Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Zelenski Trampla görüşdü - Nyu-Yorkda

Tarix 27.09.24, 20:29

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Volodimir Zelenski və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Nyu-Yorkda “Trump Tower”də görüşüblər.

AzFakt.com xəbər verir ki, bu barədə Ukraynanın “Avropa həqiqəti” nəşri məlumat yayıb.
Bildirilir ki, görüş bir saata yaxın davam edib.
“Düşünürəm ki, bizim ümumi fikrimiz var ki, Ukraynada müharibə dayandırılmalıdır və Putin qalib gələ bilməz. Ukrayna qalib gəlməlidir. Mən sizinlə qələbə planının təfərrüatlarını müzakirə etmək istəyirəm. Noyabrdan sonra Kiyev və Vaşinqton arasında birgə addımları müzakirə etmək artıq vacibdir. Ona görə də hər iki namizədlə görüşmək qərarına gəldim”, - Zelenski bildirib.
Qeyd edək ki, sentyabrın 26-da Zelenski Demokratlar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd olan ABŞ-nin vitse-prezidenti Kamala Harrislə görüşüb.
Öz növbəsində Tramp seçkidə qalib gəlsə, Ukraynadakı müharibə məsələsini tez bir zamanda həll edəcəyi barədə bəyanatını təkrarlayıb:
“Bizim Zelenski ilə çox yaxşı münasibətlərimiz var, mənim də bildiyiniz kimi, Putinlə çox yaxşı münasibətlərim var. Düşünürəm ki, seçkidə qalib gəlsək, bunu çox tez həll edəcəyik”.
Buna Zelenski cavab verib ki, Trampın onunla münasibətlərinin Putindən daha yaxşı olduğuna ümid edir.



Xəbərin oxunma sayı : 199




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap