Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

“Putin Baydenlə təmaslara açıqdır” – Peskov

Tarix 04.10.24, 16:26

Font ölçüsü : - / +
bitmap-img6


“Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Bayden də daxil olmaqla istənilən təmaslara açıqdır”.

TASS xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə məsələ ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, ancaq indiyədək Moskva ilə Vaşinqton arasında məsələ ilə bağlı heç bir danışıq söhbəti olmayıb.
Digər tərəfdən, bundan əvvəl ABŞ Prezidenti Co Bayden TASS-ın sualına cavab olaraq, noyabrda Braziliyada keçiriləcək İyirmilik Qrupunun (G20) və ya Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) qarşıdan gələn sammitlərində liderlərin görüşü çərçivəsində Putinlə mümkün söhbəti istisna etməyib.
Bayden həmçinin Putinlə beynəlxalq platformalarda Ukrayna və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etməyin mümkünlüyündən danışarkən Rusiya liderinin orada olacağına şübhə etdiyini, ancaq perspektivli təmasların istisna olmadığını bildirib.
“Bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmayıb. Baxmayaraq ki, Rusiya Prezidenti bütün əlaqələrə açıqdır”, - deyə Kreml nümayəndəsi əlavə edib.
Qeyd edək ki, G20 sammitinin noyabrın 18-19-da Braziliyada keçiriləcəyi gözlənilir. Peruda keçiriləcək APEC sammitinin rəsmi tarixi isə 9-16 noyabrdır.



Xəbərin oxunma sayı : 430




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap