yaxşı anlamaq olur.
İntensiv badam sortları 3-4 ildən sonra məhsul verməyə başlayır. Badam ağacları tam məhsuldarlığa düşdükdən sonra bir hektardan təxminən yaxşı halda 5-6 ton məhsul götürmək mümkündür. Ancaq ilkin ilərdə məhsuldarlıq hər ağacdan 2-3 kiloqram təşkil edir. Çəkilən xərcləri nəzərə alsaq, təbii ki, sahibkarın hər ağacdan 2-3 kiloqram məhsul əldə etməsi rentabelli sayıla bilməz. Çünki təkcə badamın yığılması, qabıqdan təmizlənməsi ağır zəhmət və böyük məsrəf tələb edir.
Növbəti illərdə bağın saxlanılması, ağacların budanması, dərmanlanması xərclərini də nəzərə alsaq, sahibkarın badam bağından pul qazanması, qoyduğu investisiyanı geri almağa başlaması üçün məhsulunu bazarda yaxşı qiymətlərə satması lazımdır. Ancaq təəssüf ki, bazara diqtə olunan qiymətlər buna imkan vermir. Nəinki sahibkarın növbəti il üçün yuxarıda qeyd olunan xərclərini maliyyələşdirməsi üçün qazanc əldə etməsinə, hətta məhsulun yığımına, işçilərin saxılanılmasına çəkilən xərcləri belə ödəməyə imkan vermir.
Bunun səbəbi isə heç də bazardakı bolluq, qiymətlərin tələb və təklif əsasında deyil, inhisarçı mövqeyə yiyələnmiş şabəkələrin diqtəsi əsasında formalaşmasıdır. Belə ki, bir neçə il əvvələ kimi badamın topdansatış qiyməti 4-5 manat təşkil edirdisə, “Azbadam”ın 2.6 qəpiklə badam qəbul etməsindən sonra bu rəqəm az qala 2 dəfə aşağı düşdü və hazırda sahibkarlar yaxşı halda məhsullarına 2.8 qəpikdən alıcı tapa bilirlər. Lakin böyük şəbəkələrdə – “Bazarstor”, “Araz”, “Neptun”, “Rahat”, “Megastor”, “Bolmart” və digərlərində məhsulun pərakəndə satışı 2 dəfə baha – 4.50-5.50 manat aralığında dəyişir. Başqa sözlə, bu şəbəkələr sahibkardan 2.5-2.8 manata qəbul etdikləri badamı istehlakçıya iki dəfə baha qiymətə təklif edirlər. Yəni, necə deyərlər, “pambıqla baş kəsirlər” və bu insafsızlığa nəzarət edən yoxdur.
“Araz” və “Bravo” supermarket şəbəkələrində badamın qiyməti
Beləliklə, dövlətin hektarına 3 min manat birdəfəlik, daha sonra illik 800 manat subsidiya verdiyi, sahibkarın külli miqdarda xərcləri, ağır zəhməti hesabına başa gələn badam məhsulu “su qiymətinə” dəllalların əlində düşür. Məhz bu səbəbdən də böyük vəsait və zəhmət hesabına badam bağı salan sahibkarlar indi dilemma qarşısındadırlar: Ya qəpik-quruşa məhsulu şəbəkələrə satmalıdırlar, ya da bağları qırıb yerinə başqa meyvə ağacları əkməlidirlər. Qeyd etdiyimiz kimi, artıq bir çox fermerlər ikinci yolu seçib, badam bağlarını ləğv etməyə başlayıblar…
“Monopolistlər istəyir ki, fermerlər, kəndlilər digər sahələrə üz tutsunlar…”
Yaranmış vəziyyəti “AzPolitika”-ya şərh edən kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmli də problemin çox ciddi olduğunu bildirdi.
Onun sözlərinə görə, neftin qiyməti kəskin şəkildə aşağı düşən zaman hökumət iqtisadiyyatın şaxələndirilməsi üçün aqrar sektorda vaxtilə irəliləyişlər olan sahələrin yenidən dirçəldilməsi barədə qərar qəbul etmişdi: “Bu məqsədlə badam əkini ilə məşğul olan sahibkarlara hər hektara 3000 manat subsidiya verilir. Hökumət tərəfindən subsidiya verilməsi, məmurlarda daha çox maraq yaratdı və getdikcə badamın əkin sahəsi genişləndirildi. Bu sahəyə yalnız məmurlar deyil, iş adamları, fermerlər də maraq göstərdi. Nəticədə, 2015-ci ildən sonra Azərbaycanda badam sahələri sürətlə genişləndi. Səkkiz il ərzində badamın əkin sahəsi 7,7 dəfə artırılıb, həm də istehsal yüksəlib. Əgər 2015-ci ildə cəmi 1000 ton badam istehsal olunurdusa, 2022-ci ildə 5,3 min ton, 2023 -cü ildə isə 4,2 min ton badam istehsal olunub. Yəni təqribən 5 dəfəyə yaxın artım var. Əlbəttə, məhsulun bu qədər artması bazarda qiymətin nisbətən aşağı düşməsinə səbəb olub. Əgər əvvəllər badam çox baha – 10 manatdan yüksək idisə, indi beş manat civarındadır”.
Ekspertin sözlərinə görə, bazarda badamın qiymətinin belə kəskin aşağı düşməsinin əsas səbəblərindən biri bu sahədə inhisarçı şirkətlərin, şəbəkələrin daha çox qazanc əldə etməyə çalışmasıdır: “Badam qəbul edən şirkət, şəbəkə çalışır ki, məhsulu sahibkardan aşağı qiymətə alıb yüksək qiymətə satsın. Hazırda aldıqlarından iki dəfədən baha qiymətə satırlar. Bu, fermerlərə sərf etmir. Onların xərcləri yüksək olduğuna görə əldə edilən vəsaitlə bu xərci kompensasiya edə bilmirlər. Yəni məhsul istehsalı onlara gəlir yox, ziyana başa gəlir. Fermerlərin, kəndlilərin ziyanla işləməsi isə monopolist oliqarxalara sərf edir. Onlar istəyir ki, fermerlər, kəndlilər beləcə digər sahələrə üz tutsunlar. Belə olan halda imkan yaranır ki, monopolistlər öz sahələrindəki məhsulu daha yüksək qiymətə daxili bazara çıxarsınlar”.
Vahid Məhərrəmlinin sözlərinə görə, xarici bazara çıxarılan məhsulun ixrac dəyəri də çox aşağıdır. “Təsəvvür edin, bir kilosu 2,2 dollardır. Yəni bu da sahibkarlara sərf etmir və biz görürük ki, getdikcə badamın ixracından gələn gəlir azalır. Məsələn, 2022-ci ildə xaricə 1 milyon 812 min dollarlıq 687 ton badam ixrac olunub. 2023-cü ildə isə 1 milyon 867 min dollarlıq 845 ton badam ixrac edilib. Bu, badamın ixrac dəyərinin aşağı düşdüyünü göstərir. Əgər 2022-ci ildə badamın bir kiloqramını 2,6 dollara ixrac edirdilərsə, 2023-cü ildə bu rəqəm 2, 2 dollara düşüb, yəni 16 faiz azalıb”.
Mütəxəssis fermerlərə məsləhət görür ki…
Ekspert fermerlərə məsləhət görür ki, hökumət tərəfindən həyata keçirilən kampaniyalara çox da meyllənməsinlər: ”Onlar özləri müəyyən etsinlər ki, hansı sahə ilə məşğul olmaq lazımdır. Aqrotexniki qaydalara əməl etsinlər və o sahə üzrə ixtisaslaşsınlar. Yəni dərindən o sahəni bilmək lazımdır. Aqrotexniki qaydalara vaxtlı-vaxtında əməl edərlərsə, bazar seçimində yanılmazlarsa, bitkiçilikdə istənilən sahə ilə məşğul olmaq olar. İndi pambıqçılıqla, tütünçülüklə, baramaçılıqla, fındıqçılıqla bağlı da bu tip nüanslar var. Məsələn, fındığın da ixracında ciddi azalma var. Bir daha təkrar edirəm ki, bizim kəndlilər, fermerlər hökumətin apardığı kampaniyaya inanıb xərc çəkməsinlər, investisiya yatırmasınlar, özləri seçim etsinlər. Nəyə Azərbaycan bazarında ehtiyac var, nəyi bazara çıxarıb satmaq olar və yaxud da ixrac etmək olar, o sahəyə ciddi önəm versinlər”.
Məlumat üçün qeyd edək ki, hər il dünyada 1 milyon tondan artıq badam istehsal olunur, onun 79%-ni ABŞ verir. 70 min tonla Avstraliya ikinci, 40 min tonla İspaniya üçüncüdür. Qardaş Türkiyə isə ildə 13 min ton badam istehsal edərək dördüncü sırada yer tutur.
Dünya üzrə badamın məhsuldarlığı bir hektardan 12-16 ton ətrafında dəyişir. Türkiyədə bu göstərici 12 ton, ABŞ-də isə 15-16 tondur. Hələlik, Azərbaycanda yeni yaradılan bağlarda məhsuldarlıq 6-7 ton ətrafındadır.
Xəbərin oxunma sayı : 358
Sosial
Xəbərlər
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
PSJ-nin apellyasiyası rədd edildi - “Mbappe işi“
-
Hövsan qəsəbəsində günlərdir su kəsilib - Səbəb nədir?
-
“Gətirib xəstəxananın qarşısına “dayanmaq qadağandır” nişanı qoyulur” - VİDEO
-
“20 Yanvar“dakı keçid açılacaq? - Deputat danışdı
-
Ehtiram Quliyevi Firəngiz Balakişiyeva əvəz edib - “Huner Group” MMC-də dəyişiklik
-
OPEK Baş katibi Novakla danışdı: Nəyi müzakirə etdilər?
-
Virusların “qorxulu yuxusu“ - Antioksidant tərkibli 5 meyvə
-
Xalası oğlu ilə birgə qız qaçırmaq istəyən şəxs HƏBS EDİLDİ
-
Sabiq direktora yeni vəzifə verildi - Nazir əmr imzalayıb
-
COP29 davam edəcək - Yalçın Rəfiyev səbəbi AÇIQLADI
-
“Etirazlar olsa, interneti tamamilə söndürəcəyik” - Lukaşenko
-
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
-
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi necə olub? – İdxal ixracı 3 dəfə qabaqlayır...
-
Keçmiş direktor Bakı şəhər Mədəniyyət Baş İdarəsini nədə ittiham edir? - Məhkəmə
-
İsrailli nazir Bakıda Aqarunovun məzarını ziyarət etdi - Fotolar
-
“Artıq olanımızı da itirməyə başlamışıq“ - AFFA-nın sabiq vitse-prezidenti
-
“Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır“ - Kreml
-
Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTOLAR
-
Qalmaqallı xəstəxana direktoru hakim qarşısında - Rauf Yəhyayeva cinayət işi açılıb
-
Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
-
“Əmək miqrantlarına ehtiyacımız var” - Peskov
-
77 saxta domen bloklandı - RƏSMİ
-
UEFA Millətlər Liqası:Pley-off mərhələsinin püşkü atıldı
-
Ceyhun Bayramovla Berbok bir araya gəldi - Danışıqlar aparılıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
-
Gəlin qaynatasını döşəmə silən taxta ilə döydü - Cərimə edildi
-
Prezident Fərid Əhmədova rütbə verdi - Sərəncam
-
Bu kənd təssürafitı məhsullarının istehsalı azalıb - Statistik məlumatlar açıqlandı + CƏDVƏL
-
Millətlər Liqası:Türkiyənin pley-offdakı rəqibi bilindi
-
“Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi
-
Su çəkdirmək istəyənlərin nəzərinə: Yeni QAYDA
-
Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar
-
Masazırda parkda obyekt tikirlər? - İDDİA
-
Azərbaycanda gəmilər satışa çıxarıldı - SİYAHI
-
“Beynəlxalq Cinayət Məhkəməsi Rusiya üçün əhəmiyyətsiz qurumdur“ - Peskov
-
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu - Məhkəmə
-
50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır
-
Ukrayna dairəsində yeni yanaşma tətbiq ediləcək - VİDEO
-
THY-dən yeni fürsət: sərnişinlər pulsuz şəhər turuna çıxacaqlar
-
Yeni avtomobil alarkən bunlara DİQQƏT EDİN – Əks təqdirdə...
-
Əli Əsədov yeni qərar imzalayıb - Ölkəyə gələn əcnəbilərlə bağlı
-
“Lotu Quli”yə “pul atan” “Rafiq Masallinski”nin qulağı kəsildi – TƏFƏRRÜAT
-
Azərbaycan nefti ən ucuz və ən baha qiymətə hansı ölkələrə satır? - Tam siyahı
-
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib - Müzakirə
-
“Nar”dan “Sərfəli cümə” təklifi – 50 % endirimlə smartfon əldə et!
-
“Ən təmiz keçmişi olan müğənniyəm“ - Vəfa Şərifova + VİDEO
-
Hektara 3000 manat əkin subsidiyası və... - Monopoliya, yoxsa səriştəsizlik?
-
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində - FOTOLAR
-
Azərbaycanda məşhur parfümeriya şirkəti cərimələndi - QƏRAR
-
Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
-
Məndən “Qələbə marşı” gözləməyin! - Cavanşir Quliyev
-
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - VİDEO
-
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - VİDOE
-
“Paşa Bank“a yazılan protokola baxılacaq tarix açıqlandı - 30 min manatadək...
-
Tikinti işləri aparanların nəzərinə - 5 min manata cərimələnə bilərsiz
-
ABŞ Kiyevə hərbi yardımı davam etdirmək niyyətindədir - Ağ Ev
-
Nazirin sensasion eyhamı - cərimələr yığılıb hara gedir?
-
Putin dünyada sülhün bərpa olunmasını istəyənlərin üzünə tüpürür - Zelenski
-
“Netanyahu ilə Qallantın həbsi məcburidir” - Borrell
-
Gəncədə ər-arvad bıçaqlandı - Biri öldü
-
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
-
Xatun kamera qarşısında - Fotosessiya
-
Ronalduya Türkiyədən kritik zəng - “Xoşbəxt deyilsənsə, bura gəl“
-
Mett Qeyts ABŞ Baş prokuroru vəzifəsindən imtina etdi - adı cinsi qalmaqallarda hallanır
-
“Ukraynadakı münaqişə qlobal xarakter alıb“ - Putin
-
Xəzərdə suyun azalması balıq ehtiyatına ciddi təsir edir - VİDEO
-
Norveçin vəliəhd şahzadəsinin oğlu həbs edildi - Zorakılıqda ittiham olunur
-
“Bakıda COP29 mükəmməl təşkil olunub” - Zaxarova
-
“İşsizlikdən Sığorta Fondu investisiya fəaliyyəti barədə məlumat vermir“ - Hesablama Palatası
-
“ELVİ.M.M Services Group“ inzibati məsuliyyətə cəlb edildi - Mərkəzi Bank tərəfindən
-
Bu ədviyyatlar həm arıqladır, həm də... - SİYAHI
-
Yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT
-
“Ağlını itirən Rusiya nə qədər qorxduğunu göstərdi” - Zelenski
-
Qəbul etdiyi qətnamə Lüksemburq parlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir - Milli Məclis
-
“Üçüncü dünya müharibəsi başlayıb” - Zalujnı
-
“Mars və Aydakı deyil, Yerdəki suya diqqət yetirməliyik“ - Aİ-nin xüsusi səfiri
-
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak etdi - Fotolar
-
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Açıqlama
-
Şabalıdın bahalaşmasının səbəbi nədir? - VİDEO
-
Pakistanda terror aksiyası: 38 nəfər öldü - Azərbaycan başsağlığı verdi
-
“Altın kelebek“in azərbaycanlı namizədləri - FOTO
-
Küləkli hava şəraiti ilə bağlı sarı - Xəbərdarlıq
-
MİT rəhbəri CHP sədri ilə görüşdü - Fətullah Gülənlə bağlı
-
Azərbaycanda mühərrikin həcminə görə ən çox hansı avtomobillərə tələb var? - Siyahı
-
Hakim dələduzluqda ittiham olunan şəxsi ev dustaqlığına buraxıb - Zərərçəkənlər etiraz edir
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“400 minlik yeyintidən xəbərim olmayıb“ - Sabiq nazirin oğlu
-
Prezident bu mərkəzləri ləğv etdi - SƏRƏNCAM
-
Azərbaycanda alimentin məbləği artırılır
-
Şəhidin atası vəfat etdi - Foto
-
Nazirin dediyi 130 min boş iş yeri hardadır? - İqtisadçı ekspertdən açıqlama
-
Qırx ilin xətrinə: Dünya Türk qəhvəsi gününü qeyd edin (FOTO)
-
“Azinvest Telecom Technology” QSC şirkətindən milyonlarla avans və... - İşçilərin pulu niyə ödənilməyib?
-
Yaşayış və minimum maaş nə qədər artırılacaq? - Məbləğlər açıqlandı
-
"Nargis" jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında "Veysəloğlu"nun ekoloji layihələrindən bəhs edib
-
“İçməli su texnologiyasını digər ölkələrlə paylaşmağa hazırıq“ - İsrail rəsmisi
-
Pambığın ixrac qiyməti azalsa da, ondan gəlirlər kəskin artıb - Statistika
-
Milli Məclisdə yeni təyinatlar olub - Adlar + FOTOLAR
-
“Bizim pensiya sistemimiz çox humanistdir“ - Nazir
-
Türkiyədə azərbaycanlı qadın küçədə öldürüldü - Video
-
Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - VİDEO
-
Generalın oğlu AYNA-dan vəzifədən getdi - Bu xidmətə müşavir təyin edildi
-
“Başa düşmürəm, bəlkə də onlar anlamırlar...“ - Zaxarovadan xəbərdarlıq
-
Pensiyaçılarla bağlı məlumat açıqlandı - Artım var
-
Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”
-
Azərbaycanda toy etmək üçün nə qədər pul lazımdır? - Xərclər
-
Baş nazirdən şəhid ailələri ilə bağlı - Yeni Qərar
-
“Yaşa görə əmək pensiyalarının orta məbləği 569 manat olacaq” - Nazir
-
Podiumdan yaşıl meydana - 23 yaşında klub prezidenti oldu - Video
-
Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları birgə təlimdə - Fotolar
-
Bu avtobusların fəaliyyəti bərpa edilir - 46 marşrut
-
İlqar Əfəndiyev vəzifəsindən azad edilib - Nazirdən əmr
-
Alimenti təkcə ata ödəməli deyil - Məbləğ necə hesablanır?
-
Pivə istehsalçısı “Calsberg Azerbaijan“ cərimələndi - QƏRAR
-
Bitcoin qiyməti 96 min dollar həddini keçdi - REKORD
-
Siyavuş Novruzov Naxçıvan rəhbərliyini “topa tutdu“ - 1.2 milyard pul, tenderlər və... (VİDEO)
-
ABŞ-nin strateji qüvvələri hakimiyyətin Trampa keçməsinə hazırdır - Pentaqon
-
Ronaldo, Bekhem, Zidan... - “Real” şkaflarını satır
TOP 10
ARXİV