“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Milli enerji şəbəkəmizi gücləndirməliyik

Tarix 23.06.24, 23:00

Font ölçüsü : - / +
bitmap-img6

      
İyunun 21-də "Euronews" televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərindən reportaj yayımlanıb. Reportajda Prezident İlham Əliyevin "Euronews"a müsahibəsi də yer alıb.
      
Həmin müsahibədə "Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır", - deyən Prezident İlham Əliyev bu istiqamətdə ölkəmizdə əməli işlər həyata keçirildiyini vurğulayıb. Məsələn, dövlətimizin başçısı konkret olaraq bildirib ki, "Masdar" bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır: "Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var".
      
Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a  ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Bununla da Prezident İlham Əliyev COP29-un ölkəmizin "yaşıl enerji" siyasətinə, eləcə də dünyanın enerji sisteminə yeniliklər bəxş edəcəyinə diqqət çəkib. Şübhəsiz, bütün bunlar ölkəmizin dünyada artan nüfuzuna müsbət təsir göstərəcək.
      
Həmin müsahibədə bir diqqət çəkən məqam da var. Belə ki, Prezident İlham Əliyev bildirib ki, COP29-a ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır: "Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər".
      
Yeri gəlmişkən qeyd edək ki, ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dönəmində bu qurumun 120 üzv ölkəsi ilə həqiqətən  bir sıra yaddaqalan təşəbbüslərə və işlərə imza atıb. Təkcə bir faktı xatırladaq ki, Azərbaycanın COVİD-19 ilə mübarizədə nümayiş etdirdiyi liderlik və əzmkarlıq bütün dünyada rəğbətlə qarşılanıb. Belə ki, həmin dövrdə Azərbaycanın təşəbbüsü ilə bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələri qəbul edilib. Ölkəmiz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan ¬80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Ölkəmizin Qoşulmama Hərəkatının  sədri kimi hər zaman xüsusi diqqət yetirdiyi məsələlərdən biri də yeni müstəmləkəçilik (neokolonializm) tendensiyalarına qarşı mübarizənin aparılması olub. Yeri gəlmişkən, müəyyən çətinliklərə rəğmən elə bu gün də Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirir. Rəsmi Bakı bütün bunlarla sübut etdi ki, o, istər regionda, istərsə də beynəlxalq aləmdə öz rolu və xüsusi çəkisi, özünəməxsus siyasəti olan bir ölkədir. Qoşulmama Hərəkatına uğurlu sədrliyimiz həm də  göstərdi ki, Azərbaycan qlobal siyasi məsələlərdə qabaqcıl ölkə rolunu oynamağa qadirdir. Şübhəsiz, bunu da ölkəmizin çox mühüm diplomatik uğuru kimi dəyərləndirmək olar. Bu baxımdan Azərbaycanın  COP29 zamanı və ondan sonra sədrliyini davam etdirəcəyi dövrdə planetin qorunmasına da cağırışlar edəcəyi, töhfələr verəcəyi şəksizdir.
      
Unutmayaq ki, bu gün fəlakətlərlə üzləşən planetimiz hamının evidir, onu qorumaq isə hər bir dövlətin borcudur.  Bu mənada müsbət mühit qurmaq naminə ölkələrin qarşılıqlı fəaliyyət göstərmələri olduqca vacibdir. Şübhə etmirik ki, Azərbaycan COP29 vasitəsilə bu vacib faktoru da dünyaya çatdıra biləcək.

Ərşad Abbaszadə



Xəbərin oxunma sayı : 469




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap