Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Azərbaycanın gəmiçilik tarixində ilk - “Xocalı” ABŞ limanında

Tarix 06.07.24, 17:34

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına yeni əlavə edilən “Handysize” tipli “Xocalı” gəmisinin ilk səfəri uğurla yekunlaşıb.

AzFakt.com ASCO-ya istinadən xəbər verir ki, gəmi Cənubi Koreyanın “Bukpyung” limanından qəbul etdiyi 30 min 800 ton sement yükünü Amerika Birləşmiş Ştatlarının “Portland” limanına çatdırıb, artıq yük gəmidən boşaldılıb.

20 gün davam edən səfər çərçivəsində “Xocalı” ümumilikdə 8 390 kilometr məsafə qət edib.

Bu səfərlə Azərbaycanın gəmiçilik tarixində ilk yaşanıb. Belə ki, “Xocalı” müstəqil Azərbaycan bayrağı altında ABŞ limanına yan alan ilk gəmi olub.

Qeyd edək ki, “Xocalı” bu ilin may ayında Çində istismara verilib. Ümumilikdə 38 min 593 ton yükgötürmə imkanına malik olan gəminin uzunluğu 180 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 knotdur. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.

“Xocalı" Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri rəhbər tutularaq hazırlanan və ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin Strateji İnkişaf Proqramı çərçivəsində alınan “Handysize” tipli ilk gəmidir.

ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb
ABŞ limanına müstəqil Azərbaycan bayrağı altında ilk gəmi yan alıb



Xəbərin oxunma sayı : 781




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap