Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Sabiq nazirin bankı Röyanın keçmiş qaynatasından nə istəyir? - Məhkəmə

Tarix 06.07.24, 20:35

Font ölçüsü : - / +
bitmap-img6


Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus "BankStandard" Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Çudo Peçkan"ın sahibi Çingiz Cəlilovdan maddi ziyan tələb edir. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bank bununla bağlı məhkəmədə iddia qaldırıb. 

İş hazırda apellyasiya mərhələsindədir. Məlumata görə, şikayəti "BankStandard” verib.İşə Bakı Apellyasiya Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə baxılacaq. 

Çingiz Cəlilov 2017-ci ildə həbs edilib. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Çudo Peçka” və "ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu "Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq, həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də, rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq, bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çingiz Cəlilov azadlıqdan məhrum edilib. 

Bundan sonra "BankStandard” dəymiş zərərin ödənilməsi üçün mülki iddia qaldırıb. 

Çingiz Cəlilov müğənni Röyanın qayınatası olub. 2008-ci ildə müğənni onun oğlu Anar Cəlilovla ailə həyatı qurub. Cütlük 2014-cü ildə boşanıb. 

Heydər Babayev 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. O, 2005-2008-ci illərdə iqtisadi inkişaf naziri olub.



Xəbərin oxunma sayı : 748




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap