Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Kredit götürmək istəyən şəxs dələduzluqla üzləşib - VİDEO

Tarix 21.09.24, 22:53

Font ölçüsü : - / +
bitmap-img6


Bankdan 10 min manat kredit götürmək istəyən şəxs dələduzluqla üzləşib.

Ağsu rayonundan işləmək üçün Bakıya gələn İlahə Abışova üzləşdiyi problemlə bağlı "Xəzər Xəbər"ə müraciət edib. Dediyinə görə, həm xəstə uşaqlarını müalicə etdirmək, həm də borclarını bağlamaq üçün kredit götürmək qərarına gəlib. Lakin analıq məzuniyyətində olduğundan ona kredit düşməyib. Hər şey isə sosial şəbəkədə gördüyü kredit elanı ilə bağlı müraciətdən sonra baş verib.

Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkə üzərindən İlahayə 10 minat kredit vermək üçün ondan əvvəlcədən 80 manat tələb ediblər. O da həmin məbləği göndərib. İlahə Abışova kredit ayrılması üçün ondan tələb olunan məbləği ödədikdən sonra telefon zənglərinə cavab verən olmayıb.

Belə elanların tələsinə düşən çox sayda zərərçəkmiş var. Bu bazmış kimi, İlahənin qohumları da həmin səhifəyə müraciət edərək kredit götürmək istəyiblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, qeyd edilən vətəndaşın üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə hər hansı müraciət və ya şikayət daxil olmayıb. Həmin şəxsin üzləşdiyi hadisə ilə bağlı ərazi üzrə polis idarəsi və ya DİN-in 102 xidməti zəng mərkəzinə məlumat verməyk tövsiyə olunur. "Bir daha bildiririk ki, sürətli və aşağı faizli kredit imkanı kimi başlıqlı, habelə bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara diqqət olunmalıdır. Belə saxta və imitasiyalı linklərə keçid etməmək, həmçinin tanımadığınız şəxslərə şəxsi və kart məlumatlarınızı verməyiniz, onlara ödənişlər etməyiniz tövsiyə olunmur",-deyə nazirlikdən qeyd olunub.





Xəbərin oxunma sayı : 1714




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap