![]() |
|
![](http://azfakt.com/photos/2221648.jpg)
![](http://azfakt.com/photos/a2a6e587-7499-4cb7-aed6-e39b6fe7fb42.jpg)
![](http://azfakt.com/photos/32116.jpg)
![](http://azfakt.com/photos/572101.jpg)
![](http://azfakt.com/photos/394513.jpg)
![](http://azfakt.com/photos/317123.jpg)
![](http://azfakt.com/photos/82795.jpg)
![](http://azfakt.com/photos/7744.jpeg)
![](http://azfakt.com/photos/937755.jpg)
![](http://azfakt.com/photos/337136.jpg)
![](http://azfakt.com/photos/89944e2f-41e7-40cb-9d82-f3a1a10cb5c2.jpg)
![](http://azfakt.com/photos/46737.jpg)
![](http://azfakt.com/photos/309725.jpg)
![](http://azfakt.com/photos/054111.jpg)
“3 milyonluq MMC-ni “1 qara qəpiksiz almışam“ - Sabiq deputatdan etiraf
Tarix 02.05.24, 19:29 |
|
![bitmap-img6](http://azfakt.com/photos/7744.jpeg)
Sabiq AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əlisəftər oğlu Əliyevin özü-özünü rəhbər təyin etdiyi qərar üzə çıxıb.
27 dekabr 2019-cu il tarixli qərarı imzalayan İlham Əliyev bununla özünü “Dostluq - MK” MMC-nin təsisçisi və rəhbəri müəyyən edib. Belə məlum olur ki, hər il milyonlarla manat gəlir əldə edən “Dostluq - MK” MMC-nin tən yarısını, 50 faizini İlham Əliyev 1 qara qəpik xərcləmədən, pay sahibinin özünə 5 min 600 manat ödətməklə sahiblənib.
“Dostluq - MK” MMC-nin tarixçəsi
“Dostluq - MK” MMC-ni 1 mart 2011-ci ildə şabranlı sahibkar Mansur İbrahimovla YAP-ın Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun oğlu Cavid Balaqadaşov təsis ediblər. Cəmiyyətin nizamnamə kapitalı 20 manat məbləğində müəyyən edilib və hər birinin dəyəri 5 manat olmaqla 4 paydan ibarət olub. Təsisçilərin nizamnamə kapitalında payları hərəyə 50 faiz olub.
Həmin günlərdə cibində deputat mandatı gəzdirən İlham Əliyev Şabranda at oynadıb, sahibkar Mansur İbrahimovla xoş-zor şərik olub. Ona ən müxtəlif vasitələrlə təzyiqlər göstərib, 12 hektar fındıq bağını yerlə bir edib, digər meyvə bağlarına da ən müxtəlif vasitələrlə sahiblənib. Belə bir şəraitdə İlham Əliyev Mansur İbrahimovdan “Dostluq - MK” MMC-dəki 50 faiz payını 3 milyon manata ona satmağını istəyib. Biçarə sahibkar razılıq verib.
O, alqı-satqıya gəlmədi, şəxsiyyətinin sürətini vatsapıma yolladı
İlham Əliyev Xaçmazın deputatı olduğundan alqı-satqı müqaviləsi də onun istəyi ilə Xaçmaz rayonu, 1 saylı notariat ofisində olub. Özü notariat ofisinə gəlməyən İlham Əliyev sahibkar Mansur İbrahimova vatsap üzərindən şəxsiyyət vəsiqəsinin surətini göndərib, tapşırıb ki, alqı-satqı müqaviləsində 3 milyon manatlıq sövdələşmə 5 min 600 manat kimi göstərilsin. Yəni Mansur İbrahimova 1 qəpik də vermədən, 5 min 600 manatı Mansur İbrahimovun özünə ödətməklə alqı-satqı müqaviləsi bağlanıb.
Sabiq deputat İlham Əliyev payı aldı, 3 milyon manatı ödəmədi!
İlham Əliyev Mansur İbrahimova deyib ki, 3 milyon manatlıq sövdələşmənin alqı-satqı müqaviləsində göstərilməməsini ödənəcək verginin çoxluğu ilə izah edib. Vəd verib ki, 3 milyon manatı qısa müddətdə ödəyəcək. 5 min 600 manatı da Mansur İbrahimova ödətdirib. Sonradan isə İlham Əliyev Mansur İbrahimovun telefon zənglərinə belə cavab verməyib. Alqı-satqı müqaviləsi 8 avqust 2019-cu il tarixdə bağlansa da, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev bu günə qədər şabranlı sahibkar Mansur İbrahimovun pulunu ödəməkdən yayınır.
Mansur İbrahimov İlham Əliyevə qarşı Bakı Kommersiya Məhkəməsində də iddia qaldırıb. Onunla cavabdeh Əliyev İlham Əlisəftər oğlu arasında bağlanmış 8 avqust 2019-cu il tarixli, reyestrdə 3M-215 nömrə ilə qeyd edilən müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş edib.
İlham Əliyev məhkəmədə hakimi şoka salan etiraf etdi – 3 milyon vəd verib, 1 qara qəpik də ödəməyib!
Hakim Emin Əliyevin sədrlik etdiyi məhkəmə iclasında İlham Əliyev də qatılıb və Mansur İbrahimova müqavilə üzrə 1 qara qəpik də ödəmədiyini etiraf edib.
Bu etirafı məhkəmə zalında olan hakim Emin Əliyev, məhkəmə katibi, Mansur İbrahimov və onun 2 vəkili, İlham Əliyevin özünün vəkili də eşidib. Hakim dəqiqləşdirici sual verərək İlham Əliyevdən alqı-satqı müqaviləsi üzrə ödəməli olduğu məbləği kimə ödəməsini aydınlaşdırıb. İlham Əliyev isə deyib ki, o, pulu 3-cü şəxsə verib. Lakin həmin 3-cü şəxsin kimliyini açıqlamayıb.
İlham Əliyevin bu ifadəsini Bakı Kommersiya Məhkəməsinin zallarında quraşdrılan video da görüb və eşidib! Qanuna görə həmin video sübut kimi istifadə oluna bilər.
Hakim İlham Əliyevin 3 milyonluq etirafını eşitdi, amma şikayəti təmin etmədi!
Ən maraqlısı da budur ki, İlham Əliyevin belə bir etirafı ortada ola-ola hakim Emin Əliyev Mansur İbrahimovun iddiasını rədd edən qətnamə çıxarıb. Ədalətsiz qətnaməni eşidən Mansur İbrahimov iflic olub.
Sonradan sahibkara təqdim edilən, Azərbaycan dövləti adından çıxarılan qətnamədə İlham Əliyevin etirafından 1 sətir belə bəhs etməyib.
Hakim çıxardığı qətnaməni böyük şübhə altına alan İlham Əliyevin etirafını gizlətməklə tərəfsiz olmadığını da ortaya qoyub!
Mehdiyevin kürəkənini apelyasiya instansiyasında da qalib çıxarıblar
Mansur İbrahimov apelyasiya instansiyasına üz tutub, Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin ləğvini istəyib. Apelyasiya instansiyasında İlham Əliyevin etirafını əsas gətirib, Bakı Kommersiya Məhkəməsində bu etiraf dilə gətirilərkən çəkilmiş videonun tədqiq olunmasını vəsatətlə tələb edib Vəsatət təmin edilməyərək İlham Əliyev apelyasiya instansiyasında da qalib çıxarılıb.
Şabranlı sahibkarın Ali Məhkəmədə də ədalət axtarışları fayda verməyib
Mansur İbrahimov deyir ki, Ali Məhkəmədə də ədalət axtarışları fayda verməyib. Artıq yaxasında deputat “znaçok”u olmayan İlham Əliyevin etirafını bu instansiyada da dinləməyib, qərar veriblər.
Mansur İbrahimov deyir ki, uzun illərdir ki, kənd təsərrüfatı sahəsində çalışıb, bu sahə ilə əlaqəli əksər dövlət tədbirlərində nümunəvi sahibkar kimi dəvət alıb:
“Ümidliyəm ki, mənə qarşı Ramiz Mehdiyevin vəzifədə olduğu illərdə başlanan, bu gün də davam edən haqsızlıqlara nəhayət ki, son qoyulacaq. Mən kənd təsərrüfatı sahəsinə sərf etdiyim zəhməti, qoyduğum sərmayəni bir böyük hipermarket açmağa sərf etsəydim, bu gün başım bu bəlaları çəkməzdi. Ədaləti ölkə daxilində axtardım, amma çox böyük haqsızlıq gördüm. Ali Məhkəmə rəhbərliyinə ümidlərim vardı. Amma orada da Bakı Kommersiya Məhkəməsindən İlham Əliyevin etiraf videosunu tələb edib baxmadılar. İllik 800 min -1 milyon 200 min manat gəlir gətirən MMC-dəki payımı 5 min 600 manata satın alındığına isə inanırlar. Halbuki, həmin 5 min 600 manatı belə bankomata mən ödəmişəm, bu barədə qəbz də əlimdədir. Buna da baxan olmadı”.
Sahibkar bir daha Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova müraciət edərək ədalətin bərpası üçün köməklik göstərilməsini xahiş edib.
Musavat.com
Xəbərin oxunma sayı : 994
Gündəm
Xəbərlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Avromed“in keçmiş satış müvəkkili məhkəmə qarşısında - Nədə ittiham olunur?
-
REAL partiyası seçkiyə 13 namizədlə gedir – “Sayın az olması maddi vəziyyətlə bağlıdır...”
-
Bu gömrük rüsumları artırılacaq - FƏRMAN
-
Leysan, dolu, güclü külək - Sabahla bağlı XƏBƏRDARLIQ
-
Parlamentin buraxılması ilə bağlı Prezidentin sorğusuna baxılacaq - 27 iyunda
-
Bayram Nurlunun dalınca aeroporta xidməti avtomobilini göndərən nazir müavini kimdir? - İlginc iddia
-
Xüsusi karantin rejimi ilə bağlı yeni qərar verildi - Baş nazir imzaladı
-
Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM
-
Bakıda qətlə yetirilən polis əməkdaşı Mahir Ağayev dəfn olunub - FOTO
-
“Sevimli Dad”ın bu kolbasaları sağlamlıq üçün təhlüklidir? - FOTO
-
Həlak olan polislərlə vida mərasimi keçirildi - FOTO/VİDEO
-
Təhlükəli yüklərlə bağlı şəhadətnamə verilməsində YENİLİK
-
Azərbaycan qaz sayğaclarını hansı ölkədən və neçəyə alır? – SİYAHI
-
5 bankın əmlakları hərraca çıxarılıb - SİYAHI
-
Separatçılarla bağlı cinayət işi yaxın günlərdə məhkəməyə göndəriləcək - Kamran Əliyev
-
YAP-ın siyahısı hazırdır: 34 deputat mandatsız qalacaq
-
Bakıda 35, rayonlarda 25 dərəcə isti olacaq - Sabahın havası
-
Məcnun Məmmədov təsərrüfatlara baş çəkib, fermerlərlə görüşdü - FOTOLAR
-
Xaricdən gətirilən kondisionerlər ucuzlaşsa da, mağazalar qiymətləri qaldırıb – Rəsmi
-
Dövlət qulluğuna qəbulla bağlı qanunvericilikdə dəyişiklik ediləcək - Məleykə Abbaszadə
-
Polislərin qətlə yetirildiyi yerdən yeni görüntülər - VİDEO
-
Alimpaşa Məmmədova hökm oxundu - Ağır cəza verildi
-
İlham Əliyev Vladimir Putinə məktub ünvanlayıb - MƏTN
-
3 polis əməkdaşını qətlə yetirən Rövşənlə bağlı maraqlı faktlar - Hadisənin detalları məlum oldu
-
Arvadını baltalayaraq öldürdü - Daşkəsəndə dəhşət
-
Bakıda silahlı insident zamanı həlak olan polislərin adları açıqlanıb - SİYAHI
-
Xankəndi prokurorluğunun inzibati binası istifadəyə verilib - FOTOLAR
-
Bələdiyyə sənədi ilə ev tikən şəxslərə ŞAD XƏBƏR - Gələn aydan çıxarış ala biləcəklər + VİDEO
-
Azərbaycanda silahlı insident: Üç polis əməkdaşı və bir mülki şəxs qətlə yetirildi
-
Dərbənd və Mahaçqala şəhərlərində terror aktları törədilib - 15-dən çox polis həlak öldü
-
Bakıda pulsuz çimərliklər - Bu avtobuslarla getmək olar (SİYAHI)
-
Yaylaq mövsümündə Kəlbəcər: Gözoxşayan görüntülər (VİDEO)
-
Mənzil bazarında yeni canlanmanin SƏBƏBİ BİLİNDİ
-
Dənizdə istirahət edərkən diqqətli olun: İnfeksiya təhlükəsi
-
Azərbaycan yaşıl enerjiyə keçid prosesində lider ölkəyə çevrilir
-
Sevda Sanəliyeva hovuzdan görüntülərini paylaşdı - VİDEO
-
Yevlaxda sahil boyu evlər uçmaq təhlükəsi ilə üz-üzə - RƏSMİ AÇIQLAMA
-
Azərbaycana hansı ölkələrdən dondurma gətirilir? – Siyahı + Qiymətlər
-
Milli enerji şəbəkəmizi gücləndirməliyik
-
Dağıstanda terror aktları: 23 yaralı, 9 ölü
-
“Həmin evlərdən çox ürküdücü səslər gəlir“ - Reabilitasiya Mərkəzində nə baş verir?
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qum adası sakinləri işıq problemindən şikayətləndi - VİDEO
-
Ukrayna Sevastopolu vurdu; Rusiya ABŞ-ı suçladı
-
Bərpaolunan enerji layihələri sabaha ümid deməkdir
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
“Nyu-York Amerikanın İstanbuludur” - Rəna Abbasova və Amerikada rüşvət qalmaqalı
-
Novxanı çimərliyində FACİƏ - 23 yaşlı gənc batdı
-
Bakıda yaşayış binasında lift qırıldı - Xəsarət alanlar var
-
Yeni virus dünyada sürətlə inkişaf edir - Səbəbi AÇIQLANDI
-
Bu maddə infarkt riskini artırır: saqqız və diş pastasında da var
-
“Neftçi“ müqavilə imzaladı - 28 qol vuran hücumçu ilə
-
“ABŞ öz maraqları naminə bütün dünyada təxribat törədir“ - Dodik
-
COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biridir
-
Şərqi Zəngəzurun ən yüksək bal toplayan müəllimləri - SİYAHI
-
Nümunəvi ictimai çimərliklər ziyarətçilərin istifadəsinə verildi - FOTOLAR
-
Həbsxanada olarkən adına cərimələr gəldi - VİDEO
-
“ABŞ-dən silah tədarükü bərpa olunmalıdır“ - Netanyahu
-
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluq işi - şahidi məhkəməyə məcburi gətirəcəklər
-
Sel kəndlərlə rayonların əlaqəsini KƏSDİ - VİDEO
-
Azərbaycanda toyda kütləvi zəhərlənmənin detalları: Ev yiyəsi danışdı (VİDEO)
-
Mehdiyevin kürəkəni içki aludəçisi olub? - Gecələr “Rolls-Royce“da stress atır+FOTO
-
Arda Gülərdən Montella ilə bağlı paylaşım - FOTO
-
Diabet xəstələri üçün möcüzəvi “qızıl çay“
-
Yağış yağacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Taksi qiymətləri yenidən aşağı enə bilər? - AÇIQLAMA
-
“Bayden tezliklə ABŞ-ı III dünya müharibəsinə sürükləyəcək” - Tramp
-
Yolkənarı iaşə obyektləri, zəif və naşı fəaliyyət: Turizm sektorunun sağalmayan yarası
-
Məşhur pendir brendinin məhsulları marketlərdən yığışdırıldı: Sonsuzluğa səbəb olur
-
Özünü yandıran qazi dünyasını dəyişdi - FOTO
-
Xırdalanda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi
-
Sənədsiz evlərə “kupça” veriləcək - YENİ QƏRAR
-
Ronaldo fələstinli azyaşlı azarkeşi ilə... - FOTOLAR
-
Şahdağa qar yağıb – Faktiki hava
-
Yayda istiyə dözümlülüyü artıran içkilər - SİYAHI
-
Dünyanın ən kiçik 10 ölkəsi - SİYAHI
-
Fərqində olmadan zəhər “yeyirsiniz“ - DİQQƏT
-
Yer kürəsi fəlakətli sürətlə istiləşir: Dəhşətli nəticələr barədə xəbərdarlıq
-
Portuqaliya Türkiyəni məğlub etdi – AVRO-2024
-
Gürcüstan Rusiya və İrana yaxınlaşır, Ermənistan və Azərbaycan isə... - TƏHLİL
-
Nazir həyat yoldaşını İngiltərədə hansı pulla oxutdurur? – Təhsilinə milyonlar xərclənir
-
“Tramp debatlarda Baydenin vəziyyətindən istifadə edə bilər” – “NY Post”
-
Bəzi ağrıkəsicilər ağrını daha da artıra bilər - Terapevtdən açıqlama
-
Fitch Gürcüstanın reytinqini endirdi - SƏBƏB
-
Yeni müharibə xəbərdarlığı - Kanada 45 min vətəndaşını bu ölkədən ÇIXARIR
-
“Ukrayna üçüncü şəxslər vasitəsilə Serbiyadan sursat alır” – “Financial Times”
-
AVRO-2024: Gürcüstan - Çexiya matçı heç-heç bitdi
-
Vəfanın yalanını efirdə belə üzə çıxardılar - VİDEO
-
Xankəndiyə buz yağdı - VİDEO
-
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub - RƏSMİ
-
İyulun əvvəlində MİQ imtahanları keçiriləcək - RƏSMİ
-
Deputatlar bu tarixdə toplanacaq:Gündəlikdə 17 məsələ var
-
“TikTok“da tanış oldu, alçaldıb əzab verərək videoya çəkdi - Bakıda ŞOK
-
MİDA Yasamal Yaşayış Kompleksinin ərazisi yağışdan sonra sulara qərq oldu - VİDEO
-
Ölkə ərazisində qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA
-
Ədliyyə Nazirliyində yeni baş idarə yaradıldı - Rəhman Məmmədov vəzifədən azad edildi
-
Lənkəranskiyə görə qisas planı qurdu - Dəhşətli qətlin DETALLARI
-
Növbədənkənar parlament seçkilərinin keçirilməsi niyə zəruridir - Əli Hüseynli
-
Bəzi rayonlarda leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
-
Təkrar sertifikatlaşdırılma imtahanından sonra işdən azad edilənlər olub - İyulda imtahanlar keçiriləcək
-
İranda prezidentliyə Təbrizli namizəd – Cənublu soydaşlarımız kimə səs verəcək?
-
Bu məhsulların idxalı ƏDV-dən azad edildi - SİYAHI
-
Yeni tiklilər su xətlərinə necə qoşulacaq? - QƏRAR
-
38 müəllim maksimum bal topladı - SİYAHI
-
Bu krediti götürmək asanlaşacaq - DETALLAR
-
Yağışdan sonra Bakı küçələri - VİDEO
-
Gözəllik salonlarında gigiyenik qaydalara əməl olunurmu? - VİDEO
-
Daha bir “tender kralı“ etibarsız təchizaçtı elan edildi
-
Bakının bu ərazilərində də metro olacaq - VİDEO
-
Rus ordusu son sutkada 1000-dən çox hərbçi itirib – Yeni itkilər açıqlandı
-
Qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA
-
Prezident İlham Əliyev “Euronews”a müsahibə verib - TAM MƏTN
-
Ermənilər yenə təxribata əl atdı - Cavab tədbirləri görülüb
-
BMT-nin Baş katibi: Yaxın Şərqdəki münaqişə genişlənə bilər
-
“Makron tezliklə istefa verməli olacaq” - Le Pen
-
Kondisioner insanı kor edə bilər - Həkim xəbərdarlıq etdi
-
“Əcəb edib ərimi aldatmışam“ deyən qadını atası qantellə öldürdü - VİDEO
-
Yay aylarında bu məhsuldan istifadə etməyin! – Dəri ləkələrinə səbəb olur
-
Bakı və Abşeron daxil olmaqla ölkənin bir çox şəhərlərində leysan yağır - FAKTİKİ HAVA
TOP 10
ARXİV