Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Rusiya və Türkiyə prezidentləri görüşəcəklər - BRICS sammitində

Tarix 26.09.24, 11:08

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçiriləcək BRICS sammitində görüşəcəklər.

Bu barədə Vladimir Putin Moskvada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşündə bildirib.

“Biz çox şadıq ki, Türkiyə Respublikası ilə əlaqələrimiz bütün sahələrdə, o cümlədən parlamentlərarası əlaqələr üzrə inkişaf edir. Bu yaxınlarda Türkiyə Respublikasının Prezidenti cənab Ərdoğanla Astanada görüşdük, oktyabrda bir daha Kazanda, BRICS sammitində görüşəcəyik, onunla ayrıca görüşümüz planlaşdırılıb”, - deyə Rusiya Prezidenti bildirib.

Öz növbəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş qeyd edib ki, Ankara Rusiyaya qarşı tətbiq edilən sanksiyaları heç vaxt dəstəkləməyib.

O, Rusiya və Türkiyənin prioritetlərinin çox oxşar olduğunu vurğulayaraq deyib: “Biz Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaları, embarqoları heç vaxt dəstəkləməmişik. Qərb dairələrinin bununla Rusiyanı cəzalandırmaq istəməsi düzgün deyil və biz heç vaxt belə bir münasibəti dəstəkləməmişik”.



Xəbərin oxunma sayı : 457




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap