![]() |
|
![](http://azfakt.com/photos/2221648.jpg)
![](http://azfakt.com/photos/a2a6e587-7499-4cb7-aed6-e39b6fe7fb42.jpg)
![](http://azfakt.com/photos/32116.jpg)
![](http://azfakt.com/photos/572101.jpg)
![](http://azfakt.com/photos/394513.jpg)
![](http://azfakt.com/photos/317123.jpg)
![](http://azfakt.com/photos/82795.jpg)
![](http://azfakt.com/photos/7744.jpeg)
![](http://azfakt.com/photos/937755.jpg)
![](http://azfakt.com/photos/337136.jpg)
![](http://azfakt.com/photos/89944e2f-41e7-40cb-9d82-f3a1a10cb5c2.jpg)
![](http://azfakt.com/photos/46737.jpg)
![](http://azfakt.com/photos/309725.jpg)
![](http://azfakt.com/photos/054111.jpg)
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü
Tarix 17.05.24, 19:38 |
|
![bitmap-img6](http://azfakt.com/photos/000029.jpg)
Bakının Binəqədi rayonunda 2007-ci təvəllüdlü Rəşad Muxtarov Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında həmyaşıdı Əliəkbər Mərəyevi qətlə yetirib.
Rəşad 8 fevral 2023-ci ildə, saat 02:00-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzin yataqxanasındakı 204 saylı otaqda onunla birlikdə yaşayan həmin mərkəzin tələbəsi Əliəkbərə yatmaq istədiyini bildirib. Ondan otaqdakı işığı söndürməsini, mobil telefonunun da səsini azaltmasını tələb edib.
Rəşad Əliəkbərin onun tələbini yerinə yetirməməsindən narazı qalıb və onun bu hərəkətini cüzi səbəb kimi bəhanə edərək mübahisə yaradıb. O, Əliəkbəri öldürmək qərarına gəlib.
Bu məqsədlə həmin otaqdakı masanın üzərində olan mətbəx bıçağını götürüb və öldürmək məqsədi ilə Əliəkbərə zərbələr vurub. 20-dən çox bıçaq xəsarəti alan Əliəkbər vəfat edib.
İstintaq orqanı tərəfindən Rəşadın barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddələri ilə ittiham elan edilib.
“Sən də mənə söy” deyə cavab verirdi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2002-ci ildə Mingəçevir şəhərində anadan olub və həmin şəhərdə Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbi bitirib, səhhəti ilə bağlı həqiqi hərbi xidmətdə olmayıb: “Təhsilimi davam etmək üçün 2022-ci ilin sentyabrın əvvəllərində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbul olundum. Yaşamağa yerim olmadığı üçün bu mərkəzin yataqxanasına yerləşdirildim. Həmin vaxtdan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında 204 saylı otaqda yaşamağa başladım. Orada mərhum Əliəkbər, Məhəmməd və Elcan ilə yaşamışıq. Həmin uşaqlar bizdən ayrı qruplarda təhsil alıb. Həmçinin bizdən yaşca daha böyük olublar. Həmin uşaqlarla münasibətlərim yaxşı olub. Lakin Əliəkbərlə onun mənimlə söyüşlə etdiyi zarafatlara görə münasibətlərim pisləşib. Mən belə zarafatları qəbul etmədiyimdən Əliəkbərə iradlarımı bildirirmişəm. Əliəkbər isə “zarafatdır da, edirəm, sən də mənə söy” deyə cavab verirdi”.
“Salamımı almadı”
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü, saat 15 radələrində yuxudan oyanıb: “Həmin gün özümü yaxşı hiss etmədiyimdən dərsə getmədim. Yuxudan oyandıqdan sonra bir az otaqda oldum. Sonra “28 Mall”a gedərək orada vaxt keçirdim. Saat 22 radələrində yataqxanaya geri qayıtdım. Əliəkbər otaqda idi, digər otaq yoldaşlarımız Məhəmməd və Elcan isə 2-3 gün idi ki, yaşadıqları rayona getmişdilər. Mən otağa daxil olanda Əliəkbər öz yerində uzandı. Əliəkbərə salam versəm də, salamımı almadı, telefonla oynamağa davam etdi. Bundan sonra heç nə demədən əynimi soyunub yatağa uzandım”.
“Üzr istəməsini tələb etdim”
Rəşadın ifadəsinə görə, həmin gün saat 23 radələrində komendant Şamil otağa gəlib və yoxlanış apararaq gedib: “Mən yenidən yatmaq istəsəm də, Əliəkbərin telefonla oynamağına görə telefonun səsi, işığına görə yata bilmədim. Bu səbəbdən Əliəkbərdən telefonu söndürməsini tələb etdim. Lakin mənə məhəl qoymayaraq “işinlə məşğul ol” dedi. Əliəkbərlə buna görə mübahisə etdim. Ona “sənə 10 dəqiqə vaxt verirəm, telefonun səsini al, yatıram” deyə tələbimi qoydum. Əliəkbər isə sözlərimə məhəl qoymayaraq telefonla oynamağa davam etdi. Onun bu hərəkətindən əsəbləşdim, ondan mənə su gətirməsini istədim. Əliələkbər isə məni söyüşlə təhqir etdi. “Sənə niyə su gətirməliyəm” deyə bildirdi. Əliəkbərin söyüşü məni özümdən çıxardı. Ayağa qalxaraq onun üstünə getdim. Əliəkbərdən üzr istəməsini tələb etdim. Ona “məni səni vurmağa vadar etmə” deyə bildirdim, onu hədələdim. Əliəkbər isə “get işinlə məşğul ol” deyə bildirdi. Bir daha Əliəkbərə dedim ki, məni işə salma, üzr istə, yoxsa səni vuracağam, bax tumbanın üstündə bıçaq var. Əliəkbər isə gülərək, “get…” deyə söyüşlü cavab verdi. Artıq Əliəkbərin sözlərinə dözə bilmədim”.
“Adam bıçaqladığımı demişəm”
Rəşad qeyd edib ki, Əliəkbərin yatağının sol tərəfində olan tumbanın üzərindəki mətbəx bıçağını götürüb və onun uzandığı yatağa tərəf gedib: “Bunu görən Əliəkbər ayağa qalxaraq mənimlə əlbəyaxa olmaqla bıçağı almağa çalışdı. Lakin ala bilmədi. Əliəkbəri iki əlim ilə itələdim və Əliəkbər arxaya doğru gedərək öz yatağının üstünə arxası üstə düşdü. Bu zaman Əliəkbərin üzərinə gedərək əlimdə tutduğum bıçaqla onun döş qəfəsinə bir neçə zərbə endirdim. Əliəkbər özünü müdafiə etmək üçün geri doğru çəkildi, ayaqları ilə məni itələyərək özündən uzaqlaşdırmağa çalışdı. Lakin yenə də Əliəkbərə bıçaqla zərbələr endirdim. Əliəkbərə zərbələr vurduqca, yenə də mənə qarşı nalayiq ifadələr işlədirdi, üzr istəmirdi. Əliəkbər mənə qarşı nalayiq ifadələr işlətməyə davam etdiyinə görə ona zərbələr vurmağı davam etmişəm. Zərbələrin sayını bilmirəm. Əliəkbər üzü üstə yataqda yıxılı vəziyyətdə qaldı. Aldığı zərbələrdən ölümcül halda oldu. Hadisə vaxtı Əliəkbərə bıçaqla zərbələr endirən zaman bıçaq əlimdən sürüşərək sağ əlimi kəsib. Əliəkbərin hərəkətsiz qalmasını görərək təcili yardım xidmətinə zəng etmişəm, hadisə haqqında məlumat vermişəm. Daha sonra atama və ondan sonra anama zəng edərək adam bıçaqladığımı demişəm. Daha sonra işıqları söndürüb həkimlərin gəlməsini gözləmişəm”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rəşad 19 il azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com
Xəbərin oxunma sayı : 910
Kriminal
Xəbərlər
-
Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür
-
Aygün Kazımovadan cazibədar - Fotolar
-
Natiq Qasımovun qardaşı: “Ali Baş Komandana təşəkkür edirəm“
-
“Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar“ - Zakir Həsənov
-
Bəzi kənd təsərrüfatı məhsullarının qiyməti bahalaşa bilər - VİDEO
-
Prezidentdən Silahlı Qüvvələr Günü paylaşımı - FOTO
-
Tacir Şahmalıoğlu vergi ödəmir? - VİDEO
-
Vətən Müharibəsi Qəhrəmanı general-leytenanat oldu
-
AVRO-2024: Avstriya və Fransa 1/8 finalda
-
İtkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyənləşib - ADLAR
-
Prezident onlara general rütbəsi verdi - SƏRƏNCAM
-
Azərbaycanda yumurta bahalaşacaq? - Açıqlama
-
Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı“ adı verildi - Sərəncam
-
Prezident Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif etdi - Sərəncam
-
Gürcüstanda müxalifət partiyaları birləşir - “Birlik Bəyannaməsi“ imzalandı
-
Kirayə verilən bu mənzillər ölüm mənbəyidir - Xəbərdarlıq edildi
-
Şuşa və Ağdama getmək istəyənlərin nəzərinə! - 27 iyun saat 11:00-da...
-
Avropa İttifaqı Yeni Kaledoniyada baş verənlərə münasibət bildirib
-
Messi onu “ən yaxşı“ adlandırdı: “Onunla şəkil çəkdirməyi çox istərdim“
-
İranın dəstəklədiyi minlərlə döyüşçü İsrailə QARŞI
-
Deputat Tahir Mirkişilinin qardaşına “stop” qoyulub? – Vergi borcuna görə…
-
Sənədsiz evlərə “kupça“ verilməsinə başlandı: Kimlərə şamil olunacaq?
-
Maşın almaq istəyənlər üçün vacib xəbər - Qanun dəyişdi
-
İlahiyyatçı həbs olundu - 3 ay
-
Əhmədin yoxa çıxdığı deyilən bacısının əri haradadır? - ŞOK DETALLAR
-
Bakıda yol polisi avtomobili “protiv“ sürən baş həkimi cərimələdi - FOTO
-
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasının gündəliyi açıqlanıb - SİYAHI
-
Rövşən Rüstəmov “ADY”nin 3 xanım əməkdaşına avtomobil HƏDİYYƏ edib? - Rəsmi açıqlama
-
Bu müəllimlərin müqavilələrinə xitam veriləcək - QƏRAR
-
Dollar neçəyə olacaq? – Mərkəzi Bank 2 günlük rəsmi məzənnəni açıqladı
-
Vilayət Eyvazov Oğuzda vətəndaş qəbulu keçirib - FOTOLAR
-
Aİ-92 markalı benzinin və dizelin qiyməti qalxacaq – KİV
-
“Dedi ki, sən “pasan”san” - Tanınmış idmançılar məhkəmədə
-
4 000-ə yaxın müəllim keçid balını toplaya bilmədi - Təkrar sertifikasiyada
-
Şoyqu və Gerasimov barəsində həbs qərarı verildi - ICC məlumat yaydı
-
DSX və DTX-dən birgə əməliyyat - Dəstə üzvləri ələ keçdilər + VİDEO
-
“Elton Məmmədov bizdən 3 milyon rüşvət alıb... “ - Sabiq nazirn qardaşı məhkəməyə müraciət edib
-
Azərbaycanda bu şəxslərə şad xəbər: təqaüd veriləcək
-
HƏMAS liderinin bacısı həlak oldu - İsrail ordusu daha 10 mülki sakini qətlə yetirdi
-
Bakıda əmək haqqı 40 manat artıb – Rəsmi
-
“Dini kəbin“ ifadəsi qanunda istifadə edilməməlidir“ - Fazil Mustafa
-
Havanın temperaturu 3-9 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
-
Azərbaycanda un niyə bahalaşıb? - Açıqlama
-
Dağıstanda terror qurbanlarının sayı 21-ə çatdı – 16-sı polisdir
-
Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının lideri həbs olundu - Etirazların yeni dalğası başladı
-
Nazirə yeni müşavir təyin olundu - Elvin Hətəmzadə kimdir? + DOSYE
-
Məktəbdə 39 min manatdan artıq mənimsəmə - Cinayət işi başlandı
-
Şabranda basqın zamanı öldürülən qadın müəllimə imiş - VİDEO
-
Əhalisi ən çox və ən az artan RAYONLAR
-
Banklar kredit faizlərini yanlış təqdim edir? - VİDEO
-
Naxçıvanda dəhşətli qətl – Qardaş bacısını öldürdü
-
DSMF-nin büdcəsinə dəyişikliklər təsdiqlənib - Detallar
-
İlham Əliyev Sloveniya prezidentinə məktub göndərib - MƏTN
-
Milli Məclisin iclası başladı: 17 məsələyə baxılacaq
-
“Dağıstandakı terror aktları regionda sabitliyi poza bilər“ - KTMT
-
İlahiyyatçı Hacı Salman saxlanıldı - FOTO
-
Bakıda təhlükəli yol: Hamı birtərəfli gedir (VİDEO)
-
“Moskva yaxın vaxtlarda İranla əməkdaşlıq müqaviləsi imzalamağa hazırdır“ - Rusiya XİN
-
Lənkəranda yaşayış binasında yanğın - 90 yaşlı qadın yanaraq öldü
-
Bu rayonlarda qaz olmayacaq - Xəbərdarlıq
-
“Ukraynadakı müharibədə nüvə silahından istifadə ehtimalı var“ - Türkiyə XİN
-
Açıq məkanda təşkil olunan məclislər niyə bahadır? - VİDEO
-
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü qürurla qeyd edirik
-
Qarabağ bizimdir! Qarabağ Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır
-
“Güclü qadının düşməni çox olur” - Pərvin Abıyeva
-
Xəbəri olmadan başqa şəxslərə məxsus avtomobillər adına sığortalanıb - İDDİA /VİDEO
-
İcra hakimiyyətində əməliyyat - Vəzifəli şəxslər saxlanıldı
-
Bakıda 11 yaşlı uşaq qızlara əxlaqsız hərəkətlər etdi, bunu görən qonşusu... – Şok təfərrüat
-
Qubada sel yolu məhv etdi - FOTOLAR
-
143 milyonluq yeyintidə ilk hökm - Ağır cəza verildi
-
Bu il neçə nəfər dənizdə boğulub? - STATİSTİKA
-
“Ukrayna PUA-ları Rusiyanın 30-dan çox neft emalı zavodunu vurub” – Zelenski
-
Vəzifəli şəxsin xidməti otağında korrupsiyaya qarşı əməliyyat: Külli miqdarda rüşvət alıb
-
Bu gün Azərbaycan Silahlı Qüvvələrində nizam-intizam, peşəkarlıq istənilən səviyyədədir
-
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ - sabahdan...
-
AVRO-2024: Patrik Şik Türkiyə ilə oyunu buraxacaq
-
“Bu, KTMT-nin genişlənməsinə səbəb ola bilər“ - Tasmaqambetov
-
Nanəcib Kasparov MAT!!! - Adəm İsmayıl Bakuvi yazır
-
Rusiyada “Platan“ ETİ-nin binası yanır - 9 nəfər həlak olub + ANBAAN VİDEO
-
MN-də 2 milyonluq mənimsəmə: sabiq rəisə 11 il həbs cəzası verildi
-
Dünyada ən çox maaş alan ölkə prezidentləri - ARAŞDIRMA
-
Leysan, dolu, güclü külək - Sabahla bağlı XƏBƏRDARLIQ
-
Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu
-
İqtisadiyyat Nazirliyi məsləhət alır - 1,5 milyonluq
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Nar” qəbul imtahanında yüksək nəticə əldə edən gəncləri mükafatlandıracaq
-
Polislərin qətli ilə bağlı şok iddia: “Silahı anasının çiyninə qoyub və...“
-
Buraxılış imtahanı üzrə ən yüksək və ən aşağı göstəricilərin qeydə alındığı bölgələr - SİYAHI
-
İş yoldaşını yuxuda tez-tez gördüyündən falçıya üz tutdu - Başına iş gəldi
-
Alim olmaq üçün bu ölkələrdən Azərbaycana 108 nəfər gəlib – SİYAHI
-
Bakıda “ölüm zonası“: Burada yaşayanlar təhlükə qarşısındadırlar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Avromed“in keçmiş satış müvəkkili məhkəmə qarşısında - Nədə ittiham olunur?
-
REAL partiyası seçkiyə 13 namizədlə gedir – “Sayın az olması maddi vəziyyətlə bağlıdır...”
-
Bu gömrük rüsumları artırılacaq - FƏRMAN
-
Yeni Kaledoniyada etirazçılarla polis arasında toqquşmalar yenidən başlayıb - VİDEO
-
Parlamentin buraxılması ilə bağlı Prezidentin sorğusuna baxılacaq - 27 iyunda
-
Bayram Nurlunun dalınca aeroporta xidməti avtomobilini göndərən nazir müavini kimdir? - İlginc iddia
-
Xüsusi karantin rejimi ilə bağlı yeni qərar verildi - Baş nazir imzaladı
-
Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM
-
Bakıda qətlə yetirilən polis əməkdaşı Mahir Ağayev dəfn olunub - FOTO
-
“Sevimli Dad”ın bu kolbasaları sağlamlıq üçün təhlüklidir? - FOTO
-
Həlak olan polislərlə vida mərasimi keçirildi - FOTO/VİDEO
-
Təhlükəli yüklərlə bağlı şəhadətnamə verilməsində YENİLİK
-
Azərbaycan qaz sayğaclarını hansı ölkədən və neçəyə alır? – SİYAHI
-
5 bankın əmlakları hərraca çıxarılıb - SİYAHI
-
Separatçılarla bağlı cinayət işi yaxın günlərdə məhkəməyə göndəriləcək - Kamran Əliyev
-
YAP-ın siyahısı hazırdır: 34 deputat mandatsız qalacaq
-
Bakıda 35, rayonlarda 25 dərəcə isti olacaq - Sabahın havası
-
Məcnun Məmmədov təsərrüfatlara baş çəkib, fermerlərlə görüşdü - FOTOLAR
-
Xaricdən gətirilən kondisionerlər ucuzlaşsa da, mağazalar qiymətləri qaldırıb – Rəsmi
-
Dövlət qulluğuna qəbulla bağlı qanunvericilikdə dəyişiklik ediləcək - Məleykə Abbaszadə
-
Polislərin qətlə yetirildiyi yerdən yeni görüntülər - VİDEO
-
Alimpaşa Məmmədova hökm oxundu - Ağır cəza verildi
-
İlham Əliyev Vladimir Putinə məktub ünvanlayıb - MƏTN
-
3 polis əməkdaşını qətlə yetirən Rövşənlə bağlı maraqlı faktlar - Hadisənin detalları məlum oldu
-
Arvadını baltalayaraq öldürdü - Daşkəsəndə dəhşət
-
Bakıda silahlı insident zamanı həlak olan polislərin adları açıqlanıb - SİYAHI
-
Xankəndi prokurorluğunun inzibati binası istifadəyə verilib - FOTOLAR
-
Bələdiyyə sənədi ilə ev tikən şəxslərə ŞAD XƏBƏR - Gələn aydan çıxarış ala biləcəklər + VİDEO
TOP 10
ARXİV