Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO Aygün Kazımovadan cazibədar - Fotolar Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO
Axtar
 
  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

  • / Maqazin / — 26 İyun 2024

    Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO

  • / Maqazin / — 25 İyun 2024

    Aygün Kazımovadan cazibədar - Fotolar

  • / Maqazin / — 19 İyun 2024

    Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO

  • / Maqazin / — 18 İyun 2024

    Məşhurlarımız özlərinə hansı biznesi qurublar? - SİYAHI

  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

Türkiyənin yeni nazirləri kimlərdir? - DOSYELƏR

Tarix 02.07.24, 12:08

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sərəncamı ilə ölkənin səhiyyə naziri postunda Fəxrəddin Qoca Kamal Memişoğlu, ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki isə 2018-2023-cü illərdə bu vəzifəni daşıyan Murat Kurumla əvəzlənib.

“Qafqazinfo” yeni təyin olunan nazirlər haqqında ətraflı məlumatı təqdim edir:

Yeni Səhiyyə Naziri Prof. Dr. Kamal Memişoğlu 1966-cı ildə Türkiyənin Trabzon şəhərində doğulub.

1990-cı ildə Hacettepe Universiteti Tibb Fakültəsini bitirdikdən 5 il sonra Okmeydanı Təhsil və Araşdırma Xəstəxanasında Ümumi Cərrahiyyə İxtisasına yiyələnib.

1996-1998-ci illərdə SSK Konya Ereğli Xəstəxanası, PTT Xəstəxanası və Bursa Hərbi Xəstəxanasında Ümumi Cərrahiyyə Mütəxəssisi vəzifəsində çalışıb.

1999-2000-ci illərdə Mayami Universitetinin Qaraciyər və Mədə-bağırsaq Transplantasiyası şöbəsində fəaliyyət göstərib.

2000-2002-ci illərdə İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsi Ümumi Cərrahiyyə kafedrasında baş assistent vəzifəsində çalışıb.

O, 2002-ci ilin sonunda PTT Xəstəxanasına Baş Həkim, 2008-ci ildə Ümumi Cərrahiyyə üzrə Dosent vəzifəsinə təyin olunub.

Beykent Universitetində Səhiyyə İdarəçiliyi üzrə magistr təhsilini 2009-cu ildə tamamlayıb.

Memişoğlu, 2002-2012-ci illərdə İstanbul Fatih Sultan Mehmet Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

2012-ci ilin noyabrında İstanbul Anadolu Şimal Bölgəsi İctimai Xəstəxanalar Birliyinin Baş Katibliyinə Tibbi Xidmətlər Başçısı vəzifəsinə təyin olunan Memişoğlu 2014-cü ilin mayında həmin qurumun Baş katibi olub.

2016-cı ildə Səhiyyə Elmləri Universiteti Fatih Sultan Mehmet Sağlamlıq Təcrübəsi Araşdırma Mərkəzinə Ümumi Cərrahiyyə Fakültəsi Üzvü olaraq professor vəzifəsinə təyin edilib.

2016-cı ilin oktyabrından İstanbul Vilayət Sağlamlıq Müdiri vəzifəsində çalışıb.

Evlidir, üç övladı var.

Yeni ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum 1976-cı ildə Ankarada anadan olub.

1999-cu ildə Səlcuq Universiteti Mühəndislik və Memarlıq Fakültəsi İnşaat Mühəndisliyi ixtisasını bitirən Kurum, 1999-2005-ci illərdə müxtəlif özəl təşkilatlarda çalışıb.

O, 2005-2006-cı illərdə TOKİ Ankara İcra Departamentində ekspert, 2006-2009-cu illərdə TOKİ İstanbul İcra Departamentinin Avropa Yakası İcra Şöbə Müdiri, 2009-2018-ci illərdə isə TOKİ-nin törəmə şirkəti Emlak Konut GYO AŞ-nin baş direktoru vəzifələrində çalışıb.

2018-ci ildə birinci dəfə ətraf mühit, şəhərsalma və iqlim dəyişiklikləri naziri təyin edilib.

2023-cü ilin sonunadək həmin postdakı vəzifəsini davam etdirməli olan Kurum, 14 May 2023-cü ildə keçirilən prezident seçkilərində AKP-nin 28-ci çağırış İstanbul Millət vəkili seçilib.

O, 31 mart keçirilən yerli idarəetmə seçkilərində Xalq Alyansının İstanbul Böyükşəhər Bələdiyyə Başçılığına (İBB) namizədi olub.

Evlidir, üç uşaq atasıdır.



Xəbərin oxunma sayı : 580




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap