Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO Aygün Kazımovadan cazibədar - Fotolar Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO
Axtar
 
  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

  • / Maqazin / — 26 İyun 2024

    Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO

  • / Maqazin / — 25 İyun 2024

    Aygün Kazımovadan cazibədar - Fotolar

  • / Maqazin / — 19 İyun 2024

    Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO

  • / Maqazin / — 18 İyun 2024

    Məşhurlarımız özlərinə hansı biznesi qurublar? - SİYAHI

  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

“Türkiyə terrorla mübarizədə ŞƏT-lə əməkdaşlığı gücləndirməyə hazırdır“ - Ərdoğan

Tarix 04.07.24, 18:10

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə terrorla mübarizədə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığı gücləndirməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı deyib.

O qeyd edib ki, beynəlxalq nizamın üz-üzə qaldığı ciddi problemlərə qarşı səsini çıxaran ölkələrdən biri də Türkiyədir:

"Türkiyə güclünün haqlı deyil, haqlının güclü olduğu, bununla yanaşı, sülh, təhlükəsizlik, rifah yaradan beynəlxalq sistemin inşası üçün çalışır. Məqsədimiz regionda və ondan kənarda sülhü təsis etməkdir. Onminlərlə vətəndaşını terrora qurban vermiş Türkiyə terrorun qanlı üzünü çox yaxşı tanıyır. 40 ildir terrorla mübarizə aparırıq və aparmağa da davam edəcəyik. Bu çərçivədə ŞƏT-lə dialoqu gücləndirməyə hazırıq".

Prezident Türkiyənin milyonlarla qaçqına qucaq açmasına da diqqət çəkib:

"Türkiyə olaraq müvəqqəti mühafizə altındakı suriyalılar da daxil olmaqla, 4 milyondan çox insana qucaq açmışıq. Humanitar yardım bu kimi sözügedən problemlərlə mübarizədə böyük rol oynayır".



Xəbərin oxunma sayı : 496




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap