| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
Tarix 03.05.24, 11:13 |
|
Lavrovla çox danışırıq...
Hazırda mənim üçün ən yaxşı "ölkə" Şüvəlandır...
Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Modern.az saytına geniş müsahibə verib.
O, xarici siyasət, nazir postundan gedəndən sonrakı fəaliyyəti, ailəsi ilə bağlı suallarımızı cavablanıdırb.
- Elmar müəllim, müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Uzun müddətdir ki, nazir postunu tərk etmisiniz. Hazırda nələr edirsiniz, səhhətiniz necədir?
- Hər şey əladır, idmanla məşğulam. Deyə bilərəm ki, can rahatlığıdır. Hazırda Şüvəlanda qalıram, özüm üçün gəzirəm. Kitabım üzərində çalışıram, gələn həftə çap etmək üçün danışıqlara başlayacam.
- Bəs yenidən aktiv siyasətə qayıtmağı düşünürsünüzmü?
- Əgər təklif olarsa, baxmaq olar. Olunmasa, yəqin ki, yox, düşünmərəm. Mənə hazırda nəsə təklif edilməyib. Ona görə də mən özümdən nəsə deyə bilmərəm. Pis nazir olsaydım, yəqin ki, 16 il işləməzdim. Amma indi mənə ehtiyac olarsa, peşəkarlığımdan istifadə etmək istərlərsə, təklif versinlər. Mən öz-özümə təklif verən deyiləm ki?
- Yaxın zamanda ölkədə parlament seçkiləri gözlənilir. Elmar Məmmədyarov özünü növbəti parlamentdə görürmü?
- İnanmıram ki, bu mənim üçün yaxşı fikir olar. Yəqin ki, bu, mənə görə deyil.
- Uzun zaman XİN rəhbəri olaraq çalışmısınız. Xarici işlər naziri olmaq sizin üçün necə keçdi?
- Bir gün kimi... Mən nazir təyin olunanda, düzünü deyim, gözləmirdim. Çünki mən o vaxtı İtaliyada səfir idim, ondan öncə də Amerikada yaşayırdım. Çox ölçüb, biçdim. Mənə dedilər ki, sən lazımsan. Çətin dövrdə nazir olmuşam, vaxtımın çox hissəsi Qarabağ məsələsinə gedirdi. Beynəlxalq təşkilatlarda, ölkələrdə görüşlər keçirirdim. Amma sonradan gördüm ki, bu, mənim üçün çox asandır, çünki ilk gündən bu işlə məşğul olmuşam. Bir danışıqlar ağır keçirdi. Bəzi həmkarlarla Qarabağla bağlı danışıqlar aparanda deyirdilər ki, "bizimlə niyə danışırsınız? Gücün varsa, get, götürâ€. Biz də getdik, götürdük.
- Bəs hazırda məsləhətləşmələr üçün Xarici İşlər Nazirliyinə dəvət olunursunuzmu?
- Getməyinə, getmirəm. Amma nazirlikdən zəng vururlar, söhbətləşirik. Bəzi səfirlər fikrimi öyrənmək istəyir, mən də deyirəm. İndi çox sevinirəm ki, Ermənistanla sülh danışıqları vasitəçisiz aparılır. Sərhəd delimitasiyası üzrə Komissiya sərhəddə görüşürsə, nazirlər də görüşə bilər. Üçüncü tərəf lazım deyil, inanıram ki, belə də olacaq. Onlar gec-tez Qarabağın müstəqilliyini tanımalı, ya da Ermənistanın bir hissəi kimi qəbul etməli idilər. Ancaq yalandan danışıqlar aparırdılar. Fransada erməni həmkarımla danışıqlar aparanda mənə dedi ki, "sən bilmirsən, bizə nə qədər təyziqlər varâ€. Mən də dedim ki, "Sən nahaq işini mənə deyirsən, bunu həmsədrlərə deâ€. Amerika, Fransa, Rusiya kimi ölkələri çətin vəziyyətə salırdılar, ortada məntiq yox idi, nəyi müzakirə edirdilər, bilmirdilər.
- XİN rəhbəri olduğunuz dövrdə sizin üçün ən çətin danışıqlar hansılar olub?
- Mənim üçün ən çətin danışıqlar həmsədrlə olub. Onlar "Madrid prinsipləriâ€ni ortaya atırdılar. Mətndə qeyd olunurdu ki, 7 rayon qaytarılmalıdır, məsələsəs vermə yolu ilə olacaqdı. Ermənilər deyirdilər ki, səsvermədə erməni əhali iştirak edəcək, biz də deyirdik ki, orada azərbaycanlılar da yaşayıb, onlar necə olacaq? Mənim dövrümdə çalışırdım ki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanısın. Bir dəfə Uruqvayın XİN başçısı müsahibə verəndə demişdi ki, Qarabağın ilk müstəqilliyini tanıyan ölkə olacaqlar. Mən səhəri gün oturdum təyyarəyə, uçdum Uruqvaya. Üç-dörd saata yaxın mən Uruqvayın prezidenti ilə danışqlar apardım. Axırda sübut etdim ki, bu, yanlışdır. Həmin görüşə Xarici işlər nazirini çağırmadı, tək söhbət etdik.
- Sizcə, Azərbaycanın xarici siyasətində dəyişiklik etməyə ehtiyac varmı? Hazırki siyasət sizin dövrdən nə ilə fərqlənir?
- İndiki dövrdə xarici siyasətdə dəyişiklik etməyə ehtiyac yoxdur. Mən bilən, hər şey qaydasında gedir. Elə mənim dövrümdə də balanslı siyasət həyata keçirirdik. Xarici siyasəti cənab Prezident müəyyənləşdirir, XİN yerinə yetirir.
- Adətən nazirlərin çoxu hakim partiyanın - YAP-ın üzvü olur. Siz isə birtərəf idiniz, bunun hər hansı səbəbi vardı?
- Hakim partiyaya üzv olmamağımın hər hansı səbəbi yox idi. Düşünürəm ki, xarici işlər nazirinin, müdafiə nazirinin birtərəf olması lazımdır. Çünki bunlar güclü blokdur.
- XİN rəhbərləri ilə münasibətiniz necədir?
- Yavaş-yavaş aşağıya doğru getdi. Amma yazışdığım nazirlər var. Tez-tez Lavrovla, Mövlud Çavuşoğlu ilə danışırıq. Macarıstanın XİN başçısı hər dəfə mənə təbriklər göndərir, Qazaxıstanın keçmiş naziri ilə zəngləşirik. Amma bu aralar mənimlə daha çox əlaqə saxlayanlar jurnalistlərdir.
Ətraflı
- Lavrovla axırıncı dəfə nə haqda danışmısınız?
- Lavrovla çox danışırıq, axırıncı dəfə Rusiyada terror hadisəsi olanda başsağlığı göndərdim. O da məmnuniyyətlə qəbul etdi. Biz danışmışıq ki, Moskvaya getsəm, mesaj göndərim, ən azı bir çay içək. Amma dörd ildə hələ Moskvaya getməmişəm, bu yaxınlarda bir tədbirlə bağlı getməyi planlaşdırıram.

- Bəzi mülahizələr dolaşırdı ki, siz nazir postundan gedəndən sonra ölkəni tərk etməyi planlaşdırırsınız, bəs indi necə, başqa ölkədə yaşamağı düşünürsünüzmü?
- Xeyr, düşünmürəm. Hazırda mənim üçün ən yaxşı "ölkə" Şüvəlandır (gülür...). İndi nəyə görə başqa ölkədə, şəhərdə yaşayım? İndiyə qədər 13 il Amerikada, az müddət İtaliyada, eyni zamanda nazir olanda çox ölkədə olmuşam. Ona görə də indi deyirəm ki, mənim üçün ən yaxşı yer Şüvəlandır.
- Elmar müəllim, dediyiniz kimi, qısa müddət İtaliyada səfir olaraq fəaliyyət göstərmisiniz. O illəri necə xatırlayırsınız, italyanlarla işləmək asan idi?
- İtaliyaya turist kimi getsəniz, çox gözəl ölkədir. Amma mən işləməyə getmişdim, işləmək bir az çətindir, çünki italyanlar bir az çətin xarakterlidirlər. Adamlar çox yaxşıdır və maraqlıdır. Amma onlarla işləmək çətindir. Mən orada ilk səfir idim, sonradan əlaqələri sahmana sala bildik.
- Nazir postundan gedəndən sonra dostlarınızın sayı azalıb?
- Mən uşaqlıqdan necə dostluq edirdimsə, elə də davam edirəm. Vəzifədə olan dostlarım da var. Amma indi yeni komanda yığılıb, yeni nazirlər var. Çoxların da adını heç bilmirəm. Amma əvvəldən kiminlə dostluq etmişəm, indi də davam edir.
- Diplomat üçün diplomatiya təhsili vacibdirmi?
- Xeyr, diplomat üçün diplomatiya təhsili o qədər vacib nüans deyil. Hüquqşünas, müəllim peşədir. Amma riyazatçı da diplomat ola bilər. Diplomatiyada əsas vacib olan xarizmanın olmasıdır. Çünki diplomat çox vaxt danışıqlara gedir, orada güclü xarizma nümayiş etdirməlidir. Məsələn, pandemiya zamanı mən internet üzərindən həmkarlarla danışırdım, həmin vaxt insanın necə reaksiya verdiyini bilmirdim. Ona görə də diplomatın bədən dilini bilmək lazımdır.
- Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat katibi postu uğurlu yer olaraq görünür. Belə ki, XİN-in sözçüsü postundan çoxu səfir və ya yüksək vəzifəyə təyin olunub. Siz bu postu necə görürsünüz?
- Mətbuat sözçüsü çox önəmli postdur. Bütün dünya sənə rəsmi istinad etmiş olur. Bizim XİN-də də Xəzər, Tahir, Leyla, hamısı yaxşı idi. İndi Ayxan Hacızadə də yüksək diplomatdır. Onların hər bir sözünün əhəmiyyəti var, əgər sözçü səfir gedirsə, deməli onun vaxtı çatıb.
- Bildiyiniz kimi, Qarabağ Universiteti yaradılıb. Siz orda öz təcrübələrinizi bölüşmək istərdiniz?
- Təklif gələrsə, ona baxmaq lazımdır. Dərs nə barədə olacaq, məni istəyirlərmi, bunları müzakirə etmək lazımdır.
- İranda səfirliyimizə hücumdan sonra səfir geri çağırılmışdı. İndi isə iki ölkə arasında aparılan danışıqlar nəticəsində səfirin geri qayıtması planlaşdırılır. Siz İranla diplomatik demarşı necə dəyərləndirirsiniz?
- İranda baş verən hadisə xoşagəlməz idi. İranda çox soydaşımız yaşayır. Bizim səfirimizi geri çağırmağımız da siyasi demarş idi. Amma düşünürəm ki, yaxın zamanda açılacaq. Mən isə səfirin geri çağırılmasına razı deyildim. Çünki səfiri gec-tez geri göndərirsən. Bir-iki diplomatı saxlamaq olardı.
- Fransa ilə münasibətlərə gəlincə, te-tez xəbər yayılır ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva geri çağırıla bilər. Siz necə düşünürsünüz, belə addım atılmalıdırmı?
- Mən tərəfdarı deyiləm. Xəbər göndərdim ki, lazım deyil. Nazir olanda fikirlərimi belə açıq səsləndirmirdim, indi daha sərbəstəm.
- Elmar müəllim, ailənizlə bağlı suallara keçək. Həyat yoldaşınızla necə tanış olmusunuz?
- Biz uşaqlıqdan tanış olmuşuq. Qohumlarımız yaxın idi. Sonradan bizim aramızda məhəbbət yarandı.
- Övladlarınızın illər əvvəl Nyu-Yorkda 2 bahalı mənzil alması ilə bağlı xəbər yayılmışdı. Siz bu məsələnin şəxsi olduğunu bildirmişdiniz, əslində məsələ necə olmuşdu?
- Onu deyən şəxslər bilmir ki, Amerika bank sistemi necə işləyir. Hansı bankla əməliyyat etmişəm, yazışmaların hamısı var. Evdə bununla bağlı beş kiloqrama yaxın sənəd var, hamısını saxlayıram. Ona görə də mən rahatam. Bu, mənə qarşı kampaniya idi, özü də bilirəm ki, bunun arxasında kim dayanırdı. Amma bu böhtanların heç biri mənə dəymir, mən elə şeylərə fikir vermirəm. Mənim yazıq gəlinimi erməni eləmişdilər. Atası italyan, anası irlandiyalı, özü amerkandı. Başa düşmürdü, deyirdi ki, mənim üstümə niyə düşüblər?
Xəbərin oxunma sayı : 1126
Müsahibə
Xəbərlər
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
-
Tramp Obamanı tənqid etdi: O, bərbad prezident idi
-
Zirzəminin özəlləşdirilməsinə hansı əsaslarla icazə verilib? - VİDEO
-
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
-
Mbappe “El Klasiko”da qol vurdu, Ronaldo kimi sevindi - Fotolar
-
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTO
-
İrana qarşı yeni əməliyyata başlaya bilərlər - Trampın əmrini gözləyirlər
-
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
-
Azərbaycanla Özbəkistan arasında sazişlər təsdiqləndi - FƏRMAN
-
Paşinyan yeni müxalifət axtarır - “Onlar məhv edilib”
-
Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir
-
Bir şəhərə görə atəşkəs - dünyanın danışdığı Aleşki...
-
Azərbaycan “Aİ-95” markalı benzini Türkiyədən 1,9 manata alır - Siyahı
-
Prezident Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
İranlı nazirin dediklərinə rəsmi reaksiya: “Öz problemlərinizlə məşğul olun”
-
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
-
“Piter Elçin“in qardaşını öldürən şəxslə bağlı qərar - Cəzası artırıldı
-
Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Rəsmi statistika
-
İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım - Fotolar
-
Avropanı məhvə aparan rəsmi təbliğat - Nənə və baba nəvəsini...
-
Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Xəbərdarlıq
-
İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm - Tramp
-
Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı: 11 nəfər həbs edilib (VİDEO)
-
Sabirabadda tibb məntəqəsinin fəaliyyətsiz qalması sakinlər üçün çətinlik yaradır - VİDEO
-
ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür - “The Wall Street Journal”
-
Vuçiç məğlubiyyəti etiraf etdi - “Tələbə siyahısı“ qalib gəldi
-
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
-
Avtomobil bazarında durğunluq yaşanır - Bəs qiymətlər necədir?/VİDEO
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
-
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir
TOP 10
ARXİV






