“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

“ABŞ gömrük rüsumları ilə bağlı 10-dan çox təklif alıb“ - Ağ Ev

Tarix 14.04.25, 21:48

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ indiyədək digər ölkələrdən ticarət və gömrük rüsumları ilə bağlı məsələlərin tənzimlənməsi üçün 10-dan çox konkret təklif alıb.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset “Fox Business” telekanalına müsahibəsində bildirib.

"Düşünürəm ki, bizdə ABŞ üçün çox yaxşı təklifləri əhatə edən 10-dan çox sövdələşmə var. ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir, ticarət naziri Hovard Latnik və ticarət komandamızın digər üzvləri Prezident Donald Trampla birlikdə bu sövdələşmələrin kifayət qədər yaxşı olub-olmadığını araşdırırlar", - K.Hasset qeyd edib.

Xatırladaq ki, D.Tramp aprelin 2-də 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük rüsumlarının tətbiq edildiyini elan edib. Rusiya bu siyahıya daxil edilməyib. 10 % həcmində universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən idxal olunan bütün avtomobillərə 25 % həcmində gömrük rüsumları tətbiq edib. ABŞ lideri həmçinin iqtisadi vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan edib.



Xəbərin oxunma sayı : 475




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap