Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Kamran Əliyev Türkiyənin ədliyyə naziri ilə görüşdü - Fotolar

Tarix 04.10.24, 20:34

Font ölçüsü : - / +
bitmap-img6


Oktyabrın 4-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin ədliyyə naziri Yılmaz Tunçla görüşüb.

AzFakt.com xəbər verir ki, görüş zamanı iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri sayəsində ən yüksək müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd olunub.

Kamran Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Türkiyə dövlətinin və xalqının siyasi və mənəvi dəstəyinə görə təşəkkürünü ifadə edib.

Baş prokuror 2021-ci ildə Bakıda təsis olunmuş TDT-nin Baş Prokurorlar Şurasının hüquqi əməkdaşlığımızın genişləndirilməsi üçün səmərəli platforma olduğu vurğulayıb.

2023-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi ərəfəsində Ankara şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirakını xatırladan Baş prokuror, həmin tədbirin üzv dövlətlərdə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığın bütün formalarına qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Həmçinin, Baş prokuror ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı da iştirak edib.







Xəbərin oxunma sayı : 418




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap