Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Hepatit daşıyıcıları hərbi xidmətə aparılmırlar? - VİDEO

Tarix 25.09.24, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


Hepatit B və Hepatit C viruslarına yoluxmuş şəxslərin hərbi xidmətə yararlı olub-olmaması son günlərdə müzakirə mövzusuna çevrilib.

Mövzu ilə bağlı danışan həkim-terapevt Rasif Bağırov deyir ki, adi ünsiyyət zamanı bu virus bir şəxsdən digərinə keçə bilməz. Yəni adi ünsiyyətlə hərbçilər arasında da yayılma riski olmadığından hepatitli şəxslər hərbi xidmətə yararlı sayılırlar.

Amma Rasif Bağırov onu da əlavə edib ki, Hepatit B və Hepatit C kimi yoluxucu xəstəliklərin daşıyıcısı olan şəxslər hərbi xidmət zamanı xüsusi diqqətdə saxlanılmalıdırlar.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və Beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov "Xəzər Xəbər"ə bildirdi ki, virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş vətəndaşlar hərbi xidmətə çağırılan və ya könüllü daxil olan zaman stasionar müalicədən sonra 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Bu müddət bitdikdən sonra isə xidmətə çağırılırlar. Yəni bu xəstəliklərin daşıyıcıları hərbi xidmətə yararlı hesab edilirlər.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

 







Xəbərin oxunma sayı : 508




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap