Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Bakıda yol polisi avtomobili “protiv“ sürən baş həkimi cərimələdi - FOTO

Tarix 25.06.24, 17:58

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki 3 saylı tələbə poliklinikasına baş həkimi Adilə Ukalayeva yol hərəkəti qaydalarını pozub. 

AzFakt.com xəbər verir ki, Avtofer.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, xanım baş həkim avtomobili "protiv" idarə etdiyinə görə, yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib. Qərardan narazı olan xanım sürücü Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.

İddia hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.

Protokol tərtib olunan maddədə deyilir ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir.

Xatırladaq ki, A.Ukalayeva uzun illər Abşeron Rayon Uşaq Poliklinikasının baş həkimi vəzifəsində çalışıb, amma fəaliyyətində yaratdığı narazılıqlara görə ötən il həmin vəzifədən azad edilib. O, daha sonra müvafiq əmrlə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki 3 saylı tələbə poliklinikasına baş həkim təyin olunub.



Xəbərin oxunma sayı : 994




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap