“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Tarixi Muzeyində Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

Tarix 26.06.24, 21:25

Font ölçüsü : - / +
bitmap-img6


26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyində  Sübhnur Tədris Mərkəzinin təşkilatçılığı ilə "Canım Azərbaycanım" adlı tədbir keçirildi.  

Tədbir  Milli Azərbaycan Tarixi Muzeyinin  baş mütəxəssisi Aynur Babayevanın çıxışı ilə başlandı. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Muzeyin əməkdaşı Aynur Babayeva Silahlı Qüvvələr günün yaranması tarixinə aid ümumi məlumatlar verdi. Tədbirdə çıxış edən muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov Milli Azərbaycan Tarixi Muzeyində şəhid və qazilərimizə aid şəxsi əşyaların qorunması və həmin fondun fəaliyyəti barədə məruzə etdi.  Sübhnur Tədris Mərkəzinin direktoru Gülnarə Hüseynova torpaqlarımızın azad olunmasında şəhidlərimizin  göstərdiyi qəhrəmanlıqlardan  bəhs etdi. 

Tədbirdə həmçinin Azərbaycan Mədəniyyət işçisi ,şairə, tarix üzrə fəlsəfə doktoru İradə Əlili , Birinci Qarabağ müharibəsi iştirakçısı, qazi Cumayeva  Rüxsarə, Şəhid Ailələrinin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin əməkdaşları,Vətən Müharibəsi qaziləri Şirinov Ramin , Hüseynov Füzuli, Muradov Eldəniz, Quliyev Kənan və  Səbuhi Əliyevin çıxışları dinlənildi. Çıxış edən müharibə iştirakçıları döyüş yolları barədə məlumat verdilər. 
Tədbirdə  Sübhnur Tədris  Mərkəzinin istedadlı şagirdlərinin bədii kompozisiyası çərçivəsində  vətənpərvərlik mövzusunda şeirlər səsləndirib mahnılar ifa etməklə yanaşı milli rəqs  nömrələri ilə çıxışlar etdilər. Tədbirdə,  gənc muğam ifaçıları Mələk Məmmədova və  Mirsahil Məmmədlinin də ifaları dinlənildi. Sonda bütün iştirakçılara Sübhnur Tədris Mərkəzinin təşəkkürnaməsi təqdim olundu və xatirə şəkli çəkildi.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 811




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap