Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Azərbaycanda havanın temperaturu artır - Əhaliyə xəbərdarlıq (VİDEO)

Tarix 05.07.24, 22:10

Font ölçüsü : - / +
bitmap-img6


Sabah ölkə ərazisində 40 dərəcəyədək isti olacaq.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah havanın temperaturu bu günə nisbətən daha isti keçəcək. 

Xezerxeber.az-ın məlumatına görə, gözlənilən isti hava ilə bağlı Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri əhaliyə birgə müraciət yayıb.


Müraciətdə bildirilir ki, yay fəslində, o cümlədən turizm və taxıl biçini mövsümündə havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalı da artır. Bu səbəbdən nazirliklər əhaliyə, o cümlədən fermerlərə, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sahibkarlara və təbiət qoynunda istirahət edən vətəndaşlara müraciət edərək, onları isti keçən və insanların təbiətdəki aktivliyinin artdığı bu mövsümdə yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət etməyə çağırıb. 

Bundan başqa, ekspertlər bildirib ki, Azərbaycanda istilər 50 dərəcəyə çata bilər. Qeyd olunub ki, istilər Kür-Araz ovalığında və Aran zonasında maksimum 43-44 dərəcəyə qədər artarsa, bu o deməkdir ki, günün altında 50 dərəcədən yuxarı isti olacaq.

Çünki temperatur kölgədə qeydə alınan istiliyə görə ölçülür. 

 






Xəbərin oxunma sayı : 1015




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap