“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Zakir Fərəcovun 3 milyonluq borcu – Şöbə müdiri iş adamlarına hədə-qorxu gəlir

Tarix 28.06.24, 13:31

Font ölçüsü : - / +
bitmap-img6


Gündüz Əliyev iş adamlarına bildirir ki, hakimiyyətin yuxarı orqanlarına verilən şikayətlərin heç bir nəticəsi olmayacaq

Bir müddət əvvəl iş adamlarının Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Zakir Fərəcov və qurumun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin onlara olan külli miqdarda borclarını qaytarmamaları ilə bağlı ölkə mediasında müraciətləri dərc edilmişdi.

Onlar qeyd edirdilər ki, Zakir Fərəcov və Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş şöbəsinin müdiri, o cümlədən Sumqayıt Dövlət Universitetində baş müəllim Gündüz Əliyev iş adamlarının uzun illərdir Sumqayıt şəhərinin quruculuğu istiqamətində görülmüş işlərin qarşılığı olaraq 2 milyon 900 min manatlıq borcu qaytarmırlar.

İş adamları müraciətlərinin cavabsız qaldığını vurğulayıblar.

“Bir neçə il əvvəl Sumqayıtın Yeni Bulvar Kompleksini yüksək səviyyədə qura biləcəyimizi Zakir Fərəcova bildirdik. O, söhbətlərimiz zamanı dəfələrlə söz verdi ki, bu işi vaxtında yerinə yetirə bilsəm, yüksək vəzifəyə təyin edildikdən sonra daha geniş coğrafiyada işləmək üçün bizə hər cür şərait yaradacaq. Onun vədlərinə və yalan uydurmalarına inanaraq işlərin gedəcəyi əraziyə birlikdə baxış keçirdik. 105 hektarlıq torpaq sahəsində Yeni Bulvar Kompleksinin salınması və sentyabr ayının axırında tam təhvil verilməsi üçün bir daha razılaşdıq. Zakir Fərəcov şəhərin Bakı - Quba istiqamətli yolunun girişində abadlıq işləri aparılmasını da bizə tapşırmışdı, bu barədə də orada razılığa gəldik. Bundan sonra 624 nəfərdən ibarət işçi heyəti və müasir texnologiyalı texnikalarımızla işə başladıq. Yeni Bulvar Kompleksinin salınması işlərini 2016-cı ilin sentyabr ayında, söz verdiyimiz kimi, yüksək səviyyədə, tam təhvil verdik. Lakin gördüyümüz işlərin qarşılığı olaraq - halal pullarımız bu günədək çalışdığımız MMC-nin hesabına tam şəkildə ödənilməyib, - məktubda deyilir.

Sözügedən məktubun dərc edilməsindən sonra iş adamları yenidən Modern.az-a müraciət edib.

Onlar bildirir ki, məktubun ictimaiyyətə yayılmasından sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin (ŞİH) Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev müxtəlif media qurumlarına və iş adamlarına hədə-qorxu gəlib. O, iş adamlarından müraciəti geri götürmələrini, media qurumlarından isə müraciəti silmələrini tələb edib.

Şikayətçilər icra başçısının və şöbə müdirinin əməlləri ilə bağlı Baş Prokurorluğa müraciət ediblər. Prokurorluqdan onlara bildirilib ki, şikayətə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən baxılacaq.

Sumqayıtın iş adamları borcun qaytarılmasını və müvafiq şəxslərin cəzalandırılmasını tələb edir.

Şikayətçilər bildirir ki, Yeni Bulvar Kompleksi layihəsi çərçivəsidə şəxsən icra başçısı Zakir Fərəcovla çalışıblar və bu müddət ərzində ondan başqa heç kimlə münasibətləri olmayıb. Ancaq indi Zakir Fərəcov onların müraciətlərinə cavab vermir, şikayətləri şöbə müdiri Gündüz Əliyev “cavablayır”. O isə iş adamlarına hədə-qorxu gələrək bildirir ki, hakimiyyətin yuxarı orqanlarına verilən şikayətlərin heç bir nəticəsi olmayacaq.

Şikayətçilər qeyd edirlər ki, Gündüz Əliyev Zakir Fərəcovun yaxın adamlarından biridir. O, 2023-cü ilin mart ayına qədər Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. Rəsmən bu vəzifədən azad edilsə də, hələ də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini həyata keçirir. 

Bildirək ki, Gündüz Əliyev və "Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin baş mühasibi işləmiş bacısı Gülnarə Bayramovaya Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə ittiham irəli sürülüb. İş materiallarına əsasən Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdiyi 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub.Bundan sonra, köçürülmüş pul vəsaitinin bir hissəsi, 1 milyon 613 min 334 manat məbləğində hissəsi Elxan Əsədov və digərləri vasitəsilə nağdlaşdırmaqla mənimsənilib. 



Xəbərin oxunma sayı : 799




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap