![]() |
|














Azərbaycanda kazino biznesinə icazə verilir? - Milyonların geridönüşü...
Tarix 22.04.25, 15:51 |
|

Azərbaycandan hər il yüzlərlə insan kazinolarda əylənmək məqsədilə Gürcüstana, Rusiyaya və daha uzaq ölkələrə üz tutur. Bu isə, sadəcə maraq deyil, külli miqdarda maliyyə vəsaitinin xarici bazarlara yönəlməsi deməkdir. Bununla yanaşı, region ölkələrinin əyləncə və kazino turizmi sahəsində əldə etdiyi gəlirlər artdığı bir zamanda, Azərbaycan bu sahədə potensialından tam istifadə edə bilmir.
Halbuki, düzgün hüquqi çərçivə və ciddi nəzarət mexanizmləri ilə kazinoların fəaliyyəti ölkəyə həm böyük maliyyə resursları, həm də turist axını gətirə bilər.
Çin və ABŞ: Kazino kralı olan ölkələr
Dünyada kazinoların sayına və məşhurluğa görə üzrə lider ölkə Birləşmiş Ştatlar sayılır. Las Vegasda 1000-dən çox qanuni kazino fəaliyyət göstərir. 2023-cü ildə ABŞ-da yalnız kommersiya kazinoları üzrə ümumi gəlir 60 milyard dolları keçib.
Kazino sahəsində ən çox gəlir əldə edən ölkələrdən biri də Çin Xalq Respublikasıdır. 2023-cü ildə kazino üçün xüsusi inzibati bölgə olan Makao kazinolar ümumilikdə 22,7 milyard ABŞ dolları məbləğində ümumi oyun gəliri (Gross Gaming Revenue - GGR) əldə edib. Makao hökuməti 2023-cü ildə qumar fəaliyyətlərindən 8,1 milyard ABŞ dolları vergi gəliri əldə edib.
Gürcüstan və Rusiyanın kazino strategiyası
Gürcüstanda kazino biznesi Cənubi Qafqaz regionunda ən inkişaf etmiş və liberallaşdırılmış sektorlardan biridir. Ölkə həm yerli, həm də xarici investorlar üçün əlverişli qanunvericilik və vergi mühiti yaratmaqla bu sahəni sürətlə inkişaf etdirib. Gürcüstanı regional kazino bazarı da adlandırmaq olar.
Gürcüstanın paytaxtı Tbilisi ölkənin ən böyük və lüks kazinolarına ev sahibliyi edir. 2024-cü ildə Gürcüstanda kazino sektorunun dövriyyəsi 28 milyard ABŞ dolları olub. Bu sektor dövlət büdcəsinə yüksək vergi gəlirləri gətirir və turizmin inkişafına mühüm töhfə verir. 2024-cü ildə 20 mindən çox insan bu sahədə çalışıb, orta aylıq əməkhaqqı isə 1182 ABŞ dolları olub.
2023-cü ildə Rusiyada kazino sənayesinin ümumi gəliri təxminən 2,1 milyard avro təşkil edib. Bu, ölkəni Avropada bu sahədə ikinci ən böyük bazar edir.
2023-cü ildə Rusiyanın dörd əsas Kazino zonası – Krasnaya Polyana (Soçi), Tigre de Cristal (Vladivostok), Siberian Coin (Altay) və SOBRANIE (Kalininqrad) dövlət büdcəsinə ümumilikdə 2 milyard rubl vergi ödəyib. Bu dörd kazino zonasını təxminən 1,5 milyon nəfər ziyarət edib.
Azərbaycanda maliyyə piramidaları və qanunsuz kazinolar
Maliyyə piramidaları hər zaman yeni iştirakçıları cəlb edərək əvvəlki iştirakçılara qazanc ödəmək prinsipinə əsaslanır. Bu sistemlər qanunsuz olub, iqtisadiyyatın qeyri-rəsmi sektorunda fəaliyyət göstərir. Azərbaycan daxilində bir çox piramida təşkilatları son illərdə aktiv olaraq öz işlərini həyata keçirir. Onlar insanları yüksək faizlərlə cəlb edir, nəticədə, investisiya qoyan şəxslər çox vaxt pullarını itirir.
Qanunsuz kazinolar, dövlətin qanunlarına zidd olaraq fəaliyyət göstərir və bu fəaliyyətlər dövlətin vergi yığımını, həmçinin iqtisadiyyatın şaxələnməsini zəiflədir. Azərbaycanda gizli kazinoların, qumarxanaların geniş yayılması həm də yerli əhalinin iqtisadi itkilərə məruz qalmasına səbəb olur. Qanunsuz kazinolar dövlətin rəsmi büdcəsinə heç bir vergi ödəmir, bu isə büdcə gəlirlərinin azalmasına səbəb olur. Xarici turistlərin cəlbindən isə söhbət gedə bilməz.
Gizli fəaliyyət göstərən kazinolar, həmçinin, qumar oyunları böyük pul itkisinə, insanların şəxsi faciəsinə səbəb olur.

Qanunsuz kazinoların qarşısının alınması üçün ən effektiv yollardan biri bu fəaliyyətlərin müəyyən çərçivədə leqallaşdırılmasıdır. Kazinoların leqallaşdırılması yalnız əyləncə və turizmin inkişafını, ölkəyə əcnəbi turist axınını stimullaşdırmaqla yanaşı, eyni zamanda qeyri-rəsmi iqtisadiyyatı tənzimləmək, vergi yığımını artırmaq və maliyyə şəffaflığını təmin etmək baxımından mühüm rol oynaya bilər.
İqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, kazinolar və maliyyə piramidaları iqtisadi və hüquqi baxımdan bir-birindən tamamilə fərqli anlayışlardır. Onun sözlərinə görə, kazino fəaliyyətinə Azərbaycanda icazə verilməsə də, bu sahə dünya çapında həm iqtisadi fəaliyyət növü, həm də əsas əyləncə növlərindən biri hesab edilir: “Gün gələcək, Azərbaycanda da kazinoların fəaliyyətinə icazə veriləcək. Belə fikirlər var ki, kazino sahəsindən çirkli pulların yuyulması üçün istifadə edilə bilər. Bu baxımdan kazino fəaliyyətinin qadağan olunması hardasa qismən başa düşüləndir. Lakin bunun qarşısını almaq - kazinolarda çirkli pulların yuyulmasına yol verməmək üçün təkmil mexanizmin yaradılması mümkündür.
Bütün hallarda Azərbaycanda kazino olmasa da, mahiyyət etibarı ilə müxtəlif pul uduşlarına əsaslanan oyunlar rəsmi olaraq keçirilir. Xüsusi yerlər var ki, o yerlərdə kazino oyunları təşkil edilə bilər. Hesab edirəm ki, bu, ölkəmizdə həm turizm sektorunun inkişafına, həm də yeni sahibkarlıq subyektlərinin meydana gəlməsinə səbəb olar”.
Kazinoların leqallaşdırılması - iqtisadiyyat üçün yeni səhifə
Azərbaycan coğrafi mövqeyinə, iqlim və infrastruktur imkanlarına görə bölgədə turizm üçün əlverişli məkandır. Kazino infrastrukturu - otellər, əyləncə mərkəzləri, tədbir məkanları ilə birlikdə – ölkənin turizm təklifini daha da cəlbedici edə bilər. Xüsusilə ərəb ölkələrindən və MDB məkanından gələn turistlər üçün Bakı və regionlar yeni “oyun turizmi” istiqamətinə çevrilə bilər.
Xüsusən ona görə ki, hazırda Azərbaycan vətəndaşları xaricdə kazinolarda milyonlarla vəsait xərcləyirlər. Bu, ölkədən həm valyuta axını, həm də turizm sahəsində potensialın itirilməsi deməkdir. Yerli kazinolar yaradılması vətəndaşların pullarının ölkə daxilində qalmasına şərait yaradar, eyni zamanda əlavə valyuta gətirən turistlərin cəlb olunmasına səbəb olar. Maliyyə nəzarəti və şəffaflıq sayəsində vergitutma bazasını da genişlənər.

İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, kazinoların fəaliyyətinin bərpa edilməsinə münasibəti müsbətdir: “Kazinolar da digər əyləncə növləri kimi qanuni fəaliyyət göstərməlidir ki, turistlər ölkəyə gəldiyi zaman bütün əyləncə növlərindən rahat istifadə edə bilsinlər. Azərbaycanda faktiki olaraq kazinoların fəaliyyəti məhdudlaşdırılıb, ancaq bu fəaliyyət növlərinin qeyri-leqal təşkil edildiyini müşahidə edirik. Bu tip “azart” oyunlarının gizli təşkil edilməsi bu sahəyə nəzarət etmək imkanlarını məhdudlaşdırır. Kazinoların fəaliyyəti isə xüsusi seçilmiş yerlərdə təşkil edilə bilər. Bu yerlərin seçilməsinə görə standartlar və qaydalar müəyyənləşməlidir. Yəni bu sahə üzrə standartlar və qaydalar qəbul edildikdən sonra sahibkarlıq subyektləri bu fəaliyyətlə məşğul ola bilər”.
Xalid Kərimli kazinoların olmasını vacib hesab edir: “Çünki insanlar əylənmək istəyir. Bunun üçün vətəndaşlarımız Gürcüstana, Rusiyaya, İsveçrəyə üz tutur. Bu da ölkədən ciddi şəkildə turist və maliyyə axını deməkdir. Mən bu fəaliyyətin tam bərpasının tərəfdarıyam. Hazırda ölkədə müxtəlif lotereya oyunları rəsmi şəkildə təşkil edilir, bu lotereya oyunları “azart” oyunlarının bir növüdür. Eyni zamanda turizm sektorunu inkişaf etdirmək üçün mütləq şəkildə azadlıqları bərpa etməliyik. Bir növ turistlər istirahət və əyləncə üçün yerlər seçərkən azadlıqların verildiyi məkanlara daha çox üstünlük verir. Kazinoların bərpası ölkənin turizm, əyləncə, ictimai-iaşə sektoruna çox müsbət təsir edəcək. Düşünürəm ki, bu sahənin leqallaşması həm ölkədən turist axınının qarşısını almaq, həm də ölkəyə turist axınını artırmaq baxımından olduqca vacibdir”.
“Kazino-hotellər”
Kazinoların leqallaşdırılması təkcə bir neçə iri investora gəlir mənbəyi yaratmır, bu bütöv bir iqtisadi ekosistemin formalaşmasına səbəb olur. Kazinolar ətrafında müxtəlif xidmət sahələri və yeni bizneslər yaranır ki, bu da sahibkarlığın inkişafına təkan verir.
“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri, "Azərbaycan Ekoturizm Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Samir Dübəndi “APA-Economics”ə açıqlamasında bildirib ki, kazino fəaliyyəti bir çox ölkələrdə kifayət qədər diqqət mərkəzində olan iqtisadi fəaliyyət sahəsidir.

Samir Dübəndi qeyd edib ki, ABŞ, İngiltərə, İspaniya, İtaliya kimi ölkələr bu sahədə qabaqcıllar sırasındadır: “Düşünürəm ki, bu ölkələrin təcrübəsi yenidən araşdırılmalıdır. Bu ölkələrin təcrübəsi, illər ərzində qarşılaşdıqları problemlər öyrənilməlidir. Həmçinin bu sahənin tənzimləmə mexanizmləri, hüquqi bazası yaradılmalıdır. Kazino biznesinin ətrafında böyük otel biznesi də inkişaf edir. “Kazino otellər” məşhurdur və bu otellərdə kazinodan başqa yerləşmə, qidalanma və xidmətlərdən böyük qazanclar əldə edilir.
Bu fəaliyyət sahəsinin insanlara sosial-iqtisadi təsirləri qiymətləndirilməli, dərin təhlillər aparılmalıdır. Kazino sahəsinin yerləşmə məkanları da ciddi əhəmiyyət daşıyır. Kazinolar, əsasən, təhsil müəssisələrindən, şəhər mərkəzlərindən kənarda yerləşməlidir”.
Kazino biznesi - qeyri-neft sektorunun gücləndirilməsi
Kazinolar fəaliyyətə başladıqda bu sektordan dövlətə müxtəlif vergi növləri ödənilir. Lisenziya haqları, gəlir vergiləri əməkhaqqı üzrə vergi və sosial ödənişlər, əlavə dəyər vergisi və sair. Bu, xüsusilə də qeyri-neft sektorunun gücləndirilməsinə yönələn dövlət siyasəti fonunda böyük əhəmiyyət kəsb edir.
Bu sahə yalnız oyunlarla məhdudlaşmır – burada minlərlə insan üçün iş imkanı yaranır. Menecerlər, marketinq mütəxəssisləri, texniki heyət, təhlükəsizlik işçiləri, xidmət personalı - kazino sənayesi həm peşəkar işçilərə, həm də yeni iş axtaranlara yönəlmiş geniş spektrli məşğulluq platforması ola bilər.

Turizm eksperti Ceyhun Aşurov isə bildirib ki, məhz xüsusi seqment insanların kazino oyunlarına görə başqa ölkəyə səfər etməsi reallıqdır: “Bu insanlar öz vəsaitlərini xarici ölkələrdə xərcləyirlər. Azərbaycanda kazinoların fəaliyyətinin leqallaşdırılması, həm turizm potensiyalının artırılmasına, həm də ölkəyə əlavə gəlirlərin cəlb edilməsinə səbəb olacaq. Bir müddət əvvəl “Sea Breeze” ərazisində belə imkanların yaradılması baxımından fikirlər irəli sürülmüşdü.
Eyni zamanda kazino fəaliyyəti həyata keçirilən zaman bütün faktorlar nəzərə alınmalıdır. Ölkəyə, cəmiyyətə mümkün zərərli təsirlərin qarşısının alınması üçün addımlar atılmalıdır”.
Azərbaycanda gizli kazinoların fəaliyyət göstərdiyi sirr deyil, hüquq-mühafizə orqanları dəfələrlə bu cür obyektləri aşkar edib. Bundan başqa, fırıldaqçılıqla məşğul olan onlayn-kazinolar var. Ölkədə turizmin inkişafı üçün müəyyən ərazilərdə leqal kazinoların fəaliyyəti turist axınına, bu isə ümumilikdə turizmin inkişafı və büdcə gəlirlərinin artımına ciddi təkan ola bilər.
Qlobal təcrübə göstərir ki, kazinoların fəaliyyəti düzgün idarə olunduqda yalnız əyləncə deyil, həm də güclü iqtisadi stimul yaradır. Azərbaycan da bu sahədə addım atarsa, həm yeni gəlir mənbəyi əldə edə, həm də ölkədən xaricə axan maliyyə və turizm potensialını geri qaytara bilər. Əsas olan bu prosesi məsuliyyətlə, şəffaf və sosial yönümlü yanaşma ilə həyata keçirməkdir.
Xəbərin oxunma sayı : 1588
Gündəm
Xəbərlər
-
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO
-
ABŞ vətəndaşlığı olan İsrailli girov nə vaxt azad ediləcək? - HƏMAS açıqladı
-
“Şərurlu İsfəndiyar” axtarışa verilə bilər - Sabah məhkəməsidir
-
Kurban Berdıyev Qurban Qurbanovun baş məşqçisi olacaq - FOTO
-
“Türkiyə terrordan uzaq bir mühitin təsisi üçün bütün potensialı ilə çalışacaq“ - Fəxrəddin Altun
-
Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb? - Məhkəməsi olacaq
-
Bakıda xəncər və bita ilə silahlanan gənclər, havaya açılan atəş - Kütləvi davanın təfərrüatı
-
Pekin və Vaşinqtondan böyük razılaşma: Gömrük rüsumları 100%-dən çox endirilir
-
28 May münasibətilə əfv fərmanı gözlənilir - 700-dən çox müraciət
-
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
-
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır - Hərracda nə baş verir?
-
Özündən 24 yaş böyük sevgilisini narahat etdi - Həbs olundu
-
Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər
-
Zaxarovadan şok iddia - Avropa liderləri narkotik istifadə edir? + VİDEO
-
“Yaşayış olan binamızda söküntü işləri gedir” - VİDEO
-
Nazir rəisi cəzalandırdı - Yerinə Əhmədovu təyin etdi
-
Rusyaya gedənlərə yeni maneə - 72 saat əvvəl bunu almalıdırar + VİDEO
-
Gecələr Bakını bir-birinə vuran motosikletçilərə - 15 sutka verildi
-
Fuad Nəcəfli Bəxtiyar Əsgərovu özünə müşavir təyin edir? - İDDİA
-
İcra başçısının 721 minlik planı... - Agentlik qarşısını aldı
-
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - TƏFƏRRÜAT
-
Ötən həftə 16 azyaşlı xilas olunub - VİDEO
-
PKK özünü ləğv etdi - Qondarma təşkilat bəyanat yaydı
-
Vətəndaşların bank kartlarından pul oğurlanıb - Xəbərdarlıq
-
Tanınmış bloqerlərin reklam etdikləri şirkətə etibar etdilər, aldandılar - VİDEO
-
DTX xarici ölkələrdə əməliyyat keçirib - Axtarışda olan çoxlu sayda terrorçu həbs edildi
-
Külək Ağcabədidə mağarı uçurdu, toy yarıda qaldı - VİDEO
-
Azərbaycanda illik ödənişi 9 min manat olan ixtisaslar var - VİDEO
-
Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
-
İstanbul danışıqları sülh razılaşmasının mümkün olub-olmadığını göstərəcək - Tramp
-
PKK terror təşkilatı ləğv olunur - Silahların təhvil verilməsi üçün komitə yaradılacaq
-
Ali məktəblərə keçid balları arta bilər - VİDEO
-
Əsli Lerikdəndir, amma ABŞ polisidir - Fotolar
-
“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm” - Zelenski
-
“Bəzi məsələlərdə ABŞ ilə anlaşma əldə olunub“ - Abbas Əraqçi
-
“El-Klasiko“da fantastik oyun: 7 qol vuruldu
-
Prezidenti kövrəldən uşaqlar... - VİDEO
-
Nəfəs maşını insanların üzərinə sürdü, dava düşdü - VİDEO
-
Azərbaycanda toy etmək bəy və gəlin üçün 31- 64 min manata başa gəlir - Xərclərin siyahısı
-
“Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir“ - Politico
-
FHN əhaliyə müraciət etdi - Hava ilə bağlı
-
“ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu“ - İran XİN
-
Otellərdə bir gecəlik qiymət - Şuşada 165, Laçında isə 63 manat olub
-
Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda təlimdə - Fotolar
-
İmtahan nəticələri nə vaxt elan olunacaq? - DİM-dən açıqlama
-
Dünya klublarının yeni reytinq cədvəli açıqlanıb - “Qarabağ” 10 pillə irəlilədi
-
Macarıstan Ukrayna ilə azlıqlar üzrə danışıqları təxirə saldı - Kiyev narahatdır
-
Britaniya kəşfiyyatında ilk - Rəhbər qadın olacaq
-
Ərdoğandan gözlənilən açıqlama gəldi - “Hazırıq”
-
Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq? - VİDEO
-
Xudafərin körpüsündə qazıntı aparan İran vətəndaşları aşkarlandı - VİDEO
-
“Moskva sabahdan atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır“ - Zelenski
-
11 yaşlı uşağa qarşı əxlaqsızlıqda ittiham olunan Hacı Salman hadisədən əvvəl...- Sensasion fakt
-
Əlcəzair Fransanın casuslarını bir daha ölkədən qovdu - diplomatik qalmaqal böyüyür
-
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın havası
-
“Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil“ - Makron
-
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi - VİDEO
-
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
-
“Rusiya və Ukrayna üçün böyük həftə gəlir” - Tramp
-
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu - Video
-
Bakıda köməkçi tikilidə yanğın - Ölən var
-
“Ərdoğandan bunu xahiş edirəm” - Vladimir Putin
-
“Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik“ - Şahbaz Şərif
-
Okean dibinin yalnız 0,001% -i öyrəniliib - Alimlər etiraf ediblər
-
Prezident onları ayaq üstə alqışladı - VİDEO
-
Bu gün imtahan var - 7 şəhər və rayonda
-
Nigar Camal 14 il sonra eyni libasda… - VİDEO
-
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşdı - VİDEO
-
“Qəzzada atəşkəsə nail olmağa çalışırıq“ - Mahmud Abbas
-
Biz bu qarşıdurmada qalib gəldik - Şahbaz Şərif
-
Prezidentin kövrəldiyi anlar - VİDEO
-
“Rusiya atəşkəs təklifini nəzərdən keçirəcək” - Peskov
-
Şuşadan Xankəndiyə kanat yolu olacaq - Prezident ilk dəfə açıqladı
-
“Taliban”dan daha bir qərar - Şahmat qadağan edildi
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
“Vətən müharibəsi həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir” - Prezident
-
Kür çayı məcrasından çıxdı: Sabirabad sakinləri çətin vəziyyətə düşdülər (VİDEO)
-
“Bizimlə bu gün hesablaşmayan sabah peşman olur” - Prezident İlham Əliyev
-
Ən bahalı 10 azərbaycanlı futbolçu - SİYAHI
-
“Hesab etdim ki, məhz bu gün burada olmalıyam” - İlham Əliyev
-
Evlərin qiyməti nə qədər bahalaşıb? - RƏSMİ
-
Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ
-
Prezident və birinci xanım Ağdam Muğam Mərkəzinin açılışında - Fotolar
-
“Rusiya atəşkəslə bağlı çağırışımıza məhəl etməsə...“ - Starmer
-
Heydər Əliyev siyasi irsinin təməl sütunları - Samir Nuriyev yazır
-
“İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək“ - Prezident
-
Tofiq Yaqubludan qərar - Aclıq aksiyasını dayandırdı
-
“Rusiyada istintaq hələ davam edir” - Ceyhun Bayramov
-
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Hindistan və Pakistan razılığa gəldlər - Atəşkəs barədə
-
“Təmaslarla bağlı Türkiyə və İsrail tərəfləri özü açıqlama verir“ - XİN başçısı
-
Şabranda avtomobil ağaca çırpılıb - İki qardaş ölüb
-
Prezident Kəngərli sakinləri ilə görüşdü - FOTOLAR
-
“Ukrayna ordusu dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib“- Rusiya MN
-
Sabirabadda Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
-
“Azərbaycanın vasitəçiliyi ilə aparılan deeskalasiya prosesindən istifadə etmək lazımdır“ - Fidan
-
Hindistan geri çəkilməyə məcbur oldu - Gərginliyin azaldılmasını istəyir
-
Beyləqanda Heydər Əliyevin xatirəsi yad edildi - Fotolar
-
İlham Əliyev Ağdamın Kəngərli kəndində - FOTOLAR
-
“Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir“ - Müdafiə Nazirliyi
-
Sabahdan başlayaraq rayonlarda yağış yağacaq - XƏBƏRDARLIQ
-
“Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var“ - Ceyhun Bayramov
-
Rayonlarda yaşayanlara kredit niyə yüksək faizlə verilir? - VİDEO
-
“Heyətimi gecə klublarında təyin edirəm” - Video
-
Ordumuzun mövqeləri Ermənistandan atəşə tutuldu - RƏSMİ
-
Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda qiymət fərqi - VİDEO
-
Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
-
Arda Turana rəsmi təklif - qərarı qətidir
-
“Mən atamın inamını doğrultdum...” - VİDEO
-
Hakan Fidan sui-qəsdə məruz qalıb – Özü açıqladı
-
Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
-
“Xatirimizdədir, sevgi ilə anırıq” - Mehriban Əliyeva
-
Pakistan Hindistana zərbələr endirir - Aerodromlar, elektrik şəbəkəsi məhv edilib
-
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
-
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
-
İnstaqramda bu gün kimlər nələr paylaşdı? - FOTOLAR
-
Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO
-
Ermənistan acınacaqlı vəziyyətdə: Hər dördüncü sakin yoxsuldur
-
Üç gömrük işçisinin məxfi yazışmaları - Rüşvət çarxı necə fırlanıb? + FOTOLAR
-
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - VIDEO
TOP 10
ARXİV