“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

“My Music” hoteldə nə baş verib? - TƏFƏRRÜATLAR/VİDEO

Tarix 07.05.24, 22:58

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda 4 dostun əyləncəsi faciə ilə bitib. Səbail rayonunda yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib.

Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan 26 yaşlı Kənan Mustafayev, 31 yaşlı Orxan Əmirov, 33 yaşlı təvəllüdlü Nicat Cabbarlı və 26 yaşlı Xəzər Cabbarlı ötən gecə istirahət məqsədilə hotelə gəliblər.

Onlar hotelin restoranında özləri ilə gətirdikləri viskisini içiblər, bir qədər sonra isə dostlar özlərini pis hiss etməyə başlayıblar və vəziyyətləri ağırlaşıb.

TƏBİB-dən bildirilib ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etdikləri məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıblar.

Qida Təhlükəsizliyi Agentliyindən isə "Xəzər Xəbərz”in sorğusuna cavab olaraq bildirilib ki, hadisə araşdırılıb və qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub.

Həmçinin, Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsindən Agentliyə verilən tibbi sənədə əsasən, həmin şəxslərin səhhətində yaranan problemin qida zəhərlənməsi ilə bağlı olmadığı öz təsdiqini tapıb.

Baş Prokurorluq da hadisə ilə bağlı məlumat yayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı videomaterialı təqdim edirik:





Xəbərin oxunma sayı : 1129




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap