Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Pensiyaçılarla bağlı məlumat açıqlandı - Artım var

Tarix 21.11.24, 12:43

Font ölçüsü : - / +
bitmap-img6


“Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 66.1%-i qeyri-büdcə sektorunun, 33.9%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək”.

AzFakt.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

“Hazırda (01.10.2024-cü il tarixə) ölkə üzrə pensiyaçıların ümumi sayı təqribən 1 milyon 98 min nəfər təşkil edir. Onlardan 707 min nəfəri yaşa görə, 258 min nəfəri əlilliyə görə, 135 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır.

2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələyib, bu meyil gələn ildə də davam edəcək.

2024-cü ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 600 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü il üzrə təsdiqlənmiş transfer məbləğindən 368 milyon manat və ya 29.9% çoxdur.

Transferin həcmindəki görünən artım 2024-cü ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərindən 387 milyon manatın dövlət büdcəsinə yünəldilməsi ilə bağlıdır”, - deyə komitə sədri bildirib.



Xəbərin oxunma sayı : 622




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap