“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Direktor müavini Natiq Mehdini necə öldürüb? - TƏFƏRRÜAT

Tarix 15.05.24, 18:53

Font ölçüsü : - / +
bitmap-img6


Müsavat Partiyasının fəal üzvlərindən olan Natiq Mehdinin qətlə yetirilməsi​ ilə bağlı bəzi detallar üzə çıxıb.

"Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə mayın 9-da Xətai rayonu 55 saylı orta məktəbin binasında baş verib.

Həmin gün axşam saatlarında məktəbin mühafizəçisi 1964-cü il təvəllüdlü Natiq Mehdi ilə məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) 1966-cı il təvəllüdlü Elsevər İslamov arasında mübahisə baş verib.

Şəxsi münasibətlər zəminində baş vermiş mübahisə daha sonra münaqişəyə çevrilib. Direktor müavini saat 23 radələrində, yəni məktəbdə heç kimin olmadığı vaxt Natiq Mehdiyə əl və ayaqları ilə zərbələr endirib. Ağır xəsarətlər alan 60 yaşlı şəxsin huşsuz vəziyyətdə qaldığını və vəfat etdiyini görən Elsevər İslamov daha sonra onun meyitini avtomobilə yerləşdirib. İdmanla məşğul olan şübhəli şəxs N.Mehdinin nəşini Xəzər rayonu ərazisində boş sahəyə apararaq gecə saatlarında basdırıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.



Xəbərin oxunma sayı : 1423




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap