Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO Aygün Kazımovadan cazibədar - Fotolar Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO
Axtar
 
  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

  • / Maqazin / — 26 İyun 2024

    Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO

  • / Maqazin / — 25 İyun 2024

    Aygün Kazımovadan cazibədar - Fotolar

  • / Maqazin / — 19 İyun 2024

    Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO

  • / Maqazin / — 18 İyun 2024

    Məşhurlarımız özlərinə hansı biznesi qurublar? - SİYAHI

  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

Masazırda sənədsiz ev tikənlərə Nurlan Həsənov himayədarlıq edir? - FOTO/VİDEO

Tarix 03.07.24, 15:37

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonunun Masazır qəsəbəsi son beş ildə ən çox qanunsuz yaşayış evləri və obeyktləri tikilən ərazilərdən biridir. 

Keçmiş icra başçısı İradə Gülməmmədovanın vaxtında qəsəbədə tikinti bumu demək olar ki, özünün ən pik nöqtəsinə çatmışdı. Dövlət qurumlarının qanunsuz tikintiyə nəzarəti gücləndirməsindən sonra, qəsəbədə tikinti sahəsində azalma müşahidə olunmağa başladı. Ancaq buna baxmayaraq, yenə də Masazır qəsəbəsinin müxtəlif ərazilərində qanunsuz tikinti işləri davam etdirilir. 

Bildirək ki, hazırda Masazır qəsəbəsində heç bir rəsmi icazə olmadan və müvafiq sənədləşmə işləri aparılmadan qanunsuz həyət evlərinin kütləvi tikintisi daha çox “göl” adlanan ərazidə aparılır. Ərazidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir icazəsi olmadan qanunsuz həyət evlərinin inşası bir neçə makler tərəfindən həyata keçirilir. Mətbuatın apardığı araşdırmada məlum olub ki, hazırda “göl” adlı ərazidə ümumilikdə 200-dən çox həyət evi qanunsuz olaraq tikilərək kredit şəklində satılıb. 100-ə yaxın evin tikintisi isə davam etdirilir. 

Açıklama yok.

Adı çəkilən ərazidə torpaq başqa şəxsə məxsus olsada, Xəyal Məmmədli və Elçin adlı şəxslər tərəfindən qanunsuz tikinti işləri rahat şəkildə aparılır. 

Məsələ ilə bağlı AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Masazır qəsəbəsi "göl"adlanan ərazidə qanunsuz tikinti işləri Abşeron icra hakimiyyətinin "icazəsi" ilə həyata keçirilir. Bu icazəni isə Abşeron RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi vəzifəsində işləyən, ancaq qeyri rəsmi işi rayonda qanunsuz tikinti işlərinə nəzarət və “icazə” almaq məsələlərinə olan Nurlan Həsənov tərəfindən verilib.  

Açıklama yok.

Qeyd edək ki, həmin ərazilərdə tikilən evlərin heç birinə dövlət tərəfindən mülki çıxarış (kupça) verilməyəcəyi bildirilir. Ancaq maklerlər vətəndaşların inamını və etibarını qazanmaq üçün Abşeron Su idarəsi və "Azərişıq" ASC Abşeron idarəsi ilə hansısa yollarla əlaqə "anlaşaraq", sənədsiz tikdikləri evlərə işıq və su sayğacları quraşdırıblar. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 1282




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap