“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

İqtisad Universitetinin müəllimi Vüsal Quliyev 200 min borca görə 1 milyonluq evi ələ keçirib- VİDEO

Tarix 26.06.24, 22:17

Font ölçüsü : - / +
bitmap-img6


Vətəndaş Mustafayeva Məlahət iddia edir ki, Nərimanov rayonu Mirəli Qaşqay 94 mənzil 25 də olan 300 kvadrat metrə yaxın, dəyəri təxminən 1 milyon manat olan mənzili 221 min manat pula görə bir neçə nəfər əlbir olaraq ələ keçiriblər.

Bunlardan biri iqtisadiyyat ünversitetinin müəllimi Vüsal Quliyev, digəri Eldar Əliyev adlı şəxsdir. Onlara himayədarlıq edən isə Nərimanov rayon İcra probosiya şöbəsinin rəisi Zaur Abdullayevdir.

8 il bundan öncə müəyyən səbəblərə görə həyat yoldaşı Yaşar Mustafayev İqtisad Üniversitetinin dekan müavini Vüsal Quliyevdən notariat vasitəsi ilə 221 min manata imza ataraq 160 min manat faizə pul götürüb.

"Həmin puldan 68 min manatını qaytarıb. Vəziyyətimiz çətinləşdi, pulun yerdə qalan hissəsini verə bilmədik. Ondan gözləməsini xaiş etdik amma gözləmədi. Getdi Nərimanov rayon icra şöbəsinin rəisi Zaur Abdullayev və notariusla əlbir olaraq pul müqabilində girov kimi qoyduğumuz evi hərraca çıxardılar.

Şəhərin mərkəzində olan 1 milyonluq evimə əvvəl 300 min manat qiymət qoydular, sonra 250 min manat oldu. Öz aralarında qapalı hərrac keçirib evi özləri ələ keçirdilər. Məsələ ilə bağlı məhkəməyə müraciət etmişik, indi məhkəmənin qərarı olmadan gəlib məni evimdən məcburi çıxarırlar.

Həyat yoldaşım hazırda ölkədə deyil, müəyən vasitələrlə onun ölkə çıxışına da stop qoydurub barəsində axtarış qərarı verdiriblər. İndi o ölkəyə qayıdarsa həbs edəcəklər. Evimin bütün əşyalarını Nərimanov rayon icra şöbəsinin əməkdaşlarının iştırakı ilə çölə atırlar. Deyirəm, mənim evimi boşaltmaq haqqında məhkəmənin qərarını gətirin göstərin, icra şöbəsinin əməkdaşları deyir qərar yoxdur.

Bu işə qanunsuz olaraq Eldar Əliyev adlı şəxsi də cəlb ediblər. Eldar Əliyev Nərimanov rayon icra və probosiya şöbəsinin rəisi Zaur Abdullayevin ən yaxın dostlarından biridir.

İqtisad Üniversitetinin dekan müavini Vüsal Quliyev ona etibarnamə verib ki, guya onun hüquqlarını qoruyur.

Deyirik evi sataq pulunuzu verək, yerdə qalan pula isə özümə ev alım, yaşlı adamam. Bununla razılaşmırlar. Vüsal Eldarın üstünə atır, Eldar Vüsalın üstünə. Vəziyyətdən çıxa bilməyəndə isə deyirlər İcra şöbəsinin rəisi Zaur Abdullayev belə göstəriş verib. İqtisad Üniversitetinin dekan müavini və müəllimi icra şöbəsinin rəisi ilə əlbir olub, sual edən yoxdur ki, bu universitet müəllimi ayda nə qədər pul qazanır?

Bu qədər pulları haradan əldə edib? Millətin evini yıxıb bu cür faizə pul verərək bir neçə nəfərin evini qanunsuz yollarla ələ keçiriblər. Artıq dözülməz həddəyəm, ölkə vətəndaşlığından imtina etmək istəyirəm. Bu ahıl yaşımda məni zorla qapını qıraraq evimdən çıxardılar, indi qalmışam onun-bunun qapısında. Bu ölkədə qanun yoxdur? Mehriban Əliyeva, bir ana olaraq sizə səslənirəm, siz də anasız, məni dinləyən yoxdur. Məhkəmə qərarı olmadan məni ahıl yaşımda evimdən zorla çölə atdılar. Sizdən xahiş edirəm, mənə köməklik göstərin" - deyə şikayətçi Məlahət Mustafayev bildirir.





Xəbərin oxunma sayı : 1156




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap