|
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Milli Məclis buraxıldı, növbədənkənar seçkilər təyin olundu- SƏRƏNCAM
Müdafiə Nazirliyindən yeni müharibə xəbərdarlığı - “Məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq“
Çin NATO pilotlarını “oğurlayır” – Pekin Tayvana qarşı müharibəyə hazırlaşır
“Bu halda sülh sazişinin bağlanması mümkün deyil“ - Prezident nöqtəni qoydu
Mərkəzi Bank 5 ayda 3 milyard dollar satıb – Devalvasiya ola bilərmi?
“Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər - ŞOK FAKTLAR
Hakimləri səlahiyyətinə hansı hallarda xitam veriləcək? - Yeni qanun
Tarix 03.10.24, 10:42 |
|
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydası dəyişir.
AzFakt.com-un məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, İlk dəfə 3 il müddətinə təyin edilmiş hakimlərin fəaliyyəti həmin müddətin sonunda, digər hakimlərin fəaliyyəti isə beş ildə bir dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilir. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ədalət mühakiməsinin təkmilləşdirilməsi, hakimlərlə tədris prosesinin düzgün qurulması, habelə onların vəzifədə irəli çəkilməsi, hakimlik və sədrlik fəaliyyətini davam etdirməyə yararlılıqlarının müəyyən edilməsi məqsədilə aparılır. Hakimlərin fəaliyyəti Azərbaycan Respublikasının Ali Məhkəməsi, müvafiq olaraq apellyasiya məhkəmələri və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, habelə hakimlərin mənsub olduqları məhkəmələrin sədrləri tərəfindən vəzifələrinin icrasına dair verilmiş rəylər əsasında qiymətləndirilir. Hakimlərin fəaliyyəti qiymətləndirilərkən həmçinin məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirərkən topladığı və Məhkəmə-Hüquq Şurasına təqdim etdiyi məlumatlar, habelə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiyaya yönəldilən işlərin sayı nəzərə alınır.
Hakimlərin fəaliyyəti qiymətləndirilərkən Məhkəmə-Hüquq Şurasının ayrı-ayrı üzvlərinin malik olduqları məlumatlardan istifadə oluna bilər. Hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində peşəkar çatışmazlıqlar, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilir.
Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verilir. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin qaydaları və metodologiyası Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir.
Layihəyə əsasən, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmə sistemində idarəçiliyin təkmilləşdirilməsi, hakimlərin vəzifədə irəli çəkilməsində şəffaflığın təmin olunması, onların fəaliyyətinin stimullaşdırılması, tədris ehtiyaclarının müəyyənləşdirilməsi və fəaliyyətini davam etdirməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə aparılacaq. Məhkəmə-Hüquq Şurası ilk dəfə 3 il müddətinə təyin edilmiş hakimlərin fəaliyyətini həmin müddətin sonunda, digər hakimlərin fəaliyyətini 5 ildə bir dəfədən az olmayaraq, məhkəmə sədrlərinin, sədr müavinlərinin və kollegiya sədrlərinin inzibati səlahiyyətlərin icrası üzrə fəaliyyətini isə həmçinin bu vəzifələr üzrə fəaliyyət müddətinin sonunda qiymətləndirəcək.
Hakimlərin fəaliyyəti Hakimlərin Qiymətləndirilməsi Komitəsi tərəfindən toplanılan materiallar əsasında onların peşəkarlıq səviyyəsini müəyyən etməyə imkan verən kəmiyyət (məhkəmə fəaliyyəti üzrə iş yükü və onun öhdəsindən gəlmək bacarığı) və keyfiyyət (məhkəmə aktlarının və məhkəmə proseslərinin idarə edilməsi keyfiyyəti, kommunikasiya bacarıqları, hakim etikası və intizamlılıq) göstəriciləri üzrə qiymətləndiriləcək. Məhkəmə sədrlərinin, sədr müavinlərinin və kollegiya sədrlərinin inzibati səlahiyyətlərin icrası üzrə fəaliyyəti Hakimlərin Qiymətləndirilməsi Komitəsi tərəfindən toplanılan materiallar əsasında onların idarəçilik bacarıqlarını müəyyən etməyə imkan verən meyarlar (müvafiq məhkəmədə əmək və icra intizamına riayət edilməsi və işin təşkili vəziyyəti (məhkəmə statistikasının və arxiv işinin aparılması, kargüzarlıq qaydalarına əməl olunması, məhkəmə aparatına rəhbərliyin təşkili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi vəziyyəti, vətəndaşların qəbulu, müraciətlərə baxılması sahəsində məhkəmədə işin təşkili) üzrə qiymətləndiriləcək.
Hakimlərin fəaliyyəti məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri, Məhkəmə-Hüquq Şurası Aparatının, fəaliyyəti qiymətləndirilən hakimin, həmçinin Ali Məhkəmə, apellyasiya instansiyası və birinci instansiya məhkəmələri sədrlərinin məlumatları və mediasiyaya yönəldilən işlərin sayı nəzərə alınmaqla qiymətləndiriləcək. Hakimlərin fəaliyyəti qiymətləndirilərkən Məhkəmə-Hüquq Şurası üzvlərinin malik olduqları məlumatlardan istifadə oluna bilər.
Hakimlərin Qiymətləndirilməsi Komitəsi hakimin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə dair yekun rəy tərtib etməklə Məhkəmə-Hüquq Şurasına təqdim edəcək. Hakimlərin Qiymətləndirilməsi Komitəsinin hakimin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə dair yekun rəyi Məhkəmə-Hüquq Şurasının üzvlərinə qiymətləndirmə ilə bağlı Məhkəmə-Hüquq Şurasının iclasına ən azı 10 gün qalmış təqdim ediləcək. Məhkəmə-Hüquq Şurası Hakimlərin Qiymətləndirilməsi Komitəsindən daxil olmuş yekun rəyi iclasında müzakirə edəcək və hakimin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinin təsdiqinə dair qərar qəbul edəcək.
Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yekun rəyi hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyasında müəyyən edilmiş forma və məzmuna uyğun olmadıqda, habelə ziddiyyətli olduqda Məhkəmə-Hüquq Şurası əsaslandırılmış qərarı ilə yekun rəyi ona əlavə edilmiş materiallarla birlikdə geri qaytaracaq. Bu zaman Hakimlərin Qiymətləndirilməsi Komitəsi Məhkəmə-Hüquq Şurasının qərarını nəzərə almaqla, yekun rəydəki çatışmazlıqları aradan qaldırmalı və yenidən Məhkəmə-Hüquq Şurasına təqdim etməlidir.
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinə dair qərar qəbul edilərkən səsvermədə Məhkəmə-Hüquq Şurasının yalnız hakim üzvləri iştirak edəcək.
Qİymətləndirmə ilə bağlı Məhkəmə-Hüquq Şurasının iclası səsvermədə iştirak etmək hüququ olan hakim üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Qərar Məhkəmə-Hüquq Şurasının səsvermədə iştirak edən hakim üzvlərinin sadə səs çoxluğu ilə qəbul ediləcək. Səslər bərabər olduqda Məhkəmə-Hüquq Şurasının iclasına sədrlik edənin səsi həlledici hesab olunacaq.
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yekununda aşağıdakı nəticələrdən biri müəyyən olunacaq:
- hakimin fəaliyyəti yüksək qiymətləndirilir;
- hakimin fəaliyyəti qənaətbəxş qiymətləndirilir;
- hakimin fəaliyyətində peşəkar çatışmazlıqlar var.
Hakimin fəaliyyəti yüksək qiymətləndirildikdə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimin vəzifədə irəli çəkilməsi nəzərdən keçiriləcək. Hakimin fəaliyyəti qənaətbəxş qiymətləndirildikdə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimin tutduğu vəzifəyə uyğunluğu barədə qərar qəbul ediləcək. Hakimin fəaliyyətində peşəkar çatışmazlıqlar olduğu halda, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxs istisna olmaqla) fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrar, lakin 1 ildən tez və 2 ildən gec olmayaraq qiymətləndiriləcək. Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə vaxtından əvvəl xitam veriləcək.
Məhkəmə sədrləri, sədr müavinləri və kollegiya sədrlərinin inzibati səlahiyyətlərinin icrası üzrə fəaliyyətinin qiymətləndirilməsinin yekununda aşağıdakı nəticələrdən biri müəyyən olunacaq:
- fəaliyyəti qənaətbəxş qiymətləndirilir;
- fəaliyyətində peşəkar çatışmazlıqlar var.
Fəaliyyəti qənaətbəxş qiymətləndirildiyi halda Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə sədrinin, sədr müavinini və ya kollegiya sədrinin inzibati vəzifəyə təyinatı ilə bağlı təklifinin verilməsi barədə qərar qəbul ediləcək.
Fəaliyyətində peşəkar çatışmazlıqlar olduğu halda Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə sədrinin, sədr müavinini və ya kollegiya sədrinin tutduğu vəzifədə işləməyə uyğun olmaması barədə qərar qəbul ediləcək.
Xəbərin oxunma sayı : 775
Hadisə
Xəbərlər
-
Aysel Teymurzadə qırmızı libası ilə göz oxşadı - FOTO
-
Pol Poqbanın cəzasi 1,5 ilə endirildi - Bu tarixdən rəsmi matçlara çıxacaq
-
Ov edənlərin nəzərinə: 2 min manat cərimə
-
136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - VİDEO
-
Aİ İrana sanksiyalar tətbiq edəcək – “Bloomberg”
-
Çay evini qumarxanaya çevirən sahibkar saxlanıldı - Məhkəmə qərarı
-
Bu marşrut avtobuslarında gedişhaqqı artırıldı - Sərnişinlər narazıdır (VİDEO)
-
“Kontakt Home” müştərini aldatmaqda ittiham olunur - Dövlət Xidməti hərəkətə keçdi
-
Ağac kəsənlər sərt cəzalandırılacaq - Qanun dəyişir
-
“Hansı dostluqdan söhbət gedə bilər?” - Prezident
-
Telefondan istifadəyə görə cərimələr – Azərbaycan Avropada ilk sıralardadır
-
Estetik əməliyyatın QURBANI - “Yasamal Hospital“ın baş həkimi qadını ölümcül hala salıb
-
Kamran Əliyev Türkiyənin ədliyyə naziri ilə görüşdü - Fotolar
-
“Zelenskinin ofisi Budanov, Sırski və Umerovun işindən razı deyil” – “Forbes”
-
Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır - 1000 MANAT
-
“Azercell” ev qiymətinə növbəti “zerkalnı” nömrələri satışa çıxarır - SİYAHI
-
Bu ərazilərdə olan evlərə sənəd verilməyəcək - Ekspert açıqladı
-
Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş VƏHŞİLİK
-
“Yaxın Şərqdə hiyləgər planlar işə düşüb“ - Ərdoğan
-
Metroda bu qaydaları pozsanız - 200 manat cərimələnəcəksiniz
-
Azərbaycanda bu şəxslərə 6 min manat ödəniləcək - Qanun dəyişir
-
Rəis Xankəndidəki kabinetində nə gizlədib? - Bacısına tozsoran da göndərib...
-
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimə kəskin artırılır
-
Prezident və xanımı Cəbrayılda açılışda-FOTOLAR
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnə açıqlandı
-
Naxçıvanda müəllim işdən çıxarıldı - Direktora töhmət verildi
-
“Putin Baydenlə təmaslara açıqdır” – Peskov
-
Daha iki vəzifəli şəxsə hökm oxundu - Yalnız 3 rayona getmək icazəsi verildi
-
“Bu Qələbə onu göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür“ - Prezident
-
Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və “İDEA“ İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb
-
“İsraili məhv edəcəyik“ - Xamanei hədələdi
-
“Tramp qalib gəlsə, Ukraynanın süqutuna imkan verməyəcək” - Boris Conson
-
Sabah güclü geomaqnit qasırğası baş verəcək - Xəbərdarlıq
-
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdrlıq
-
İsmayıllıda at əti satanlar saxlanıldılar – FOTOLAR
-
“Kiyev Kursk AES-ə hücum edərək odla oynayır“ - Kreml
-
“Bizi hədələmək üçün özləri özlərinə məktub yazırlar” – Prezident
-
Azərbaycan və Belarus arasında sənəd imzalandı - Fotolar
-
“Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi“ - İlham Əliyev
-
“Nooga Development AZ” MMC -nin saytı yoxdur - Vergi Xidmətinə milyonlarla manatlıq İT xidməti göstərir
-
“Bu gün Azərbaycan artıq öz suveren ərazi bütövlüyünü bərpa etmiş qalib ölkədir” - Adəm İsmayıl Bakuvi
-
“Gəncəyə atılan “Skad“ İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi“ - Hikmət Hacıyev
-
Dünyada əmək haqqı artımı - 2006-2022-ci illər - ARAŞDIRMA
-
“NATO “sülhməramlı” adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır“ - Bortnikov
-
Bank kartından oğurluq edən şəxslər saxlanıldı - Aralarında 23 yaşlı qız da var
-
GDU-da “dosent” qalmaqalı qızışır - “Səidə İsmayılzadənin plagiat elmi işi...“
-
Süd vəzi xərçənginin müalicəsi icbari sığortaya daxil edilir? - Rəsmi cavab
-
“Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq olar“ - Bayden
-
Qədim Bakı bazarları nə məqsədlə istifadə olunurdu? - VİDEO
-
Rusiya Donetsk vilayətində irəliləyir - 4 istiqamətdə
-
Azərbaycan nefti - Qiyməti 80 dolları ötdü
-
COP29 Azərbaycana nə vəd edir? - VİDEO
-
Azad olunmuş bu kənddə turizm infrastrukturu yaradılacaq - 3,8 milyonluq LAYİHƏ
-
Məhkəmə qaydasında qeydiyyatdan çıxarılma: Prosedur və müddətlər
-
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür
-
Azərbaycanda tüğyan edən virus COVID-in yeni ştammıdır? - Həkim açıqladı
-
“Ermənistan bütün hərbi cinayətkarları cəzalandırmalıdır” - Hikmət Hacıyev
-
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
-
Bu gün intsaqramda onlar diqqət çəkdi - FOTOLAR
-
Müasir İnnovasiyalar Liseyində pul qalmaqalı - “O məktəbin direktoru deputatın atasıdır...”
-
Prezident Zəngilan İstirahət Kompleksində aparılan işlərlə tanış oldu – FOTO
-
Bakıda türk iş adamının evindən 110 min dollar oğurlayanlara cəza verildi - 6 il sonra həbs
-
UEFA Avropa Liqası: “Qarabağ“ İsveç klubuna məğlub olub
-
Xüsusi təyinatlıların pensiyaları niyə kəsilir: Hərbçilər “əliləm”, həkimlər “sağlamdır” deyir
-
Prezident Zəngilanda yaşayış kompleksinin tikintisi ilə tanış oldu - FOTOLAR
-
Dövlət Xidməti tender kralını cərimələdi - Məhkəməyə üz tutdu
-
Qazaxıstanlı qız Bakıda qocaları belə tələyə saldı - VİDEO
-
Xırdalanda təmiri 2 il əvvəl başa çatan yol yenə təmir olunacaq – 1,5 milyon ayrıldı
-
Azərbaycan və Rusiya işçi qrupu yaradıb - Xəzər dənizinin dayazlaşdırılması məsələsi ilə bağlı
-
4 Oktyabr - Cəbrayılın tarixinə həkk edilən gün
-
Prezident və xanımının Cəbrayıl səfəri - Fotolarda
-
Bu şəxslər hərbi xidmətə göndəriləcəklər - Qanuna dəyişiklik edilir
-
Zərərçəkənlər pul, ev tələb edirlər - Binəqədidəki partlayışla bağlı məhkəmə
-
“TDT çərçivəsində ümumi hədəflərə doğru addımlar atılır“ - Hakan Fidan
-
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir
-
Daha 2002 nəfər taksi sürücüsü olmaq istəyir - DİM-dən imtahanla bağlı açıqlama
-
Bu yolda avtobus zolağına vaxt məhdudiyyəti qoyuldu - Xəbərdarlıq
-
Generalın qızı sürücülük hüququndan məhrum edilir? - Məhkəmə işi
-
Mərkəzi Bankın sanksiyaları İran bankını “vurdu“ - Kredit portfeli 3 dəfədən çox azalıb
-
Prezident Cəbrayılda fabrikin təməlini qoydu - FOTOLAR
-
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
-
Dörd il öncə 4 oktyabr tarixində Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi
-
Ambulator müalicənin dərmanlarını da icbari tibbi sığorta qarşılayacaq - Şöbə müdiri
-
4 dairədə üzvlər vəzifədən azad edilib - MSK qərar verdi
-
Prezident Cəbrayılda orta məktəb binasının açılışında - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
-
Vətən müharibəsinin xronikası: 3 oktyabr
-
Buraxılış imtahanında yeni model tətbiq ediləcək - DİM məlumat yaydı
-
Macarıstanlı hərbçilər Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində - VİDEO
-
“Azeri Med” cərimələndi - Gömrük qaydaları pozduğuna görə
-
Yevlax RİH-in tenderi niyə ləğv edildi? - Hər il mənzil fondu təmir edilir
-
335 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan
-
Azər Maqsudovun qızı yalan ifadə verib? - Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmə
-
Mehdiyevin qızı keçmiş şərikini və nazirliyi məhkəməyə verdi - Nə tələb edir?
-
Ağdərənin Sırxavənd kəndində 4 kütləvi və iki fərdi məzarlıq aşakarlanıb - FOTOLAR
-
Hacı Şahinin məzarı niyə sökülüb? - VİDEO
-
Prezident və xanımı Cəbrayıla getdi - Görülən işlərlə tanış oldular
-
Bakıda və bir sıra bölgələrdə Amerika ağ kəpənəyi yayılıb - Tədbirlər görülür
-
Geomaqnit qasırğası gözlənilir - Xəbərdarlıq
-
Əli Əsədov Aleksandr Lukaşenko ilə görüşdü - FOTO
-
Şəhərin mərkəzini zibilxanaya kim çevirib? - Qurumdan gülünc cavab
-
Tribunainfo.az 15 illik yubileyini qeyd edir
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - Həbs olunur
-
Ali Məhkəməyə yeni hakimlər təyin edilir - ADLAR
-
Bu icra başçılarının yaşı 70-i keçib - SİYAHI
-
Həbsdə ola-ola cinayət törətmişdi - Daha 5 il cəza aldı
-
Ən çox zərər edən 10 Rusiya şirkəti – Siyahı
-
“TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi - SƏBƏB
-
“Xalq Sığorta“ biznesi geriləyən şirkətlər siyahısında - 1 mln. manata yaxın itki
-
İlham Əliyev Almaniya prezidentinə məktub göndərib - MƏTN
-
Dələduzluğa görə məhkum olunmuş şəxs kafedra müdiri təyin olunub - ADPU-nun Quba filialında
-
Hakimləri səlahiyyətinə hansı hallarda xitam veriləcək? - Yeni qanun
-
Bakıda 397 minlik dələduzluq edən şəxslə bağlı QƏRAR
-
Sosial şəbəkədə mübahisə edərək görüşüblər - Şagirdin qətlinin təfərrüatı
-
Mehdiabad qəsəbəsində ev və torpaq sahələrinə maraq artdı - SON QİYMƏTLƏR
-
Fatih Terim “Neftçi” komandasına gətirilir? – ŞOK İDDİA
-
Bəzi yerlərə leysan, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
-
Maaş və pensiya artımı: kimlər sevinəcək - AÇIQLANDI
TOP 10
ARXİV