“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Ən populyar mobil hökumət tətbiqləri bunlardır - SİYAHI

Tarix 14.04.25, 20:32

Font ölçüsü : - / +
bitmap-img6


"Son bir neçə ildə hökumətə məxsus mobil rəqəmsal həllər xeyli populyarlaşıb. Mobil tətbiqlər tam funksionallıqla dövlət xidmətlərini daha effektiv formada əldə etməyə imkan verir. Yəni hökumət həlləri yalnız informasiya-məlumat çatdırmır, birbaşa dövlət xidmətlərini, hansısa sənədləri və arayışları əldə etməyə imkan verir".

Bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib.

Ekspert ən faydalı və populyar mobil hökumət tətbiqlərinin adlarını açıqlayıb:

"Son zamanlar populyarlığı ilə daha çox diqqət cəlb edən myGov mobil tətbiqidir. Artıq xeyli sayda dövlət xidmətləri bu mobil resursa inteqrasiya olunub. Ötən ildən etibarən buradan arayışları və rəsmi sənədləri də almaq mümkündür. Mobil Notariat xidmətləri də myGov-a inteqrasiya edilib.

Eyni zamanda qısa zamanda populyarlaşan e-Polis tətbiqi spesifik xdimətləri ilə, SİMA isə anında rəqəmsal identifikasiya üçün ölkəmizin rəqəmsal transformasiyasında mühüm rol oynayır.

osman.jpg (66 KB)

Bir müddət öncə DVX tərəfindən e-Vergi mobil tətbiqi yaradılıb, Maliyyə Nazirliyi isə E-rüsum mobil tətbiqi üzərində işləyir.

Əlbəttə, bütün dövlət xidmətlərinin hansısa formada göstərilməsindən asılı olmayaraq myGov-a, həmçinin populyar özəl və bank mobil resurslarına inteqrasiyası çox vacibdir.

Beləliklə, təqdim etdiyi xidmətlərin sayı, funksionallığı, yüklənmə sayı, istifadəçi rahatlığı, yenilənməsi, reytinq göstəricisi parametrləri və s. baxımından ən faydalı və populyar mobil rəqəmsal hökumət həllərinə aşağıdakıları aid etmək olar:

1. myGov (İRİA)

(Yüklənmə sayı 1 milyon +, artıq təqdim etiyi çoxsaylı məlumatlar sadəcə "məlumat" deyil, həm də rəqəmsal sənəddir, həyat hadisələrini rəqəmsallaşdırmağa imkan yaradır, təqdim etdiyi data əsasında əlavə dəyərlər yaratmaq imkanı var və s.)

2. e-Sosial (ƏƏSMN)

(Yüklənmə sayı 1 milyon +, əmək müqavilələrin imzalanması, pensiya və əmək haqqı kalkulyatoru, arayışlar və s.)

3. Mobil Notariat (Ədliyyə Nazirliyi)

(Yüklənmə sayı 0.5 milyon+, vətəndaşın harada olmasından asılı olmayaraq notarial xidmətlər təqdim edir).

4. E-Polis (DİN)

(Yüklənmə sayı 100 min+, ötən il istifadəyə verilib, məhkumluq arayışı, itirilmiş əşya arayışı, 102 SOS xidməti, avtomobillərlə bağlı arayışlar, STOP məlumatı, sürücülük vəsiqəsinin dəyişdirilməsi və s.)

5. SİMA (AzİnTelecom)

(Yüklənmə sayı 1 milyon +, rəqəmsal imza xidməti təqdim edir, ASAN imzanın alternatividir).

6. Smart Customs (DGK)

(Yüklənmə sayı 1 milyon +, e-ticarət yolu ilə gətirilən malların gömrük bəyannamələrinin onlayn mühitdə təqdim edilməsi və s.)

7. ASAN növbə (ASAN)

(Yüklənmə sayı 0.5 min +, ASAN Xidmətdə növbə götürməyə imkan verir).

8. E-Təbib (TƏBİB)

(Yüklənmə sayı 1 milyon +, ölkə üzrə yalnız BİR tibb müəssisəsinə e-növbə götürmək imkanı verir, əlavə xidmətləri yoxdur, əsasən informasiya-məlumat yönümlüdür).

9. E-Vergi (DVX)

(Yüklənmə sayı 5000+, son günlər istifadəyə verilib, hələlik yalnız informasiya-məlumat yönümlüdür, hansısa xidməti əldə etmək mümkün deyil, xidmətlərin inteqrasiyası nəzərdə tutulub).



Xəbərin oxunma sayı : 472




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap