Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO Aygün Kazımovadan cazibədar - Fotolar Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO
Axtar
 
  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

  • / Maqazin / — 26 İyun 2024

    Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO

  • / Maqazin / — 25 İyun 2024

    Aygün Kazımovadan cazibədar - Fotolar

  • / Maqazin / — 19 İyun 2024

    Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO

  • / Maqazin / — 18 İyun 2024

    Məşhurlarımız özlərinə hansı biznesi qurublar? - SİYAHI

  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

Torpaq Məcəlləsinə dəyişiklik kimlərə xidmət edəcək? - ARAŞDIRMA

Tarix 02.07.24, 10:03

Font ölçüsü : - / +
bitmap-img6


Bundan sonra kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir faizindən çox olmayan hissəsində tikinti aparılmasına izin veriləcək.

Bu, işçilərin dincəlməsi, yaxud təsərrüfatçının yaşaması – hər hansı səbəb üçün tikinti ola bilər.

Milli Məclisin Torpaq Məcəlləsinə etdiyi dəyişiklikdə belə deyilir. Bildirilir ki, tikililərin inşa edilməsinə və quraşdırılmasına torpaq sahəsinin mülkiyyətçisinin müraciəti əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun izin veriləcək.

Artıq bu məqsəd üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələbi olmayacaq.

Tək şərt torpaq sahəsinin ərazisinin 5 hektardan çox olmasıdır.

Qərar kimlərə müsbət təsir edəcək?

İqtisadçı Rövşən Ağayev bildirir ki, Azərbaycanda kənd ərazilərində sənaye təyinatlı torpaqlar olmadığı üçün bölgələrdə sahibkarlıq təşəbbüsü olan insanların hətta öz istehsal etdikləri məhsulları emal edən kiçikölçülü (məsələn 150-200 kv/metr) ərazisi olan istehsal binaları tikmək imkanı yoxdur.

“Uzun illərdi müstəqil ekspertlər təklif edirdi ki, pay torpağı olanlara öz torpaqlarının kiçik bir hissəsində, məsələn, 2-3 faizində emal məqsədli tikinti aparmağa izin verilsin. İndi hökumət bu addımı atıb”.

5 hektar torpağı olanlar kimlərdir?

İqtisadçı bildirir ki, Azərbaycanda torpaq sahiblərinin ən azı 75-80 faizi 2-3 hektar və daha az torpağı olanlardır. Bu, o deməkdir ki, hökumətin bu qərarından iri mülkiyyətçilər bəhrələnəcək:

“Onsuz da iqtisadiyyatı tamamilə monopoliya və iri sahibkarlığın cəngində olan ölkədə açılan hər yeni imkan da onların maraqlarına xidmət edir. Məsələn, 2 ha torpağın 1 faizi 200 kv/metr deməkdir. Niyə burada da 100-150 kv/metr ölçüdə bir emal müəssisəsi tikmək mümkün olmasın? Yaxud iki qonşu və hərəsinin 2 ha torpağı var. Bəlkə torpaqlarını birləşdirmədən ortaq emal müəssisəsində öz bacarıqlarını sınamaq istəyirlər? Niyə bunlara oxşar imkan tanınmasın?”.

Faydasız qərarlar?

Rövşən Ağayev bildirir ki, böyük sayda insan üçün faydasız qərarlar ona görə verilir ki, heç bir qanunvericilik təşəbbüsü normal müzakirə olunmur, kənar rəy öyrənilmir. Onun fikrincə, heç kimin heç nəyi bilmək və danışmaq hüququnun olmadığı ölkədə bu baş verənlər təbiidir:

“Amma yenə gec deyil, ölkə başçısı bu dəyişikliyi səsləndirdiyim təkliflər nəzərə alınmaqla imzalaya bilər. Əgər gerçəkdən də 75-80 faiz xırda fermerin də bu dəyişiklikdən bəhrə götürməsini istəyirlərsə”.



Xəbərin oxunma sayı : 517




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap