“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Bakının mərkəzindəki eskalatorların bəxti nə vaxt açılacaq? - VİDEO

Tarix 29.06.24, 17:10

Font ölçüsü : - / +
bitmap-img6


Piyadaların təhlükəsizliyi üçün bir çox küçə və prospektlərdə yeraltı keçidlər tikilib. Amma paytaxtın bəzi ərazilərinin yeraltı keçidlərində eskalatorlar işləmir.

Söhbət Mərkəzi Bankın qarşısı, Heydər Əliyev Sarayı və Qış parkı ərazilərində yerləşən eskalatorlardan gedir.

Artıq 1 ilə yaxındır ki, qeyd etdiyimiz ərazilərdəki yeraltı keçidlərdəki eskalatorlar normal işləmir. Bəzi keçidlərdə eskalatorlardan biri, bəzilərində isə üzüyuxarı və üzüaşağı işləməli olan hər iki eskalator işlək vəziyyətdə deyil. Bundan isə ən çox fiziki məhdudiyyəti olan şəxslər, hamilə qadınlar və yaşlı insanlar əziyyət çəkirlər.

Yeraltı keçidlərdə eskalatorların yararsız vəziyyətə düşməsi də diqqətdən qaçmır.

Maraqlısı odur ki, dəfələrlə aidiyyəti qurumlar problemlə bağlı məlumatlandırılsalar da, adekvat tədbir görülməyib.

Bəs, bu problem nə zaman həll olunacaq?

Mövzuyla bağlı Bizim.Media-ya danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, eskalatorlar daimi işlək vəziyyətdə olan mexanizmlər olduğundan onların sıradan çıxması normal haldır:
Ətraflı

"Hazırda "28 may" ərazisində işləməyən eskalatorlar üçün xaricdən təchizat sifariş vermişik. Təchizat təhvil verildikdən sonra eskalatorların hərəkəti bərpa olunacaq. Nə zaman bərpa olunması ilə bağlı isə heç bir məlumat yoxdur".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə problemə belə münasibət bildirib:

"Qış parkının aşağısındakı yeraltı dayanacaq təhvil alınan zaman orada bir sıra çatışmazlıqlar mövcud olub. Belə ki, təhvil zamanı lift və eskalatorlarda nöqsanların olduğu və işləmədiyi müəyyən edilib. Avtodayanacaqdakı lift və eskalatorlarının əsaslı təmiri nəzərdə tutulub".

İşləməyən eskalatorların nə zaman təmir olunacağı ilə bağlı konkret məlumat yoxdur. Görünən isə odur ki, 1 ildir işləməyən eskalatorların bəxti hələ yaxın günlərdə də açılmayacaq.



Xəbərin oxunma sayı : 604




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap