“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Təhlükəli yüklərlə bağlı şəhadətnamə verilməsində YENİLİK

Tarix 24.06.24, 14:09

Font ölçüsü : - / +
bitmap-img6


“Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə”nin yeni formada verilməsinə başlanılıb.

AzFakt.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən verilən “Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə” artıq beynəlxalq daşımalar üçün də keçərlidir. 

Qeyd edək ki, əvvəllər verilən şəhadətnamələr “Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında” Avropa Sazişinin tələblərinə uyğun olmadığından, fiziki və hüquqi şəxslər tərəfindən təhlükəli yüklərin beynəlxalq daşınmasında çətinliklər yaranırdı. 

Belə ki, təhlükəli yüklərin daşındığı nəqliyyat vasitələri xarici dövlətlərlə sərhəddə saxlanılır və beynəlxalq daşımaya uyğun şəhadətnamə tələb edilirdi.

Nəticədə ixrac və ya idxal olunan təhlükəli yüklərin avtonəqliyyat vasitələri ilə beynəlxalq daşınması Azərbaycan daşıyıcıları tərəfindən deyil, sazişə qoşulmuş digər ölkələrin şirkətləri tərəfindən həyata keçirilirdi.

Beləliklə, şəhadətnamənin yeni forması bu kimi problemi həll etməklə yanaşı, milli qanunvericiliklə beynəlxalq saziş arasındakı uyğunsuzluğu aradan qaldırıb, eyni zamanda yerli daşıyıcıların potensial müştərilər qarşısında nüfuzunu artırır və yeni iş imkanları yaradır.



Xəbərin oxunma sayı : 466




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap