Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Qalmaqallı “Gold Məkan” MMC cərimələndi – Məhkəmə

Tarix 26.09.24, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Nərimanov rayonunda bir neçə binanı sökərək yerində çoxmənzilli bina inşa edən qalmaqallı “Gold Məkan” MMC (“Rahatlığın məkanı Gold”) tikinti şirkəti ilə bağlı məhkəməyə şikayətlərin ardı-arası kəsilmir. Bununla yanaşı MMC ilə bağlı növbəti cərimə protokolu da tərtib edilib.

AzFakt.com xəbər verir ki, Fətəli Xan Xoyski və Faiq Yusifov küçələrinin kəsişməsində iki binanın sökülməsilə bina inşa edən “Gold Məkan”ın İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 528.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Qalmaqallı tikinti şirkəti ilə bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 8 oktyabr tarixində hakim Vüsal Qurbanovun sədrliyi ilə “Gold Məkan”la bağlı qaldırılmış işə baxılacaq.

Xatırladaq ki, “Gold məkan” MMC şirkəti uzun müddətdir ki, sakinləri narazı salmaqda davam edir. Narazı sakinlər Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və bir sıra digər qurumlara müraciətlər edib. Dövlət Şəhərsalma Komitəsindən və FHN-dən gələn cavab məktubunda bildirilib ki, sözügedən şirkətin ərazidə tikinti-söküntü işləri aparması üçün heç bir icazəsi yoxdur.

Məlum oldu ki, Bakı Şəhər İcra Hakimiyyəti narazılıq edən sakinlərin yaşadığı bina da daxil olmaqla ərazini “Gold Məkan” MMC-yə icarəyə verib. Lakin həmin sənəddə ərazidə tikinti-söküntü işlərinin aparılmasıyla bağlı heç bir icazə bəndi yoxdur.

Qarşı tərəfi dinləməyə hazırıq.



Xəbərin oxunma sayı : 454




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap