![]() |
|
![](http://azfakt.com/photos/2221648.jpg)
![](http://azfakt.com/photos/a2a6e587-7499-4cb7-aed6-e39b6fe7fb42.jpg)
![](http://azfakt.com/photos/32116.jpg)
![](http://azfakt.com/photos/572101.jpg)
![](http://azfakt.com/photos/394513.jpg)
![](http://azfakt.com/photos/317123.jpg)
![](http://azfakt.com/photos/82795.jpg)
![](http://azfakt.com/photos/7744.jpeg)
![](http://azfakt.com/photos/937755.jpg)
![](http://azfakt.com/photos/337136.jpg)
![](http://azfakt.com/photos/89944e2f-41e7-40cb-9d82-f3a1a10cb5c2.jpg)
![](http://azfakt.com/photos/46737.jpg)
![](http://azfakt.com/photos/309725.jpg)
![](http://azfakt.com/photos/054111.jpg)
“Dəniz Moll“da idmançıların davası: “Eşitdim ki, Həsən 10 min manat istəyir“
Tarix 26.06.24, 18:33 |
|
![bitmap-img6](http://azfakt.com/photos/denizmall-dava-idmancilar-ruslanindestesijpg-1719394671.jpg)
Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
AzFakt.com Musavat.com-a istinadla xəbər verir ki, prosesdə prokuror Müslüm Şahmarov ittiham aktını elan edib.
İttihama görə hadisə Səbail rayonu ərazisində baş verib. “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı şou mərasimindən əvvəl “Dəniz Mall”ın konfrans zalından kənarda müttəhimlər idmançı Həsən Əzizovla mübahisə ediblər, onu cəzalandırmaq qərarına gəliblər. İstintaq zamanı müəyyən olunub ki, Həsən Əzizov keçmiş zamanlarda məşqçi Ruslan Əfəndiyevə kobud cavab verib. Bu zəmində Həsən Əzizovun yanlarına gəlməsinə nail olublar. Bu zaman onun üz və baş nahiyələrinə zərbələr vurub yerə yıxıblar. Ona qarşı alçaldıcı hərəkətlər etməyə cəhd ediblər. Sonra isə ona hədə-qorxu gəliblər. Həsən Əzizovun şikayətindən sonra Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayev cinayət məsuliyyətinə cəlb olunublar.
Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Müttəhimlər ittiham üzrə özlərini təqsirli bilməyiblər.
Ruslan Əfəndiyev sərbəst ifadəsində deyib ki, ötən il noyabrın 2-də Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı tədbir keçirilib: “Biz həmin gün idmançılarla birlikdə “Dəniz Mall”ə yollandıq. Yolda mənə zəng gəldi. Bildirildi ki, orada bir nəfər mübahisə edir, səs-küy salır. Mən də xahiş etdim ki, məni həmin şəxslə əlaqələndirsinlər. Telefonda səsdən həmin şəxsin Həsən olduğu mənə məlum oldu. Təşkilatçıya dedim ki, Həsən mənim tələbəm olub, gələrək onunla söhbət edəcəm. Həmin vaxt telefonda Həsən dedi ki, gəl, mən səni başa salacam. Bu zaman ona dedim ki, Həsən mənəm, Ruslan müəllimdir. Həsən cavab qaytardı ki, sən mənim üçün Ruslan müəllim yox, Ruslansan”.
Ruslan Əfəndiyev deyib ki, daha sonra tələbələri ilə birlikdə “Dəniz Mall”a gəliblər. Onun sözlərinə görə, orada Həsən Əzizovla tələbələrindən biri olan Rüfətlə danışdığını görüb:
“Onlara yaxınlaşdım və Həsənə Ruslan müəllim olduğumu dedim. Bu zaman Həsən mənə kobud cavab verdi. Daha sonra tələbəm Tofiq yaxınlaşdı və ona iradını bildirdi. Həsən Tofiqin üz nahiyəsinə yumruq atdı. Daha sonra mən araya girdim və ona badalaq ataraq zərərsizləşdirdim. Həmin vaxt Tofiq yarışa görə çəki salmışdı. Bu səbəbdən bədəni zəifləmişdi. Qorxdum ki, o zədələnər və yarış bizim üçün bitər”.
Ruslan Əfəndiyev qeyd edib ki, Həsən Əzizov ibtidai istintaq zamanı verdiyi ifadəsində onun tələbələrinin adlarını verib: “Halbuki o şəxslər hadisə yerində olmayıblar. Hadisə yerində mən, Tofiq, Rüfət və Xəzər olub. Mən Həsəni qətiyyən söyməmişəm. Həsən çox aqressiv idi. Mən uşaqlara tapşırdım ki, o təxribat yaratmaq istəyir, bu səbəbdən ona yaxınlaşmasınlar”.
Ruslan Əfəndiyev bildirib ki, Vüqar Kərimov onların yanında olmayıb, onun bu mübahisələrdən xəbəri olmayıb. O, həmçinin qeyd edib ki, Həsən Əzizova heç bir xəsarət yetirilməyib.
Daha sonra suallara cavab verən Ruslan Əfəndiyev bildirib ki, Həsən Əzizovla aralarında yaranan mübahisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma başlanılıb.
“Mən sonradan Həsən Əzizovun vəkili vasitəsi ilə ona barışmaq üçün 2 min manat verməyi təklif etdim. Sonradan görüşdük, 3 min manata razılaşdıq. Amma sonradan onlara zəng etsək də, zəng çatmadı, ya da zənglərimizə cavab verən olmadı. Sonradan eşitdim ki, Həsən 10 min manat istəyir. Mən də razı olmadım”, – deyə Ruslan Əfəndiyev bildirib.
Ruslan Əfəndiyev bildirib ki, Həsən Əzizovu heç kim vurmayıb, ona xəsarət yetirən olmayıb: “Həsənə şapalaq da vuran olmayıb. Mənim 53 yaşım var, heç vaxt yalan danışmamışam, danışmaram da. İttihamda yazılanlar yalandır. Biz söyüş söyməmişik. Tofiq Həsənə yumruq atmayıb. Bundan başqa, heç kim Həsənə yumruq zərbəsi vurmayıb”.
Təqsirləndirilən Vüqar Kərimov da bildirib ki, Ruslan Əfəndiyev və digər şəxslərlə birlikdə “Dəniz Mall”a gəliblər. O, Mehman Məmmədovla birlikdə konfrans zalına keçib. Onun sözlərinə görə, hadisə yerində olmayıb. Bildirib ki, konfrans zalında olması ilə bağlı şahidləri var.
Ruslan Əfəndiyev və digər təqsirləndirilən şəxslər - Xəzər Rüstəmov, Rüfət Əsədov, Tofiq Musayev ifadələrində etiraf ediblər ki, Vüqar Kərimov hadisə yerində olmayıb. Onlar deyiblər ki, Vüqar Kərimov başqa yerdə olduğu halda o da istintaqa cəlb edilib. Həmçinin təqsirləndirilən şəxslərin hər biri deyiblər ki, onlar tərəfindən Həsən Əzizova heç bir xəsarət yetirilməyib.
Daha sonra iş üzrə şahid qismində dindirilən şəxslərdən biri də Mehman Məmmədov olub. İlk əvvəl Mehman Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilsə də, sonradan onun hadisənin iştirakçısı olmadığı məlum olub. Bu səbəbdən istintaqın sonunda onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
Mehman Məmmədov məhkəmədə etiraf edib ki, o, hadisənin şahidi olmayıb. O həmçinin deyib ki, hadisədən bir gün əvvəl Həsən Əzizovla görüşüb, yarış barədə söhbətləri olub.
Mehman Məmmədov deyib ki, Həsən Əzizovla normal münasibətləri olub, onların arasında heç bir narazılıq olmayıb. Hadisə vaxtı Vüqar Kərimov onun yanında olub.
Bundan sonra Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərimov və Rüfət Əsədovun vəkilləri vəsatətlə çıxış ediblər. Onlar təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirilməsi, onların ev dustaqlığına buraxılması məsələsini qaldırıblar.
Vüqar Kərimovun vəkilləri bildiriblər ki, müvəkkilləri hadisə yerində olmayıb. Onların sözlərinə görə, bu fakt həm təqsirləndirilən şəxslərin, həm də şahidlərin ifadələri ilə təsdiq olunur.
Vəkillər deyiblər ki, Vüqar Kərimov hadisə yerində olmadığı halda onun bu gün dəmir barmaqlıq arxasında saxlanılması düzgün deyil.
“Hadisə yerində olmayan şəxsi həbsə atıblar. Vüqar Kərimovla bağlı hissədə yanlışlığa yol verilib. Bizim bununla bağlı hadisə yerindəki videokameralardan çıxarış istəmişik. Amma bizim bu istəyimiz müstəntiq tərəfindən rədd edilib. Məhkəmə araşdırması zamanı şahidlərin də ifadələrindən məlum olacaq ki, Vüqar Kərimov hadisə yerində olmayıb. O, kənar bir yerdə olub. Onun iki azyaşlı uşağı var. Onun həbsdə saxlanılması düzgün deyil”, - deyə vəkil qeyd edib.
Dövlət ittihamçısı isə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlərin təmin olunmamasını istəyib.
Müşavirə keçirən hakim vəsatətlərin təmin olunamaması barədə qərarı açıqlayıb.
Proses iyunun 28-də davam edəcək.
Xəbərin oxunma sayı : 505
Hadisə
Xəbərlər
-
Avtobuslardakı qəza çəkiclərini kim oğurlayır? - AÇIQLAMA/VİDEO
-
Bakı-Naxçıvan üzrə aviabilet qiymətləri 70 manat oldu – Yeni tariflər
-
Avtobus və metroda gediş haqqı 50 qəpik oldu – RƏSMİ
-
“Zibil pulu” 3 dəfədən çox artırıldı – RƏSMİ
-
Qızıl kəskin ucuzlaşdı: Bazarda son vəziyyət - VİDEO
-
“Aİ-92“ markalı benzin və dizel bahalandı – Yeni qiymətlər
-
Tarif Şurası yeni qərar verdi - Bu tariflər dəyişdirildi
-
Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq - RƏSMİ
-
Vergi ödəyiciləri ən çox nədən şikayət edirlər? – Siyahı
-
Bakıda gecəyarısı söküntü qalmaqalı: Evindən sürüklənərək çıxarılan qadın danışdı (VİDEO)
-
Türkiyədə restoranda partlayış: 5 nəfər ölüb, 63 nəfər yaralanıb
-
“Bu, Putinə müharibəni davam etdirməyə stimul verir” - Rasmussen
-
Pensiyalarla bağlı qanuna dəyişiklik - İyulun 1-dən etibarən...
-
Yasamal rayonunda ağacların kəsilməsi faktı aşkarlanıb – Akt tərtib olunub
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
-
Suriya və Türkiyə Bağdadda dialoqa başlayacaq - KİV
-
14 yaşlı Əliəsgərin köməyə ehtiyacı var - FOTO
-
“Tramp prezident seçilsə, ABŞ Ukraynaya dəstəyi dayandıracaq“ – alman siyasətçi
-
Dövlət qulluğu vəzifələri üzrə test imtahanı keçirilib
-
Göygöldə müəmmalı ölüm - İki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı
-
Yeni Kaledoniyada parlament seçkiləri keçirilir - Birinci turda iğtişaşlar baş verib
-
“28 May“ stansiyası önündə təmir nə zaman bitəcək? - Açıqlama
-
Süni intellektin inkişafı elektrik istehlakını kompensasiya edəcək - Bill Qeyts
-
Bank bahalı maşınlarını təcili satışa çıxardı - UCUZ QİYMƏTLƏR
-
Keşlədə hərbi sursatlar aşkar edilib - FOTO + VİDEO
-
Zəng edib insanları aldadırlar: Yeni dələduzluq növü yayılıb (VİDEO)
-
“Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk ediblər” – Müdafiə Nazirliyi
-
Qadın evindən zorla çıxarıldı - Bakıda gecə söküntüsü + VİDEO
-
Demokratların Baydeni əvəzləyəcək alternativi yoxdur - “Time“
-
Astarada namus üstündə qətl törədildi - TƏFƏRRÜATLAR
-
MİT rəhbəri Haniyə ilə danışdı - Nələr müzakirə edilib?
-
DİN və DSX əməliyyat keçirdi: 180 kq narkotik ələ keçirildi (FOTO/VİDEO)
-
Ərdoğan Şuşaya səfər edəcək - Gələn ay
-
Sabahdan Azərbaycanda yeni qadağa qüvvəyə minir - RƏSMİ
-
Donorlar Baydenin əvəzlənməsini istəyirlər - Bloomberg
-
Müğənnilərin yeni toy qiymətləri - 25 min manata oxuyan kimdir?
-
Qohum evliliyinə qoyulan qadağa hazırda nişanlı olanlara da şamil edilir? - VİDEO
-
Bakının bu ərazisindəki evlər sökülür: Yerində park salınacaq - VİDEO
-
Məhərrəm ay qabağı restoranlarda qiymət necədir? - VİDEO
-
Çimərlikdə boğulma Xəzərin ən çox bu hissəsində baş verir - VİDEO
-
AVRO-2024: İtaliya turnirlə vidalaşdı
-
FHN-nin qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub - VİDEO
-
Sənədsiz evlər düyünü çözülür? - Azərbaycanda böyük “əmlak amnistiyası” gözlənilir
-
Bu yeniləmə kompüterləri “çökdürür”: Ehtiyatlı olun
-
Üç qızı ilə yüksək nəticə göstərən müəllim: “İşi itirmək qorxusu vardı“
-
Deputatlığa namizədlərin irəli sürülməsi prosesi artıq başlayıb - MSK
-
Bakıda torpaq sahələrinin bahalaşmasının səbəbi nədir? - VİDEO
-
İsmayıllıda torpaq sürüşməsi - Kənd sakinləri köçürülür
-
Daşkəsəndə dağ uçqunu olub - Magistral yol qismən bağlanıb
-
Rusiyanın itkiləri 540 mini keçdi – Tam siyahı
-
Parlament seçkilərinə start verildi: Təqvim Planı təsdiqləndi - DETALLAR
-
Bakının mərkəzindəki eskalatorların bəxti nə vaxt açılacaq? - VİDEO
-
Nazirlikdə yeni təyinat: Ceyhun Bayramovun kürəkəninə yüksək vəzifə verildi - FOTO
-
“Əmək pensiyaları haqqında” qanuna daha bir dəyişiklik oldu - İlham Əliyev təsdiqlədi
-
Azərbaycanlı qıza görə dinini dəyişdi: Virtual dünyadan başlayan eşq (FOTOLAR)
-
“Akkuyu“ AES-in əməkdaşlarını daşıyan avtobus aşıb - Ölən və yaralananlar var
-
Marketlərdə satılan “xəstəlik”: Onlara pul xərcləməyin
-
Bölgə çimərliklərində qiymət və keyfiyyət hansı səviyyədədir? - VİDEO
-
İranda prezident seçkiləri: Məsud Pezeşkian 42.6% səslə liderlik edir
-
Məhkəmə generalları həbs etdi - Dövlət çevrilişinə görə
-
Yağış yağacaq, leysan olacaq – Sabahın havası
-
“Şirinliy“ə görə etiraz edən həkim işdən çıxarıldı - VİDEO
-
Pakistanda dəhşətli istilər - 600-ə yaxın insan istidən ölüb
-
Azərbaycanda dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı
-
Yerli kərə yağının qiyməti niyə bahalaşıb? - xaricə ixrac ediriksə...
-
Bu halda telefonla danışmayın - Əhaliyə xəbərdarlıq
-
Həbsdə olan sabiq icra başçıları azadlığa çıxır?
-
Bakının bu ərazisində də evlər sökülür - VİDEO
-
Əhaliyə xəbərdarlıq - Bu gün 13:00-adək...
-
Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA
-
Sürücülərin diqqətinə: Taksilərlə bağlı ciddi problemlər olacaq (VİDEO)
-
Bu rayona güclü sel gəldi: 81 nəfər təxliyə olundu
-
AVRO-2024: Bu gün 1/8 final mərhələsinin oyunları start götürür
-
Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər
-
İranda prezident seçkiləri: Pezeşkian yenidən önə keçdi
-
“Fransanın müstəmləkə siyasəti irqi və mədəni üstünlük ideyalarına əsaslanıb“ - Mariya Zaxarova
-
Amerikaya “ağıllı prezident” başçılıq edərsə, Rusiya və Çin ABŞ-nin düşməni olmayacaq - Tramp
-
Türkiyəli məşhurların milyonluq gəlirləri - “Forbes“in siyahısı
-
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
-
Azərbaycanda ən çox nələri reklam edirlər? – Siyahı
-
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib - Nələr müzakirə edilib? (FOTO)
-
Bakıda qıza görə başından güllələnən Turalın sevgilisi danışdı - “Məni şantaj edirdi“ + VİDEO
-
Qızılın qiyməti kəskin ucuzlaşdı - Bazarda son vəziyyət + VİDEO
-
MSK seçki qrafikini elan edəcək – Seçki dövrü qanunla necə tənzimlənir?
-
Su xətlərinə necə qoşulmaq olacaq? - Yeni qaydalar
-
Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır - Sahibkarların fürsətə çevirdiyi dövr
-
Azərbaycan və ABŞ enerji sahəsində güclü əməkdaşlıq qurub - Samir Şərifov
-
“Qafqazda sülhün təmin olunmasına dəstək verməyə davam edəcəyik“ - Yaşar Gülər
-
Naxçıvan Ali Məclisi buraxıldı - Yeni seçkinin tarixi açıqlandı
-
Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə ŞAD XƏBƏR
-
Azərbaycanda hamama gedənlərin sayı azalıb? – Rəsmi statsitika
-
Pirsaat çayı daşdı, Qubalıbaloğlan 1 metr su içində qaldı - VİDEO
-
Ceyhun Bayramov Blinkenin köməkçisi ilə bir arada: “Biz bölgədə sabitlikdə maraqlıyıq“
-
“Azərişıq“ sədri vətəndaşları qəbul etdi - Ağcabədidə
-
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? – Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
-
Birinci Qarabağ müharibəsinin şəhidi Tərtərdə dəfn olundu – Fotolar
-
Siyavuş Novruzov Türkiyə bələdiyyəsini nümunə göstərdi - “Vergi toplaya bilmir, polisə verir“
-
Tramp-Bayden debatının ABŞ seçicilərinə ciddi təsiri olmayıb - CNN
-
Polis əməliyyat keçirdi: 25 əcnəbi saxlanıldı - VİDEO
-
SOCAR 85 milyardlıq gəliri haradan və hansı məhsullardan qazanıb? – SİYAHI
-
İrandan külli miqdarda narkotiki ölkəmizə gətirən dəstə üzvləri HƏBS EDİLDİLƏR
-
Gələn ay havalar daha isti olacaq - PROQNOZ
-
Milli Məclis buraxıldı, növbədənkənar seçkilər təyin olundu- SƏRƏNCAM
-
Bu yollar 30 iyuna qədər bağlı olacaq - Xəbərdarlıq
-
Xəzərin Azərbaycana mənsub sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO
-
“Sürət həddini aşmağa görə sizi postda saxlaya bilməzlər” - VİDEO
-
Bakıda mağaza yandırıldı - Saxlanılan var
-
İranda hakimiyyət keçidi baş verəcəkmi? - “Nezavisimaya qazeta”
-
Azərbaycanda yeni cərimələr təsdiqləndi - MƏBLƏĞLƏR
-
Zakir Fərəcovun 3 milyonluq borcu – Şöbə müdiri iş adamlarına hədə-qorxu gəlir
-
“Neftçi“dən Roman Qriqorçukun tələbi: 30 milyon, 18 yeni futbolçu, işinə qarışmamaq...
-
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - 15 məsələ müzakirə olunub
-
Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr qəbul edildi - Bu cərimələr artırıldı
-
Aqrar təyinatlı torpaqlarda tikililərlə bağlı yeni qayda qəbul edildi - Nələr olacaq?
-
Yaxın qohum evliliyini qadağan edən layihə təsdiqləndi - DETALLAR
-
Prezident Ceyms O’Braynı qəbul edib - Nələr müzakirə olunub? (FOTO)
-
Maşın bazarında qiymətlər kəskin ucuzlaşdı - VİDEO
-
Biləsuvarın sabiq icra başçısının cəzası azaldıldı - QƏRAR
-
VI çağırış Milli Məclisin sonuncu plenar iclası başlayıb - Gündəlikdə 15 məsələ var
TOP 10
ARXİV