Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Vətəndaşlar hansı dərmanları apteklərdən pulsuz ala biləcəklər? - VİDEO

Tarix 21.11.24, 13:29

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclis plenar iclasında ambulator müalicənin dərmanlarının icbari tibbi sığorta ilə qarşılanması məsələsi birinci oxunuşdan keçərək qəbul edilib.

Bu məsələ "Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" qanunlara təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb.

Layihə əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaratmaq üçün hazırlanıb. Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir.

Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq.

Mövzu ilə bağlı İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində qonaq olan millət vəkili Müşfiq Məmmədli bildirib ki, hazırda büdcə müzakirələri gedir və səhiyyə büdcəsi 3 milyard 650 milyonla çatıb:

"Əvəllər xəstəxanada yatıb sonra evə buraxılan xəstələr bərpa müddətindəki dərmanları öz vəsaitləri hesabına alırdılar. Eyni zamanda xəstəxanaya getmədən vətəndaşlar həkimlərin yazdığı reseptləri də öz vəsaitləri ilə əldə edirdilər. Bundan həmin vətəndaşlar yazılmış reseptləri və bərpa dövründəki dərman preparatlarını icbari tibbi sığorta fondunun vəsaiti hesabına alacaqlar. Bura kordioloji, yuxarı tənəffüz yollarının müalicəsi və həzm sistemi ilə bağlı preparatlar daxildir".





Xəbərin oxunma sayı : 562




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap