Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

“Kupça“ almaq istəyənlər bunu etməlidir - Yeni qaydalar

Tarix 27.09.24, 23:24

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda və Abşeron rayonu ərazisində yerləşən yaşayış massivlərinin əksər hissəsi qeyri-tikinti təyinatlı torpaqlar üzərində salınıb. Bu səbəbdən həmin ərazilərdə tikilən evlərin çoxunun çıxarışı yoxdur. Bu isə vətəndaşlar üçün bir sıra problemlər yaradır.

Bəs görəsən, insanların kütləvi formada məskunlaşdığı ərazilərin torpaq təyinatını dəyişdirmək mümkündürmü?

AzFakt.com xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert, Elnur Fərzəliyev bildirib ki, vaxtilə Bakıda olan sovxoz və kolxozların ərazilərinin hamısı yaşayış massivlərinə çevrilib:

“Təxminən 90-cı illərin əvvəllərinə qədər Bakının böyük bir hissəsində və Abşeron ərazilərində kolxoz və sovxoz əraziləri var idi. Daha sonra sovet hökuməti dağıldı və bu səbəbdən həmin ərazilərdəki kolxoz-sovxozlar da ləğv olundu. Bu torpaqlar həmin kolxoz və sovxozda işləyən insanların xahişi ilə onlara pay torpağı kimi verildi. Həmin ərazilərdə indi yaşayış massivləri salınıb. Təbii ki, artıq Bakı böyük bir şəhərə çevrilib və paytaxt statusunda olduğuna görə, burada əkin-biçin işlərinin görülməsi mümkün deyil. Çünki bu ərazilərin hamısı artıq yaşayış massivləridir. Əgər ərazidə marketlər, məktəblər inşa edilibsə, ora qaz, su və işıq çəkilibsə, deməli, artıq yaşayış massivinə çevirilib”.

Ekspert qeyd edib ki, vətəndaşları yaşadıqları ərazilərin torpaq təyinatını dəyişdirmək üçün kütləvi formada müraciət etməlidir:

“Təbii ki, bununla bağlı daha sonra bələdiyyələr də torpaq sahələri ayırdılar. Onların da təyinatının dəyişdirilməsi üçün müraciət etmək lazımdır. Həmin ərazilərdə yaşayan vətəndaşlar kütləvi formada aidiyyəti bələdiyyələrə və yaxud rayon icra hakimiyyətlərinə müraciət etməlidir. Bu cür ərazilərin təyinatı dəyişdirildikdən, daha dəqiq desək, tikinti təyinatına çevrildikdən sonra, həmin ərazidəki evlərə çıxarış verilə bilər. Bunun üçün ilk öncə həmin torpaqlarda təyinat dəyişikliyi olmalıdır”.



Xəbərin oxunma sayı : 619




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap