![]() |
|
![](http://azfakt.com/photos/2221648.jpg)
![](http://azfakt.com/photos/a2a6e587-7499-4cb7-aed6-e39b6fe7fb42.jpg)
![](http://azfakt.com/photos/32116.jpg)
![](http://azfakt.com/photos/572101.jpg)
![](http://azfakt.com/photos/394513.jpg)
![](http://azfakt.com/photos/317123.jpg)
![](http://azfakt.com/photos/82795.jpg)
![](http://azfakt.com/photos/7744.jpeg)
![](http://azfakt.com/photos/937755.jpg)
![](http://azfakt.com/photos/337136.jpg)
![](http://azfakt.com/photos/89944e2f-41e7-40cb-9d82-f3a1a10cb5c2.jpg)
![](http://azfakt.com/photos/46737.jpg)
![](http://azfakt.com/photos/309725.jpg)
![](http://azfakt.com/photos/054111.jpg)
Üç qızı ilə yüksək nəticə göstərən müəllim: “İşi itirmək qorxusu vardı“
Tarix 29.06.24, 20:23 |
|
![bitmap-img6](http://azfakt.com/photos/888709.jpg)
Təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə aparılan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin ilk gününə cəlb olunan riyaziyyat fənn müəllimləri yüksək nəticələrlə fərqləniblər.
Cəlilabad rayonundan olan bir ailənin dörd üzvü - ana və üç qızının yüksək bal toplaması "riyaziyyat müəllimləri" kimi tanınan ailənin sorağını bütün respublikaya yayıb. Asya Yusifova və qızları Mehriban Şikarlı, Günel Şikarlı və Aygün Şikarlı sertifikatlaşdırma imtahanında ixtisas fənnindən -riyaziyyatdan 50 bal (+metodika) toplamalarını peşələrinə olan sevgi ilə bərabər, şagirdləri qarşısında məsuliyyət kimi dəyərləndirirlər.
Serifikatlaşdırma imtahanının əhəmiyyəti, tədrisdəki rolu və cəmiyyətdə bu prosesə birmənalı olmayan münasibətlərə aydınlıq gətirmək üçün onlarla əlaqə saxladıq.
"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
Cəlilabad rayon Nizami adına şəhər 1 saylı məktəb-liseyin 62 yaşlı müəllimi Asya Yusifova (58 bal) sertifikatlaşdırma imtahanında könüllü iştirak edib:
"Sosial platformalarda "sertifikatlaşdırma imtahanı müəllimlər üçün bir tələdir" yazırdılar. Mən həmişə bunun əleyhinə olmuşam", - deyə bildirən Asya xanım bu imtahanı müəllimlərin peşəkarlıqlarının artırılmasından ötrü vacib hesab edir:
"Qızlarım işə qəbul olan vaxtı MİQ imtahanı yox idi. Onların dərs saatı az olurdu. Bir növ işlərinə qiymət verilmirdi. MİQ imtahanı başlayandan sonra qızım Aygün imtahan verdi və bu, onu fərqləndirdi. Biz şəffaflığa görə sevindik. Əvvəlcə diaqnostik qiymətləndirmə oldu. Qızlarım yüksək bal topladılar və dərs saatları artdı. Bu, artıq işə və savada qiymət verilməsi baxımından bizim üçün kifayət idi. Sertifikasiya imtahanına da həvəslə hazırlaşdıq. Məsələnin digər tərəfi - əməkhaqqına 35 faiz artımın olması bizdə bir az da stimul yaratdı. İllərlə sinif otaqlarında dərs keçən müəllim kimi sevinirik ki, imtahan nəticələrimiz də yaxşı oldu".
A.Yusifova imtahana könüllü qatılmasını belə izah edir: "Mənim valideynlərim də müəllim olub. Atam həmişə deyərdi ki, yaşından asılı olmayaraq müəllim işləyirsinizsə, çalışın işinizin peşəkarı olun".
A.Yusifova sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərin təcrübəsini uğursuz saymır: "Ola bilsin ki, həyəcan keçiriblər. Çünki işi itirmək qorxusu vardı. Bundan əvvəl ibtidai sinif müəllimlərinin işlərini itirməsi onlarda psixoloji durum yaradıb və bu, onlara emosional təsir edib".
A.Yusifova özünün və ailə üzvlərinin test imtahanında fərqlənməsini özləri üçün mənəvi üstünlük sayır: "Övladlarım MİQ imtahanından sonra bir daha öz sözlərini dedilər. Aldığımız təbriklər valideyn və müəllim olaraq mənim üçün çox qürurvericidir".
Mehriban Şikarlı (58 bal) 18 ildir Cəlilabad rayon Nizami adına şəhər 1 saylı məktəb-liseydə riyaziyyat müəllimi kimi çalışır. Hesab edir ki, serifikatlaşdırma müəllimin fəaliyyətinə yalnız stimuldur:
"Artıq 18 ildir işləyirəm. Dərs bölgüsü müəyyən qaydaya görə aparılırdı. Bu sistemdə müəllimi həvəsləndirən hansısa bir amil yox idi. Diaqnostik qiymətləndirmə keçiriləndən sonra məktəb üzrə 60 mümkün baldan 54 bal topladım. Yaxşı nəticədən sonra həm müəllimin dərs saatı artır, həm də uşaqlar içərisində nüfuzu qalxır. Həm də daha həvəslə işləyirik. Dərs kitabı çərçivəsindən çıxırıq, daha çox öyrənmək istəyirik".
M.Şikarlı deyir ki, metodika istisna olmaqla imtahana xüsusi hazırlaşmayıb: "Hesab edirəm ki, suallar üçün xüsusi hazırlığa ehtiyac yoxdur. Mən 60 sualı bir saat ərzində bitirmişdim. İki sual üzərində tərəddüdlərim və ya həyəcanım olmasaydı, əslində 60 bal toplaya bilərdim. Riyaziyyatdan - ixtisasdan 50 bal toplamışam. Müəllimlərin "çətindir" fikirlərinə rəğmən, deyə bilərəm ki, bizi çətinliyə salan hər hansı nüans yox idi".
M.Şikarova sertifikatlaşdırma ilə bağlı yayılan birmənalı olmayan fikirlərə də münasibətini bildirir: "Müəllimlər arasında "müəllimləri işdən çıxarmaq üçün sertifikatlaşdırma keçirirlər" kimi düzgün olmayan fikirlər formalaşıb. Amma imtahan prosesində müəllimlər üçün hər hansı bir tor qurulmamışdı ki, onlar çaşsın. Fikrimcə, ixtisasını yaxşı bilən bütün müəllimlər o sualları cavablandıra bilərlər. Ola bilsin, hansısa müəllim emosiyalarını cilovlaya bilmir, daha çox həyəcan keçirir, yalnız onda problem meydana çıxar..."
M.Şikarlının fikrincə, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq əməkhaqqında 35 faiz artımın olması da müəllimlər üçün önəmlidir.
Cəlilabad rayon Nizami adına şəhər 1 saylı məktəb-liseydə çalışan Günel Şikarlı (59 bal) hesab edir ki, sertifikatlaşdırma ilk növbədə müəllimlərdə özünə inam hissi yaradır:
"16 illik iş stajım var. Dəfələrlə MİQ imtahanında iştirak etmişəm. Amma bu situasiya başqadır: 59 balı görəndə müəllimdə yaranan inam və özünəinam hissi çox fərqlidir. Bu, mənəvi hissdir. Eyni zamanda, 35 faiz əməkhaqqının artırılması da maddi baxımdan böyük dəstəkdir. Sertifikatlaşdırmadan keçmək müəllimin şagirdlər, valideynlər və həmkarları arasında, o cümlədən cəmiyyətdə nüfuzunu yüksəldir. Hazırda cəmiyyətdə "müəllimin balı yüksəkdirsə, demək keçdiyi dərs də effektlidir" fikri mövcuddur".
Cəlilabad rayon 9 saylı orta məktəbdə 7 ildir riyaziyyat fənnini tədris edən Aygün Şikarlı (53 bal) hesab edir ki, sinfə daxil olan, fənnini tədris etməyi bacaran hər bir müəllim verilən sualların öhdəsindən gələ bilər:
"Suallar 5-11-ci siniflər riyaziyyat kursunu əhatə edir - asan və orta tərtibatlı idi. Fikrimcə, ixtisasını yaxşı bilən müəllim bu sualları cavablandırmağı bacarmalıdır".
A.Şikarlı hesab edir ki, sertifiaktlaşdırma müəllimin inkişafı üçün müsbət addımdır:
"Sertifikatlaşdırmadan yüksək bal toplayanda sinfə daha özünəinamlı şəkildə daxil oluruq. Bu, bizi stimullaşdırır. Həmçinin daim öz üzərimizdə işləmək lazım olduğunu diktə edir".
![Açıklama yok.](https://scontent.fgyd6-1.fna.fbcdn.net/v/t1.15752-9/449162521_839548720879485_8047606488547779974_n.jpg?_nc_cat=101&ccb=1-7&_nc_sid=9f807c&_nc_ohc=STw9Q3O2JLsQ7kNvgGZPjVM&_nc_ht=scontent.fgyd6-1.fna&oh=03_Q7cD1QGBO9yKjFe6uGz-9GtPQQWSNt4jcJNhIJnck4NN5_kcOw&oe=66A7E0AE)
![Açıklama yok.](https://scontent.fgyd6-1.fna.fbcdn.net/v/t1.15752-9/449017413_2783960328420643_4579816138440505785_n.jpg?_nc_cat=101&ccb=1-7&_nc_sid=9f807c&_nc_ohc=LMWf_ouNTE0Q7kNvgEUl5es&_nc_ht=scontent.fgyd6-1.fna&oh=03_Q7cD1QE7xxzOlHGlIoaNu5qlcwdXVxHfe7fkjtNrooQTPPSIrw&oe=66A7EB47)
![Açıklama yok.](https://scontent.fgyd6-1.fna.fbcdn.net/v/t1.15752-9/448751412_381612807835204_9116371258711201525_n.jpg?_nc_cat=102&ccb=1-7&_nc_sid=9f807c&_nc_ohc=PB20eUk8yCUQ7kNvgGlg73O&_nc_ht=scontent.fgyd6-1.fna&oh=03_Q7cD1QG5HuXfDWwKCQQwyCGm8aO5gznz60xMNYLJE3bSUPRLLg&oe=66A7F884)
![Açıklama yok.](https://scontent.fgyd6-1.fna.fbcdn.net/v/t1.15752-9/448795619_2752244108276962_6311683060485839461_n.jpg?_nc_cat=110&ccb=1-7&_nc_sid=9f807c&_nc_ohc=W8wGOBYuk6IQ7kNvgEcgq7p&_nc_ht=scontent.fgyd6-1.fna&oh=03_Q7cD1QFJS3NagPKxiy6HdzWiMOyXTWQCINwimNAtZslKG7eDbA&oe=66A7CA11)
Xəbərin oxunma sayı : 493
Sosial
Xəbərlər
-
Səbail İH-də şöbə müdiri sahibkarı aldadıb – Külli miqdarda borc işi…
-
Müsavat seçkiyə gedir, getmir? – İsa Qəmbərdən açıqlama
-
“Yeni sədrlərə nəzarət etmək lazımdır“ - Məzahir Pənahov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Məcnun Məmmədov fermerlərlə görüşdü - Xaçmazda (Fotolar)
-
Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? – DOSYE
-
“Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli imkanları tükənir“ - Nebenzya
-
“Moon Kids“ Uşaq Bağçasının direktoru dələduzluğa görə saxlanılıb - “İlin iş xanımı“ seçilmişdi
-
Azərbaycanlı model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi - VİDEO
-
Bağ evlərinin kirayə qiyməti bahalaşdı - Təlabat hansı ərazilərədir?
-
Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - FOTOLAR
-
Avtomobil bazarında ucuzlaşma olacaq - VİDEO
-
Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib? - Keçmiş bankir məhkəməyə üz tutdu
-
Prezident səfiri və baş konsulu geri çağırdı - Yeni təyinat
-
İcraçı direktor istefa verdi - Yeni vəzifəyə təyinat alıb
-
Bu il işğaldan azad olunan rayonlarda nə qədər taxıl əkilib? - SİYAHI
-
Yağış, şimşək, külək - Sabahın havası
-
Cəlilabadlılar Malik Həsənovu axtarır – SƏBƏB?
-
Bakıda 24 təhsil müəssisəsində tibb xidməti yoxdur - RƏSMİ
-
Vilayət Eyvazov vətəndaşlara təşəkkür etdi - FOTO/VİDEO
-
Şafiq Heydərovla bağlı Zaur Mikayılova şikayət - İdarə rəisi xeyli sayda işçinin əmək haqqı kartını özünə götürüb
-
Bakıda sələmçi qadının qəribə şantajı - Fotolarını Qabilə göndərdi
-
Türkiyənin yeni nazirləri kimlərdir? - DOSYELƏR
-
Prezident “Zəngilan“ tankerinin istismara verilməsi mərasimində iştirak etdi - FOTOLAR
-
Hazırda Azərbaycanda heyvanlar arasında xüsusi təhlükəli infeksion xəstəlik yoxdur - RƏSMİ
-
Sabiq icra başçısı dövlət qurumunu məhkəməyə verdi - Nə tələb edir?
-
Xocalıda xeyli sayda döyüş sursatı aşkar edilib - VİDEO
-
Hansı bitərəf deputatlar yenidən seçilmək istəyir? - SORĞU
-
“Azercell” bu tarifin də xidmət haqqını artırdı - BAHALAŞMA!
-
Dünyada tüğyan edən meymunçiçəyinə Azərbaycanda yoluxan varmı? - RƏSMİ
-
Torpaq Məcəlləsinə dəyişiklik kimlərə xidmət edəcək? - ARAŞDIRMA
-
Azərbaycanda qız övladı olacaq deyə ana körpəsi ilə çölə atılıb - VİDEO
-
Sənədsiz əmlakı olanlara vacib xəbər… - VİDEO
-
Bir gecədə taksilərin qiyməti od tutub yandı - VİDEO
-
Ronaldo penaltini vura bilmədi, ağladı – Oyunun icmalı
-
Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar - VİDEO
-
Azərbaycan Polisi 106 yaşında - VİDEO
-
Damla İran üçün açıq-saçıq geyimdə konsert verdi - VİDEO
-
Kosmetika məhsullarındakı təhlükə – Xərçəngə səbəb olur
-
Azərbaycanda bu kənd palçıq altında qaldı - Sakinlər köçürülür (VİDEO)
-
“Baydenin əvəzlənməsi xaosa səbəb olacaq” – Baydenin seçki qərargahı
-
Hərbi xidmətə yararsız şəxslərin aqibəti necə olacaq? - RƏSMİ AÇIQLAMA
-
Seçkilərin taleyini müəyyən edəcək iki AMİL: İranın azadlıq bayrağı təbrizlilərin əlindədir
-
AVRO-2024: Fransa növbəti 1/4 finalçı oldu
-
Bakıda ad günündən sonra dəhşətli qətl: Anasını söydüyü üçün ögey atasını...
-
Sabah Bakının 4 rayonunda qaz olmayacaq - Xəbərdarlıq
-
“Azərbaycanla Ermənistan arasında sülh sazişi bağlamaq üçün müstəsna imkan var“ - Blinken
-
UEFA Bellinqem barədə araşdırma başlatdı - VİDEO
-
Nohur gölündə suyun səviyyəsi artdı: Təhlükəli vəziyyət yarandı (VİDEO)
-
“Avita Clinic“ hansı qaydanı pozub? - Cərimə oluna bilər
-
Niyam Salami “Star Dostluq”dakı konsert vədinə niyə əməl etmədi? - Restoran isə özünü haqlı sayır…
-
Sahibkarlıq subyektlərinin əksəriyyəti Bakıda fəaliyyət göstərir – SİYAHI
-
“Bu emosiyalar kənara qoyulmalıdır” - Prezident
-
Səyahət sığortası neçəyə başa gəlir? - Rəsmi açıqlama
-
DİN Şuşa “ASAN Xidmət”də vakansiya ELAN ETDİ
-
AZAL Füzuliyə təyyarə biletlərinin satışına BAŞLADI
-
“Nar“ şirkətinə yeni departament direktoru təyin edilib - FOTO
-
“Sülh müqaviləsinin əsas prinsiplərini bir neçə aya yekunlaşdıra bilərik“ - İlham Əliyev
-
“Azəriqaz“da yeni təyinat - Baş direktora yeni müavin göndərildi
-
Zakir Sultanov azadlığa buraxıldı - VİDEO
-
ETSN və BŞİH arasında “yaşıl savaş“ - Təkcə bir müəssisədən hər il 1 milyon oğurlanır
-
Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası: komisiyya üzvləri görüşüblər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident 2024-cü ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib
-
Sabunçuda maklerlə dələduz vətəndaşı aldadıb - Saxta sənədlərlə ev satıblar
-
Kəlbəcər rayonuna Prezidentin xüsusi nümayəndəsi təyin edildi - DOSYE
-
Türkiyədə bir neçə nazirin istefaya göndəriləcəyi gözlənilir - KİV
-
Leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
“Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu - FOTO
-
198 ağac kəsildi, təbiətə 413 min ziyan vuruldu - Cinayət işi başlandı
-
Masazırda qanunsuz evlər tikib satan Xəyal Məmmədlinin himayəçisi kimdir? - FOTO/VİDEO
-
Bakıda rəhbər işçilərin orta aylıq əmək haqqı 4 673 manat olub – Rəsmi
-
“Növbəti tədris ilindən ibtidai sinf müəllimləri 20 faiz yenilənəcək“ - Emin Əmrullayev
-
Xaçmaz meşələrində ekoloji terror, 100-ə yaxın ağac kəsildi - VİDEO
-
Sənədsiz evlər düyünü çözülür? - Azərbaycanda böyük “əmlak amnistiyası“ gözlənilir
-
Dövlət qurumu məktəb direktorunu cərimələdi - Maliyyə nöqsanlarına yol verib?
-
Trampın “qisas planı” – seçilsə, bəziləri gününü görəcək
-
“İstanbul Meyhane Bilgəh”dən narazılıq - Əlavə pullar alınır (FOTO)
-
Bakıda yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
“Çin NATO-nun dəyərlərinə və maraqlarına meydan oxuyur“ - Stoltenberq
-
“Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi məqsədəuyğun deyil“ - Paşinyan
-
Hakim partiyadan namizədlərlə bağlı açıqlama – “Bəzi seçki dairələrində...”
-
Çingiz Mehdiyevlə həyat yoldaşı üz-üzə gəldi - "Qızımı əlimdən aldı"
-
“Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini 6,5%-dək endirəcək“ - Proqnoz
-
Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR
-
Şirvan şəhərində 13 hektar ərazini başçının müavini Orxan İbrahimov ələ keçirib? - İDDİA
-
Ukraynada dövlət çevrilişi hazırlayan mütəşəkkil dəstə ifşa edilib - FOTOLAR
-
Hərbi xidmətə çağırışla bağlı qanun dəyişdi: Yeni qayda
-
Cəlil Nəzərov azadlığını qorusa da, “Qamo”nu itirdi
-
“AccessBank” kapitalını kəskin – AZALDIR
-
Deputat Bəhruz Məhərrəmov yola salınır? - İDDİA
-
Gömrük əməkdaşları qəzaya düşdü - Ölən və yaralananlar var
-
20 min NATO əsgəri sərhəddə yeridildi - Belarusda ciddi narahatlıq və gərginlik yaratdı
-
Bakıda 20 yaşlı qadın öldürüldü: Qardaşı könüllü təslim oldu
-
Qadını evindən zorla çıxarıb ağacları qıran İlqar İsbatovun oğlunun şirkətidir? - VİDEO
-
ABŞ seçkilərin nəticələrindən asılı olmayaraq NATO-dakı rolunu qoruyub saxlayacaq - Stoltenberq
-
Paytaxt yollarında tıxac yarandı - SİYAHI
-
“Münasibətlərimizdə bir az soyuqluq var idi, yenidən birləşdirdilər...“ - Namiq
-
“Instagram”da qalmaqallı yenilik - Boşanmaların sayı artacaq
-
Əmək pensiyaları ilə bağlı dəyişikliyin hansı üstünlükləri olacaq? - VİDEO
-
Sabahdan taksi fəaliyyətində yeni era başlayır - VİDEO
-
Naxçıvana biletlərin qiyməti dəyişməyib- AZAL
-
Dünyanın 10 ən yaxşı qapıçısı - SİYAHI
-
Avtobuslardakı qəza çəkiclərini kim oğurlayır? - AÇIQLAMA/VİDEO
-
Bakı-Naxçıvan üzrə aviabilet qiymətləri 70 manat oldu – Yeni tariflər
-
Avtobus və metroda gediş haqqı 50 qəpik oldu – RƏSMİ
-
“Zibil pulu” 3 dəfədən çox artırıldı – RƏSMİ
-
Qızıl kəskin ucuzlaşdı: Bazarda son vəziyyət - VİDEO
-
“Aİ-92“ markalı benzin və dizel bahalandı – Yeni qiymətlər
-
Tarif Şurası yeni qərar verdi - Bu tariflər dəyişdirildi
-
Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti ucuzlaşacaq - RƏSMİ
-
Vergi ödəyiciləri ən çox nədən şikayət edirlər? – Siyahı
-
Bakıda gecəyarısı söküntü qalmaqalı: Evindən sürüklənərək çıxarılan qadın danışdı (VİDEO)
-
Türkiyədə restoranda partlayış: 5 nəfər ölüb, 63 nəfər yaralanıb
-
“Bu, Putinə müharibəni davam etdirməyə stimul verir” - Rasmussen
-
Pensiyalarla bağlı qanuna dəyişiklik - İyulun 1-dən etibarən...
-
Yasamal rayonunda ağacların kəsilməsi faktı aşkarlanıb – Akt tərtib olunub
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
-
Suriya və Türkiyə Bağdadda dialoqa başlayacaq - KİV
-
14 yaşlı Əliəsgərin köməyə ehtiyacı var - FOTO
TOP 10
ARXİV