“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Bayram Nurlunun dalınca aeroporta xidməti avtomobilini göndərən nazir müavini kimdir? - İlginc iddia

Tarix 24.06.24, 15:33

Font ölçüsü : - / +
bitmap-img6


Məşhur "instagram" fenomeni, özünü ekstrasens kimi təqdim edən Bayram Nurlu ilə bağlı yeni sensasion faktlar ortaya çıxıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bu yaxınlarda Bayram Nurlu xarici səfərdən Bakıya qayıdarkən Heydər Əliyev adına Beynəlxalq Aeroportun "VİP" xidmətlərindən istifadə edib. Bu zaman onun dalınca Azərbaycanın nüfuzlu nazirliklərindən birinə təhkim olunmuş AA seriyalı “BMW" markalı avtomobil göndərilib. Bayram Nurlu həmin avtomobilə əyləşərək, müvafiq ünvana gedib. 

Araşdırmamız zamanı məlum olub ki, sözügedən avtomobil hazırda Azərbaycanda nazir müavini vəzifəsində çalışan tanınmış şəxslərdən birinin (adı redaksiyamıza məlumdur - red) xidməti istifadəsindədir. 

Əldə etdiyimiz məlumata görə, Bayram Nurlunu hava limanında qarşılamaq üçün göndərilən xidməti avtomobil sözügedən nazir müavinin şəxsi tapşırığı ilə olub və bundan həmin Nazirlik sonradan məlumat alıb. 

Məsələ ilə bağlı sözügedən nazir müavininin mövqeyini öyrənməyə çalışacağıq.



Xəbərin oxunma sayı : 1045




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap