“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

“Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də biznesdir” - AQTA rəhbərinin tikinti biznesini kim idarə edir?

Tarix 18.05.24, 21:04

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi qurumun fəaliyyətindəki, yumşaq desək, ciddi qüsurlar barədə mütəmadi olaraq çoxsaylı faktlar və şikayətlər dərc edilir. Buna baxmayaraq, Təhməzlinin şəxsi biznesində hər şeyin rəvan getdiyi məlum olur.

AzFakt.com xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli son “feysbuk” paylaşımlarında Təhməzlinin tikinti biznesilə bağlı maraqlı faktlar dərc edib: “Təhməzlilər Bakının mərkəzində, Keykab Səfərəliyeva küçəsi 12-də 15 mərtəbəli bina tikirlər. Adı “MURAD RESİDENCE”dir. Yəni, Murad Təhməzli Residense!

Açıklama yok.
Binanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşı, Mənzil İnşaatı Dövlət Agentliyi yanında "MİDA" MMC-nin direktoru Fərhad Təhməzovun kürəkəni Cavidan İmanovun qanuni təmsilçisiliyi ilə 2016-cı ildə binanın tikildiyi ünvanda hüquqi qeydiyyatdan keçmiş "MURAD-T" MƏNZİL TİKİNTİ KOPERATİVİ həyata keçirir.

Cavidan İmanov professor Nazim İmanovun (vaxtilə AMİP-in rəhbərliyində təmsil olunurdu, hazırda isə İqtisadiyyat İnstitutunun direktorudur-red.) oğludur. Qoşqar Təhməzli vəzifəyə təyin olunanda Slovakiya, və Ukraynadakı şirkətlərini onun adına keçirib. Təhməzlilərə məxsus, Cavidan İmanovun qanuni təmsilçisi olduğu "LİMAN QRUP" isə tender şirkəti kimi fəaliyyət göstərib və müxtəlif dövlət qurumlarından sifarişlər alıb.

Açıklama yok.
Nazim İmanov

O, 2015-cil ildə İngiltərədə Fərhad Təhməzova məxsus “FTE INTERNATIONAL SOLUTIONS LLP” şirkətinin də direktoru olub. Şirkət 2017-ci ildə ləğv olunub.

Mən o vaxt Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin biznesindən yazanda bəzi dostlar ağız büzdülər ki, onun biznesi əvvəldən var, bunda nə qəbahət?!

AQTA-nın ölkənin qida təhlükəsizliyini necə qoruduğunu, həyata keçirilən mütəmadi reydlər və "təhlükəsizlik radarına" kimin necə düşdüyünü ayrıca izah etməyə gərək yoxdur. Ölkədə İrandan gətirilən spirtlə hazırlanan içkidən ölüm hadisəsi baş verir, cənab Təhməzli zəhərlənmənin spirtli içkidən baş verdiyini inkar edir, sosial şəbəkələrdə spekulyativ müzakirələrə rəvac verir.

Açıklama yok.
Hörmətli Sabir Rüstəmxanlı Milli Məclisdəki çıxışında Təhməzlinin təkzibini konkret olaraq onun başına vurur. Təhməzlinin idarəsinin təkzib bəyanatının ardınca polis Masazırda spirtli içki hazırlayan dəstəni ələ keçirir.

Ardınca dönərdən kütləvi zəhərlənmə baş verir. Səbəb nədir?

Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də hamam xalatı, otel sabunu kimi şeydir, mahiyyəti biznesdir. Hər nə qədər orda-burdakı biznesini qardaşının kürəkəninin adına ört-gizlət eləsə də vəzifə beşmərtəbəli biznesin altıncı mərtəbəsi olaraq qalacaq”.



Xəbərin oxunma sayı : 1366




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap